ABŞ Yəməndə Ənsar Allah adlı üsyançı qrup olan Husilərin hücumlarına cavab olaraq İrana zərbə endirmək niyyətindədir. ABŞ Prezidenti Donald Tramp bu barədə Truth Social-da bildirib.
"Truth [Social]-dakı bu paylaşım, əgər bunu yenidən etsələr, ABŞ İranı məsuliyyətə cəlb edəcəyinə dair bir xəbərdarlıq olsun, çünki Husilər İranın əlaltıları və ya agentləridir” - deyən Ağ Ev prezidenti qeyd edib ki, İrana və əlbəttə ki, Husilərin özlərinə ağır hərbi cəza veriləcək. O, bu xəbərdarlığı Husilərin Səudiyyə Ərəbistanının iki gəmisinə hücumlarına cavab olaraq verdiyini təsdiqləyib.
Xatırladaq ki, Husilər cümə axşamı Səudiyyə Ərəbistanının iki neft tankerinə - Encelia və Layla - hücum edərək Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasını pozublar. Ballistik raket və pilotsuz təyyarə hücumları gəmilərdə yanğınlara səbəb olub. 20 iyulda Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edərək, krallığı neft ehtiyatlarına münasibətdə illərdir "Yəmənin milli sərvətini talan etməkdə" günahlandırıblar.
Ər-Riyadın rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı koalisiyası ticarət gəmilərini qorumaq üçün tədbirlər görməyə başladığını açıqlayıb.
SAMİRƏ