çərşənbə axşamı günü, 08 sentyabr 2026
     

Erməni vəhşiliyinin yeni izləri - dünya hələ də susur...

Image


“Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev “X”də paylaşım edib.

“Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, qeyri-insani rəftara və işgəncələrə məruz qaldığı, öldürüldüyü və kütləvi məzarlıqlarda basdırıldığı Şuşa həbsxanası yaxınlığında 4 000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı müəyyən edilib”, - paylaşımda deyilir.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov qeyd edir ki, Prezident İlham Əliyevin komissiyanın qarşısına qoyduğu əsas məqsədlərdən biri itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən olunması və bu barədə onların ailələrinə məlumat verilməsidir: “İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olub. Bu, xüsusilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra ön plana çəkilib. Dövlət Komissiyasının sədri Əli Nağıyevin təsdiqlədiyi tədbirlər planına əsasən, işğaldan azad olunmuş ərazilərdə son dövrlərdə qazıntı-axtarış işləri nəticəsində fərdi və kütləvi məzarlar aşkarlanıb. Növbəti mərhələdə belə qazıntı işləri beynəlxalq ekspertlərin iştirakı ilə Şuşa şəhərindəki keçmiş həbsxana ərazisində həyata keçirilib. İyunun əvvəlində Şuşa həbsxanasının ərazisində dörd insan cəsədinin qalıqlarının aşkarlandığı məzarlığın yaxınlığında tədqiqat işləri aparılıb. Müəyyən olunub ki, bu ərazidə daha çox insan qalıqları dəfn edilib. Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb”. Onun sözlərinə görə, insan qalıqlarının aşkarlandığı məzarlıq Şuşa həbsxanasının ərazisində çirkab sularının yığılması üçün istifadə edilən quyu olub: “İşgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə həmin quyuya atılıb. Skeletlərin vizual müayinəsindən görmək olur ki, onlar üzüaşağı, başı aşağı, bükülmüş və qıc olmuş - müxtəlif formalarda dəfn olunublar. Hətta aşkarlanan altı nəfərə aid meyit qalıqlarının qarın nahiyəsində nal mismarları tapılıb. Çoxlarında kəsici-deşici alətlərlə zərbə yerləri mövcuddur və işgəncə yerləri açıq-aydın görünür”. Onun sözlərinə görə, Şuşa həbsxanasının ərazisində ümumilikdə yay ərzində 34 nəfərə aid insan qalıqları aşkar edilib: “Burada aşkarlanan insan qalıqlarının üzərindəki işgəncə izlərinə baxarkən bir daha Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və konvensiyaların tələblərinə zidd hərəkət etmələri, onlara riayət etməmələri və heç bir tələblərə məhəl qoymayaraq insan hüquqlarının pozulması faktları əksini tapır”.  İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb. 

Azərbaycan tərəfi dəfələrlə Ermənistana Birinci Qarabağ müharibəsinə aid kütləvi məzarlıqların yerinin göstərilməsi barədə müraciət etsə də, hələ ki, bu məsələ öz həllini tapmayıb. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqlar onu deməyə əsas verir ki, ermənilər bu cinayəti  məqsədli şəkildə həyata keçiriblər. Bir daha qeyd edək ki, kütləvi məzarlıqlarda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilər, mülki şəxslər xüsusi amansızlıqla qətlə yetirilərək qazılmış quyularda kütləvi şəkildə basdırılıb. Amma bu vaxta qədər bunlarla bağlı ölkəmizə məlumat verilmir. Burada qeyd edək ki,  Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Ümumilikdə azad edilmiş ərazilərimizdə bugünədək 500-ə yaxın insan qalıqları tapılıb. Ermənistan tərəfi isə kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq, hazırda aidiyyəti qurumlar tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məqsədilə növbəti kütləvi dəfn yerlərinin aşkarlanması və müvafiq ekspertizaların aparılması istiqamətində işlər davam etdirilir. Ermənilərin əməllərinə gəlincə, bütün bunların kökündə irqçilik, ekstremizm, milli və dini zəmində nifrət yaymaq və faşist xisləti dayanır. Çünki müharibə qanunlarına və BMT konvensiyalarına görə, hər hansı sivil xalqı işgəncələrə məruz qoymaq qəti qadağandır. Aparılan araşdırmalar isə onu göstərir ki, erməni hərbi cinayətkarları Qarabağı işğalda saxladıqları zaman yalnız dağıtmaq, tarixi irsi məhv etmək, azərbaycanlı əsir və girovlara işgəncə verməklə məşğul olublar. Bütün dünyanın sivil və tərəqqipərvər qüvvələri, beynəlxalq təşkilatları bu reallıqlara göz yummamalı, özünü dünyaya sivil xalq kimi təqdim edən ermənilərin necə vəhşi olduqları və insanlıq əleyhinə yönəlmiş cinayətləri haqqında həqiqətləri bilməlidir. Şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına deyil, eyni zamanda, illərlə erməni işğalçılarının insanlıq əleyhinə törətdikləri cinayətlərinin aşkarlanmasına səbəb olub. Artıq bunu bütün dünya sübut və faktlarla görür.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

