Cümə axşamı günü, 23 iyul 2026
     

Dünya liderlərindən qəti mövqe - BMT Təhlükəsizlik Şurasının tərkibinə baxılmalıdır...

Image


Dünyanın bir çox ölkəsi, o cümlədən Azərbaycanın vaxtaşırı gündəmə gətirdiyi məsələlərdən biri də BMT-də islahatların aparılmasıdır. Elə prezident İlham Əliyev bir neçə dəfə bildirib ki, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Bu da səbəbsiz deyil. Təşkilat faktiki olaraq Təhlükəsizlik Şurasının daimi üzvlərinin geosiyasi inhisarındadır.

Onlar istənilən qərarı qəbul edirlər, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır.

Bundan başqa, Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Hesab edilir ki, bu hallara son qoyulması üçün Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik edilməli, BMT Nizamnaməsində əlavələr və düzəlişlər olmalıdır. BMT Baş Assambleyasının 78-ci sessiyasında da diqqət bu müstəvidə  olub. Dünya liderləri qurumda islahatları zəruri hesab edir. Almaniya kansleri Olaf Şolts BMT Təhlükəsizlik Şurasının islahatlarının, Asiya, Afrika və Latın Amerikası ölkələrinin daha geniş təmsil olunmasının və ümumilikdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib: “BMT çoxqütblü dünya reallığını yetərincə əks etdirmir. Heç bir yerdə bu, Təhlükəsizlik Şurasının tərkibinə münasibətdə olduğu qədər aydın deyil”. Onun sözlərinə görə, Asiya, Afrika və Latın Amerikası ölkələrinin bu orqanda daha çox çəkiyə layiq olduğu aydındır: “Bu nöqtədən çıxış edərək müxtəlif variantlı mətn üzərində razılaşmaq olar. Heç bir ölkə maksimum tələblərlə belə açıq danışıqlara əngəl olmamalıdır. Almaniya da bunu etmir”. Eyni zamanda, o qeyd edib ki, daha çox tərəfdaş, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü islahatlarda irəliləmək niyyətini ifadə edir. Şolts Böyük Britaniya, ABŞ və Fransanı nəzərdə tutub. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev isə qeyd edir ki, beynəlxalq ictimaiyyətin üzləşdiyi problemlər BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmadan həll edilə bilməz. O həmçinin bildirib ki, Şurada “orta səviyyəli dövlətlər” və bütün inkişaf etməkdə olan ölkələrin səsi eşidilməlidir: “Təhlükəsizlik Şurası dalandan çıxa bilməyəcəyinə görə daha çox təmsilçi olmalıdır ki, digər ölkələr, o cümlədən Qazaxıstan sülh və təhlükəsizliyin qorunmasında daha çox rol oynaya bilsin”. ABŞ prezidenti Cozef Bayden isə qeyd edir: “ABŞ BMT Təhlükəsizlik Şurasında “yeni səslərə” və “yeni fikirlərə” ehtiyac olduğunu düşündüyündən bu təşkilatda islahatlar aparılmasına çalışacaq. Keçən il burada çıxışımda Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini, daimi və qeyri-daimi üzvlərin sayının artırılmasını dəstəkləyəcəyini bəyan etmişdim. Bizə daha çox səs, daha çox fikir lazımdır”.

