Bazar ertəsi günü, 09 noyabr 2026
     

ABŞ-ın “ikili oyun” siyasəti nə qədər davam edəcək? - Abutalıb Səmədov yazır...

Image


Son günlər ABŞ-ın nüfuzlu nəşrlərində Azərbaycana qarşı qarayaxma kampaniyası başlayıb. Əvvəl  iki həftədə bir nəşr olunan bir biznes jurnalı “Forbes”də Evelina Oçab reallığı təhrif edən, birtərəfli və birmənalı Ermənistanın mövqeyini müdafiə edən məqalə dərc edib.

“Vaşinqton Post” qəzeti 6 gün ərzində Azərbaycana qarşı nə az, nə çox düz 3 məqaləyə səxavətlə yer ayırıb. Məlumdur ki, “Vaşinqton Post” ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanıdır. “Vaşinqton Post” da Laçın yolu ilə bağlı ermənilərin tezislərinə uyğun məqalə yazırsa, deməli, həm də ABŞ Dövlət Departamenti belə istəyir. Bu, Azərbaycana qarşı məhz Dövlət Departamentinin sifarişi ilə aparılan kampaniya və təzyiq cəhdinin göstəricisi kimi başa düşülməlidir.

Qeyd edək ki, Azərbaycan prezidentinin  köməkçisi Hikmət Hacıyev hər iki nəşrdəki qərəzli mövqeyi pisləyib. Bəs, bu nəşrlərdəki qərəzli yazılar ABŞ-ın Bakıya təzyiqi kimi izah edilə bilərmi? Vaxtilə Azərbaycanı da torpaqlarının işğalı ilə hesablaşmağa razı salmağa çalışan ABŞ niyə hələ də Azərbaycanın suveren ərazisində seperatçılara dəstək verir? Azərbaycanın bölgədə möhkəmlənməsi Vaşinqtonu narahat edirmi?

Bütün bu suallara cavab axtararkən unutmamalıyıq ki, ABŞ administrasiyasının “ikili oyun” siyasəti dünyada kifayət qədər məlum olan məsələdir və onun bəzən məntiqsiz sayılan addımlarında əslində qeyri-adi heç nə yoxdur. Ukraynada “sülhün təmin olunması” barədə aparılan açıq və gizli danışıqlar buna bariz nümunədir.

İkinci Qarabağ müharibəsindən dərhal sonra ABŞ-ın ermənipərəst mövqe tutması, “Türkiyə bölgədən uzaqlaşmalıdır”- kimi bəyanatlar səsləndirməsi yaxşı yadımızdadır. 2021-ci ilin fevralında Müdafiə nazirliyinin strukturlarından birində keçirilən müzakirələri və Qarabağın faktiki müstəqilliyini nəzərdə tutan - “Azərbaycan üçün Deyton sazişi” təklifini də unutmamışıq. Elə həmin ilin son günlərində prezident Baydenin imzaladığı “Milli müdafiə haqqında Qanun”da Azərbaycan əleyhinə yazılan böhtanlar və 2022-ci ilin ortalarına qədər rəsmi şəxslərin “Qarabağa status verilməlidir” - bəyanatları da yaxşı yadımızdadır.

Ukrayna müharibəsində Rusiyanın düşdüyü ağır vəziyyət onu Cənubi Qafqaz bölgəsindən uzaqlaşdırmaq imkanı yaratdı və ABŞ başda olmaqla qərb blokunun Azərbaycan-Ermənistan münaqişəsinə münasibətini dəyişdirdi. Onlar anladılar ki, bu məsələdə Azərbaycan ABŞ-ın ən yaxın müttəfiqi ola bilər. Bundan sonra status barədə bəyanatlara son verildi, rəsmi şəxslər bir daha “status” ifadəsini dilə gətirmədilər və Azərbaycanın haqlı mövqeyi dəstəklənməyə başlandı. Ötən ilin sentyabr ayından başlayaraq əvvəlcə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Sallivanın vasitəçiliyi ilə danışıqlar başladı. Sonra bu prosesə Dövlət katibi Blinken aktiv şəkildə qoşuldu. Rusiya mətbuatına sızdırılan, erməniləri ciddi şəkildə narahat edən və Valday forumunda Putinin deşifrə etdiyi, “Vaşinqton variantı” təklifi ortaya çıxdı.

Müşahidəçilər üçün qətiyyən sirr deyil ki, ABŞ və Avropa birliyi danışıqlarda Azərbaycanın haqlı mövqeyini müdafiə etsələr də problemin kökündən həllində qətiyyən maraqlı deyillər. Bu səbəbdən Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasına beynəlxalq mexanizmlərin qoşulmasını istəyirlər. Bu barədə həm ABŞ rəsmiləri, həm də Şarl Mişel bəyanatlar səsləndiriblər. Məqsəd aydındır. Rusiya sülhməramlı kontingentini bölgədən çıxarıb onun yerinə qərbin heç olmasa müşahidəçi missiyasını Qarabağda yerləşdirmək. Bu addım qərbə həm bölgəyə daxil olmaq imkanı verər, həm də Azərbaycan üzərində təsir imkanlarını artıra bilər.

Təbii olaraq Azərbaycan bu təklifləri qətiyyətlə rədd edir. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycan konstitusiyası və qoşulduğumuz beynəlxalq konvensiyalar əsasında təmin olunacağını bəyan edir. Nə qədər qəribə olsa da bölgədə qalmaq şərtilə Rusiya da bu mövqeni dəstəkləyir. Son Moskva görüşündən sonra Lavrovun verdiyi bəyanatda bu mövqe müəyyən mənada öz əksini tapmışdı. Ancaq Azərbaycanı nə Rusiyanın bölgədə qalmaq planları, nə də qərbin  beynəlxalq mexanizmlərin Bakı-Xankəndi danışıqlarına cəlb olunması, sonrakı addımlar barədə düşüncələri qətiyyən qane etmir. Son günlər ABŞ mətbuatında dövlətimizin əleyhinə yer alan yazıların artmasının əsas məqsədi Azərbaycana təzyiqləri artırmaq və onu güzəştə getməyə məcbur etməkdir.  

Yeri gəlmişkən, “Laçın dəhlizi” ilə əlaqədar  yaranmış “problem”in Ermənistan tərəfindən BMT TŞ-nın müzakirəsinə çıxarması və buna Şuraya sədrlik edən ABŞ-ın “xeyir-dua” verməsi yuxarıda deyilənləri bir daha təsdiqləyir. İclasın gedişi, BMT TŞ üzvlərinin çıxışları son dövrlər yaranan çoxsaylı  sualları cavablandırmaq imkanı verəcək. Kimin kim olduğu və hansı mövqeni müdafiə etdiyi bütün dünyaya nümayiş etdiriləcək.

Abutalıb Səmədov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