Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilər azərbaycanca danışır, Ermənistana nifrət edirlər - o halda niyə gedirlər?

Image


Lokal antiterror tədbirlərindən sonra Qarabağda yaşayan ermənilərin kütləvi şəkildə könüllü olaraq köç etməsi müşahidə edilir. Baxmayaraq ki, Prezident İlham Əliyev dəfələrlə Qarabağda yaşayan erməni sakinlərin hüquqlarının təmin ediləcəyini bəyan edib.

Bildiyimiz kimi, Qarabağı tərk edən ermənilərdən müsahibələr götürülür və onların böyük əksəriyyəti Azərbaycan dilində ana dili kimi danışır, azərbaycanlılara hörmətlərinin olduğunu deyir. Hətta bəziləri ana dilinin Azərbaycan dili olduğunu deyir. Əksəriyyəti də deyir ki, Ermənistanda qalmayıb Rusiyaya gedəcəklər. Hətta elələri var, deyir ki,  Ermənistana nifrət edir. Məntiqlə belə adamların Azərbaycan cəmiyyətilə reinteqrasiyası daha asan ola bilər. Bəs hansı amil onları Qarabağdan köçməyə vadar edir? Ermənistan bu prosesi zorla apara bilərmi?

  • “Onlar özləri öz cinayətlərini bilirlər...”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində “Azərbaycan ərazilərini könüllü şəkildə, öz istəkləri ilə tərk edən ermənilərin bir çoxunun verdiyi açıqlamalar, təbii ki, Azərbaycan dövlətinin qüdrətindən və qazandığı böyük Zəfərdən irəli gəlir. Hətta bu tipli şəxslərin Azərbaycan ərazisində yaşamaq istəkləri olsa belə, onların keçmişi, keçmiş fəaliyyətləri  mütləq şəkildə öyrənilməlidir”-deyə bildirdi.

E.Kəlbizadənin sözlərinə görə, Azərbaycan ərazilərini tərk edib gedən, xüsusən müsahibələr verən ermənilərin bir çoxunun yaş həddini nəzərə aldıqda görürük ki, onların əksəriyyətinin yaşı 50-60 arasındadır. Şöbə müdiri vurğulayır ki, bu yaşdan da 30 il çıxsaq və münaqişənin başladığı dövrə qayıtsaq həmin dövrün həmin şəxslərin  işğalçı orduda aktiv iştirak edə biləcəyi dönəmə düşür. “Bu yaşda olan insanların çoxu mümkündür ki, azərbaycanlılara qarşı qanlı fəaliyyətlərin həyata keçirilməsində iştirak edib. Onlar özləri öz cinayətlərini bilirlər və nə vaxtsa bu cinayətlərin aşkara çıxacağından, cinayətlərini bilən azərbaycanlıların onları tanıya biləcəyindən qorxaraq Azərbaycan ərazilərini tərk edirlər. Onların getmə səbəbləri ilə bağlı bu fikri də irəli sürmək olar. Amma əgər belə hərəkətlərdə iştirak etməyiblərsə, separatçılara müxtəif məsələlərdə dəstək verməyblərsə, Azərbaycana qarşı dövləti, soyqırım cinayətləri törətməyiblərsə bu tip insanların Azərbaycan ərazilərində qalmaları, Azərbaycan vətəndaşlığını qəbul etmələri və yaşamaları  üçün dövlətimizin də bəyan etdiyi kimi heç bir problem yoxdur.

Erməniərin Azərbaycan dili ilə bağlı bilgilərinə gəlincə isə, onlar tarix boyunca türk dövlətlərinin tərkibində yaşayıblar. Eyni zamanda Qarabağdakı bir ovuc erməni də Sovet dövründə Azərbaycanın tərkibində yaşayıb və dövlət dili kimi o zaman da, indi də Azərbaycan dilini bilmək məcburiyyətindədir. Təbii ki, hələ də Azərbaycan dilinin ermənilər arasında unudulmaması reinteqrasiya üçün  müsbət məqamlardan biri hesab edilə bilər.  Amma bir daha nəzərə almaq lazımdır ki, o şəxslərin  tələsik şəkildə Azərbaycan ərazilərini tərk etməsi heç də səbəbsiz deyil. Onların bir çoxu keçmişdə törətdikləri cinayətlərin üstünün açılmasından ehtiyat edir.

Təbii ki, Qarabağ ərazisində olan ermənilərin Ermənistan ərazisinə keçməsi və onlara şərait yaradılmasında bütün tərəflərin özlərinin maraqları mövcuddur. Bəlli olduğu kimi, Ermənistanın uzun illərdən bəri əhali və miqrasiya məsələsində ciddi problemləri  vardı. Ermənistan bir tərəfdən bu məsələni həll etməyə çalışır. İkinci tərəfdən Ermənistandan xaricə ciddi şəkildə miqrasiya mövcud idi, yaşayış məntəqələri boşalırdı, ermənilərin milli artımında kifayət qədər geriləmələr mövcud idi. Paşinyan rejimi bir tərəfdən, Qarabağdan gedən erməniərin hesabına demoqrafiya problemini həll etmək istəyir. Digər tərəfdən, təbii ki, gələcəkdə Qərbi azərbaycanlıların yenidən öz doğma yurd-yuvalarına qayıtması üçün irəli sürdüyü haqlı tələblər qarşısında Ermənistan da bu ermənilərdən bir alət kimi istifadə etməyə çalışacaq”-deyə qeyd edən  E.Kəlbizadə əlavə etdi ki, başqa bir tərəfdən isə regionda mövcud olan bəzi güc mərkəzləri, xüsusən Paşinyanın hakimiyyətinə qarşı Ermənistan daxilində müqavimətin formalaşmasında maraqlı olan bəzi dövlətlər erməniləri Qarabağdan Ermənistana, İrəvana doğru yönəltməklə daha mütəşəkkil səviyyədə etiraz aksiyalarının təşkil ediməsinə də çalışa bilərlər. “Yəni ermənilərin Azərbaycanın təkliflərinə baxmayaraq Qarabağdan Ermənistana üz tutmasına bir deyil, bir neçə faktor təsir edir. Bu faktorlar içərisində, əvvəldən də qeyd etdiyim kimi, Qarabağda son 30 il ərzində yaşamış ermənilərin çox böyük hissəsinin Azərbaycana və azərbaycanlılara qarşı hərbi cinayətlər törətməsidir”-deyə E.Kəlbizadə vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