Hindistanın baş naziri Narendra Modi də islahatlar tərəfdarıdır: “Köhnəlmiş quruluşlarla bu günün problemlərinə qarşı mübarizə apara bilmərik. Hərtərəfli islahatlar olmadan BMT özünə inam böhranı ilə üzləşir. Günümüzün bir-biri ilə əlaqəli dünyası üçün günümüzün reallıqlarını əks etdirən, bütün maraqlı tərəflərə səs verən, müasir məsələləri həll edən və insanın rifahına yönəlmiş, islah edilmiş çoxtərəfli bir yanaşmaya ehtiyacımız var”. Yaponiyanın baş naziri Fumio Kisida qeyd edib ki, Afrika BMT Təhlükəsizlik Şurasında daha çox təmsil olunmalı, həmçinin daimi və qeyri-daimi üzvlərin sayı artırılmalıdır: “Dünya kəskin şəkildə dəyişir. Bizə bugünkü dünyanı əks etdirən Təhlükəsizlik Şurası lazımdır. Yaponiya daha çox Afrika təmsilçiliyini dəstəkləyir. Biz Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlüyünü genişləndirməliyik”. Xatırladaq ki, daha öncə BMT-nin Baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasının “müstəmləkəçi dünyanın” reallıqlarını əks etdirdiyini deyib. Onun sözlərinə görə, çoxtərəfli qurumlarda islahatlar aparılmasa, beynəlxalq birlik “parçalanma” ilə üzləşəcək. Qlobal problemləri effektiv həll edə bilməyəcək və dünya səhnəsində – Qərblə Şərq, Cənubla Şimal arasında – fikir ayrılıqları daha da dərinləşəcək: “21-ci əsrin iqtisadi və siyasi reallıqlarına əsaslanan, bərabərlik, həmrəylik və universallıq prinsiplərinə söykənən, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərini rəhbər tutan çoxtərəfli qurumları yeniləməyin vaxtı çatıb”. BMT rəhbəri qeyd edib ki, soyuq müharibə dönəmində beynəlxalq münasibətlərə, əsasən iki fövqəldövlət prizmasından baxılıb. Sonra, onun sözlərinə görə, qısa birqütblülük dövrü gəlib: “İndi biz sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik. Bu, bir çox cəhətdən müsbətdir. Bu, beynəlxalq münasibətlərdə ədalət və tarazlıq üçün yeni imkanlar açır. Lakin çoxqütblülük özü sülhə zəmanət verə bilməz. Çoxqütblü dünyanın güclü və effektiv çoxtərəfli qurumlara ehtiyacı var”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan Ermənistanla “əbədi müharibə” təhlükəsini zamanındaca aradan qaldırdı...

Azərbaycana münasibətdə Trampın əvvəlki hökumətlərdən əsaslı fərqi... Cəmi 6 ay lazım oldu...

Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...

SON XƏBƏRLƏR

23.07.2026 / 18:32
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirildi

23.07.2026 / 18:27
Yay tətili üçün ən əlçatan istiqamətlərdən biri - Türkiyə…

23.07.2026 / 18:00
Trampdan Husilərə təhdid dolu mesaj - “… ağır hərbi cəza veriləcək”

23.07.2026 / 17:46
Hindistanda “tarakanların üsyanı” genişlənir…

23.07.2026 / 17:33
Qara dənizdə Türkiyə yük gəmisi vuruldu – ölən və yaralananlar var…

23.07.2026 / 17:19
Nikaraqua prezidenti müxalifətdən qurtulmağın yolunu tapdı - ölkədə seçkilər keçirilməyəcək

23.07.2026 / 17:15
Rusiyaya qarşı Aİ-nin son 4 ildə ən böyük sanksiya paketi qüvvəyə minir

23.07.2026 / 16:52
ABŞ Fars körfəzində bazalarının vurulmasında “Rusiya izi” axtarır…

23.07.2026 / 16:36
Medvedevin həyat yoldaşı ilə əlaqəli şirkət Ukraynanın hədəfində - Rusiyanın ən böyük ət istehsalçısı ikinci dəfə bombalandı...

23.07.2026 / 16:22
Beyləqanda iki ağır cinayətlə bağlı iş tamamlandı, məhkəmə başlayır...

23.07.2026 / 16:13
Milli Mətbuat Günündə media nümayəndələri təltif olundu

23.07.2026 / 16:04
Azərbaycan fəlsəfə elminə yeni dəyərli töhfə – “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış”

23.07.2026 / 15:42
Şəhid anasına ehtiram...

23.07.2026 / 15:41
151 il bundan əvvəl alovlanan çırağın nuru

23.07.2026 / 15:38
Astaralı gənc beynəlxalq uğura imza atdı

23.07.2026 / 14:51
Azərbaycan–Almaniya tərəfdaşlığında yeni geosiyasi çalarlar

23.07.2026 / 14:47
Tramp Avropa ilə yeni mübahisəyə başladı - "məcburi əməkdən istifadə edirsiniz"...