08.09.2026 / 13:12
ABŞ İran ətrafında 300-dən çox qırıcı yerləşdirib…

08.09.2026 / 12:51
İnvestisiya Holdinqin Baş icraçı direktoru vəzifəsindən azad edildi

08.09.2026 / 12:37
Daşqınlar zamanı bəzi təmiz ərazilər yenidən minalarla çirklənir...

08.09.2026 / 12:24
Ruslar Xarkov bölgəsində iki kəndi ələ keçirdi…

08.09.2026 / 12:07
İran ABŞ-ı Hörmüz boğazını tam blokadaya almaqla hədələdi...

08.09.2026 / 12:03
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik etdi

08.09.2026 / 11:51
Səudiyyədə gərginlik artır - Husilər enerji obyektlərini bombaladı…

08.09.2026 / 11:02
"Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq" - Muxtar Babayev

08.09.2026 / 10:43
BMT nümayəndəsi xəbərdarlıq etdi - Xəzərdə dramatik dəyişikliklər baş verə bilər...

08.09.2026 / 10:33
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib

08.09.2026 / 09:37
Balakəndə saxlanan şəxsdən külli miqdarda narkotik aşkarlandı

08.09.2026 / 09:18
Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs yaxalandı

08.09.2026 / 08:03
Tramp Kanada, Meksika, Kuba və Qrenlandiyanı Amerika bayrağının rənglərinə boyadı

08.09.2026 / 07:45
ABŞ COVİD-19-un yaranmasında mərkəzi rol oynayıb - İlon Mask

07.09.2026 / 22:28
Trampın elçisi Uitkoff 8-ci dəfə Putinin ayağına gəldi - sülh perspektivi hələ görünmür...

07.09.2026 / 22:10
Paşinyan demişdi sentyabrda başlayacağıq, daha 4 ay uzatdı...

07.09.2026 / 22:01
İran yenə “Tramp yolu”na ilişdi - ya erməni silahlı qüvvələri qorusun, ya da…

07.09.2026 / 21:54
Putin və Paşinyan Moskvada Ermənistanda referendum keçirilməsini müzakirə edəcəklər...

07.09.2026 / 21:46
İran qadınları ABŞ-ın toyda öldürdüyü şəxsləri qəribə geyimdə dəfn edir...

07.09.2026 / 21:40
Medvedyev Fon der Leyeni “başdanxarab ginekoloq” adlandırdı - almanlar onun yumor hissini bəyəndi…

07.09.2026 / 21:30
Zelenski Rusiyanın hava limanları ilə bağlı yeni strategiyanı işə saldı...

07.09.2026 / 21:17
Trampın sülh missiyası alınmır - ABŞ elçilərinin Moskvaya və Kiyevə səfəri yenə nəticə vermədi

07.09.2026 / 20:55
Kremlə bağlı “Sputnik Armenia” Azərbaycanla aranı yenə qarışdırmağa çalışır...

07.09.2026 / 20:40
Yaxın Şərq Pekin və Vaşinqton arasında - Çin regionu pulla ələ keçirir

07.09.2026 / 20:38
Xətai və Yasamalda motosiklet qaçıran və oğurluq edənlər saxlandı

07.09.2026 / 20:21
Ermənistanın düşmənçilik bitdi, qlobal media şirkərlərinin Azərbaycala düşmənçiliyi bitmir... Niyə?...

07.09.2026 / 20:06
Prokuror katolikosun məhkəməsindən qaçdı, Paşinyan baş keşişi mühakimə etməyə hakim tapa bilmir

07.09.2026 / 19:52
100 il əvvəl Bakını işğal etməyə gəlmiş ingilis əsgərlərinə niyə xatirə kompleksi olsun?!...

07.09.2026 / 19:29
Rusiya DİN-də “yanacaq əməliyyatı” – aralarında generalın da olduğu bir neçə yüksək vəzifəli şəxs həbs edildi…

07.09.2026 / 19:15
Rusiya Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun fəaliyyətini dayandırdı…

07.09.2026 / 18:48
Paşinyan yeni inqilaba hazırlaşır... Azərbaycana münasibət nəzərdə tutulur (?)

