Rusiyanın Taman limanından yüklənmiş kömürlə Trabzona gedən Türkiyə bayrağı altında üzən, İstanbul limanı reyestrində qeydiyyatdan keçmiş “MV Reyhan Sarı” quru yük gəmisi Novorossiysk sahillərində dron hücumuna məruz qalıb.
Hücumun Qara dənizin Samsun sahillərində beynəlxalq sularda baş verdiyi bildirilir. Maşimist otağında işləyən bir türk həyatını itirib. Yaralı üç heyət üzvü müalicə üçün Samsuna aparılıb. Gəminin dənizçilik qabiliyyətini qoruduğu deyilir.
Həyatını itirən dənizçinin Türkiyə vətəndaşı 54 yaşlı Savaş Çakar olduğu müəyyən edilib. Yaralı heyət üzvləri Sahil Mühafizəsinin helikopteri ilə Samsuna aparılıb və oradakı xəstəxanalarda yerləşdirilib. Müdaxilələrdən sonra gəmi səyahətinə davam edərək bu səhər Trabzon Limanına çatıb.
Hücumun təfərrüatları və kimin məsuliyyət daşıdığı barədə açıqlama verilməyib.
Tahir TAĞIYEV