23.07.2026 / 14:17
Fransa və Almaniya Rusiya ilə nüvə layihəsini hələ davam etdirir - belə düşmənçilik olur?..

23.07.2026 / 14:11
Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

23.07.2026 / 14:01
ABŞ-İran müharibəsinə bu ölkələrin də qoşulacağı gözlənilir...

23.07.2026 / 14:01
Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alındı

23.07.2026 / 13:45
ABŞ qırıcıları Sistan-Bəlucistanı bombalayır, İran da Körfəz ölkələrini vurur...

23.07.2026 / 13:32
AB Rusiya əleyhinə 21-ci sanksiya paketi ilə bağlı razılığa gəldi...

23.07.2026 / 13:14
Neft Fondunun aktivləri 73 milyard dollara çatır...

23.07.2026 / 12:45
Bakıda avtobusda skuter mübahisəsi - “Baku Bus”dan açıqlama...

23.07.2026 / 12:32
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirir – bölgəyə yeni qüvvə və texnika daşınır...

23.07.2026 / 12:17
Dövlət peşə məktəblərində illik təhsil haqqı 500-2710 manat arasında dəyişir...

23.07.2026 / 11:42
Rus milyarderlər sərvətlərini ölkədən Ermənistanın dəstəyi ilə çıxarır...

23.07.2026 / 11:34
Rusiya İranla ABŞ-a yenidən vasitəçilk təklif etdi...

23.07.2026 / 11:31
Yəmən husiləri Səudların milyonlarla barel neftini boğazdan geri qaytardı...

23.07.2026 / 11:30
Tovuzda iki nəfər 3 kiloqram narkotiklə tutuldu

23.07.2026 / 11:17
Lavrov və Rubio Manilada görüşdü - 35 dəqiqəlik danışıqlarda nələr müzakirə edildi...

23.07.2026 / 11:05
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı

23.07.2026 / 10:55
ABŞ İranı məşhur B-1 bombardmançıları ilə vurmağa başladı...

23.07.2026 / 10:47
Deputatları hərbi "sborlara" yığırlar... "Döyüşə qocalar gedir?"...

23.07.2026 / 10:39
Husiləri də İran-ABŞ müharibəsinə qoşuldu - Qırmızı dənizdə Səudiyyənin iki tankeri vuruldu...

23.07.2026 / 10:21
Azərbaycan neftinin qiyməti 100 dolları keçdi...

23.07.2026 / 10:07
Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi

23.07.2026 / 09:39
Türkiyədə DW jurnalisti Uludağ azadlığa buraxıldı – yalnız məhdudiyyətlərlə…

23.07.2026 / 09:10
Hesablama Palatası 70-ə yaxın qurumda uyğunsuzluqlar aşkarlayıb...

22.07.2026 / 22:40
Fransa və Almaniyanın Rusiya ilə gizli nüvə əməkdaşlığı üzə çıxdı - Ukraynaya təcavüzdən 2 həftə sonra başladı...

22.07.2026 / 21:58
Bakıda gizli Merkel-Putin danışıqlarını Azərbaycandan niyə gizlədiblər?...

22.07.2026 / 21:43
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzində...

22.07.2026 / 21:26
Özəl klinikalarda neqativlər artır...

22.07.2026 / 21:01
Berlində Azərbaycan-Aİ münasibətləri ilə bağlı həssas məsələ qalxdı - “dialoq mexanizmlərindən tam istifadə...”

22.07.2026 / 20:44
Əliyevin Almaniya səfəri Avropanın “neftə-qaza yanlış maliyyə kursunu” dəyişə bilər...

22.07.2026 / 20:25
Almaniyada Koştanın və Lyayenin Azərbaycana səfərlərinin “siyasi mənalarından” danışıldı...

22.07.2026 / 20:03
Azərbaycan-Almaniya strateji dialoqu başladı…

22.07.2026 / 19:46
Putinin və Merkelin adamlarının gizli görüşü barədə Bakının Moskvaya və Berlinə ciddi sualları olmalıdır...

22.07.2026 / 19:38
MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO

22.07.2026 / 19:35
Azərbaycan Almaniyanın da enerji təhlükəsizliyində həlledici rol oynamağa başlayır

22.07.2026 / 18:59
ABŞ-İran savaşı Ermənistanı getdikcə daha çox “küncə sıxır”...

22.07.2026 / 18:44
Azərbaycan–Almaniya strateji tərəfdaşlığında yeni mərhələ açılır

22.07.2026 / 18:29
Uşaqlara sosial şəbəkə qadağası aktuallaşır - ilk addımı Fransa atdı

22.07.2026 / 18:13
İranın cənubunda müharibə dəhşətləri - əhali sağ qalmaq uğrunda savaşır...

22.07.2026 / 17:47
Ermənistanda qəbiristanlığı, qədim qalanı satan Serj Sarkisyanın həbsi üçün düyməyə basıldı

22.07.2026 / 17:24
ABŞ İranı III Dünya Müharibəsinə saxladığı silahlarla vurub - İranlı generaldan iddia...

22.07.2026 / 17:21
İran Trampı təkzib etdi – “bataqlıqdan çıxmaq üçün daha yaxşı yollar tapmalıdır”...

22.07.2026 / 17:05
Azərbaycan Almaniyanı iki nühüm mənbədən neftlə təmin edəcək...

22.07.2026 / 16:39
Şirkətlərin biznes hesablarına kiberhücum - 100 mindən çox pul oğurlandı... - VİDEO

22.07.2026 / 16:24
Universitet məzunlarına elektron diplomların verilməsinə başlandı

22.07.2026 / 16:18
Media nümayəndələri Mətbuat Günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət etdi - FOTO

22.07.2026 / 16:16
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək

22.07.2026 / 16:10
Qvineya Fransadan talanmış mədəni irsini tələb edə bilir, biz Çar Rusiyasının apardıqlarını tələb edə bilmirik?...

22.07.2026 / 15:44
Türkiyə NATO-nun 27 milyard avroluq layihəsini blokladı...

22.07.2026 / 14:49
Hesablama Palatasından 49 milyon manatlıq büdcə məsrəfinə "ikili munasibət"- 35 elə, 14 belə...

22.07.2026 / 14:37
Konqresin spikeri əvvəllər İran müharibəsində Trampın yanında idi, indi əleyhinə döndü...

22.07.2026 / 14:29
Prezident “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqlədi

22.07.2026 / 14:27
Prezident İlham Əliyev Rauf Abbasovu təltif edib

22.07.2026 / 14:20
Almaniya Azərbaycandan daha çox təbii qaz almaq istəyir...

22.07.2026 / 14:03
Ukrayna müharibəsi Qazaxıstanı da vurdu - Rusiya ərazisi ilə neft ixracı dayandırıla bilər...

22.07.2026 / 13:57
"Milli mətbuatın missiyası və müasir dövrün çağırışları" mövzusunda konfrans keçirildi

22.07.2026 / 13:49
Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar - Yunus Oğuzun doğum gününə

22.07.2026 / 13:45
“Wildberries” anbarındakı yanğının ziyanı Rusiyanın 53 bölgəsinin illik büdcəsini aşdı - Ukraynanın ən bahalı hücumu... Rusiya ağır zərbə aldı...

22.07.2026 / 13:08
“Əkinçi”dən rəqəmsal informasiya mühitinə uzanan yol

22.07.2026 / 12:54
"Azərbaycan mediası qlobal informasiya məkanında mövqelərini daha da genişləndirəcək" - Hikmət Hacıyev

22.07.2026 / 12:46
"Arzum 9999" həbsdən BURAXILDI

22.07.2026 / 12:37
Fransada istefa şoku - Makrona üsyan edən nazir istefa verdi...

22.07.2026 / 12:26
Hörmüzün ardından Bab əl Məndəb boğazı da bağlandı, tankerlər geri dönür - Dünya ikinci böyük dəniz nəqliyyatı böhranı ilə üz-üzə...

22.07.2026 / 12:08
“Şahtaxtı” postunda 53 kq-dan çox metamfetamin ələ keçirildi

22.07.2026 / 11:11
Nyu-York meri Netanyahu ilə bağlı federal hökumətə çağırış etdi – həbs edin...

Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

XƏBƏR ARXİVİ