07.09.2026 / 18:43
İrəvandan Moskvaya növbəti zərbə - Ermənistan və Rusiya arasında viza rejimi tətbiq olunur

07.09.2026 / 18:42
Hindistan da Ermənistanda Rusiyanı sıxışdırır

07.09.2026 / 18:37
Kvotadan artıq benzin işlədənlər üçün qiymətlər qaldırılır

07.09.2026 / 18:12
Sabirabad seçiciləri deputat Əhliman Əmiraslanova təşəkkür etdilər - FOTO

07.09.2026 / 17:54
Vergiyə görə büdcə gəliri 10 faiz artdı, ancaq iqtisadiyyatımız böyümür... Qəribəlik...

07.09.2026 / 17:27
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb

07.09.2026 / 16:26
Azərbaycana qarşı kampaniyanın dəyişən ssenarisi

07.09.2026 / 16:10
"44" bədii filminin premyerasının vaxtı məlum oldu - FOTO

07.09.2026 / 15:57
8 min müsəlmanın qatilini bu qədər qəhrəmanlaşdırmaq? - Serb Vuçiç dünyanı heyrətləndirir...

07.09.2026 / 15:47
Tramp Britaniya ilə Argentinanı da müharibə vəziyyətinə gətirdi - "onlar İran müharibəsində məni müdafiə etmədi"...

07.09.2026 / 14:58
"QHT işi"nd' ittiham olunan Əhməd Məmmədzadə şərti iş aldı

07.09.2026 / 14:45
Peskov "Rusiyanın sülh təşəbbüsləri olubmu" sualından yayındı...

07.09.2026 / 13:58
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu

07.09.2026 / 13:57
Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun sədri vəzifəsindən azad edildi

07.09.2026 / 13:56
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edildi

07.09.2026 / 13:52
1700 Ukrayna əsgəri Xarkov bölgəsində rusların mühasirəsinə düşdü…

07.09.2026 / 13:37
İndoneziyanın müxtəlif yerlərində eyni vaxtda altı vulkan püskürdü...

07.09.2026 / 13:14
Putin Prezident İlham Əliyevə zəng etdi - ticarət, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə edildi...

07.09.2026 / 12:53
Litva və Latviyadan Rusiya iqtisadiyyatına ağır zərbə - Baltikdən taxıl tranziti dayandırılır...

07.09.2026 / 12:34
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1300 nəfəri keçdi...

07.09.2026 / 12:18
Tərtərdə 52 yaşlı kişi hər iki ayağından da güllələndi...

07.09.2026 / 11:56
Azərbaycan və İranın həyata keçirdiyi birgə layihələrin icra vəziyyəti müzakirə edildi

07.09.2026 / 11:37
Tramp bu gün Putin və Zelenski ilə telefonla danışacağı gözlənilir…

07.09.2026 / 11:15
İran yeni raketini ABŞ təyyarədaşıyan gəmisi üzərində sınaqdan keçirdi...

07.09.2026 / 11:02
DİN yeni tədris ili ilə bağlı valideyn və tələbələrə müraciət etdi

07.09.2026 / 10:46
İrandan Hörmüzdə güc balansını dəyişdirə biləcək addım - "boğaz yalnız bu halda açıq qala bilər"...

07.09.2026 / 10:29
Kartof və tərəvəz sahələrinə hər hektara 600 manat subsidiya veriləcək

07.09.2026 / 10:17
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir...

07.09.2026 / 10:05
Tramp Hörmüz boğazını ABŞ-ın yeni ərazisi elan etdi…

07.09.2026 / 09:47
Berlin və Avropa şokda - AfD rekord səslə qalib gəldi...

07.09.2026 / 09:32
Paşinyan Moskvaya gedir – Kreml açıqladı…

07.09.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmini vurdu…

07.09.2026 / 07:47
Yəhudilər İsraildəki “erməni ziyarətgahı”na tüpürmədən keçmir - polis də çarəsiz qaldı

06.09.2026 / 22:45
Overçuk Aİ-nin Ermənistana yardımını Rusiya bazarı ilə müqayisədə heç saydı - bizi əvəz edə bilmədilər...

06.09.2026 / 22:07
Netanyahu söz verdi - "İran rejimini devirəcəyik, sonu yaxındır"...

06.09.2026 / 21:35
Kuşner Putinlə danışıqların təfərrüatlarını açıqladı – üçtərəfli görüş keçirilə bilər…

06.09.2026 / 21:10
Kiyevdə Zelenski-Uitkoff-Kuşner danışıqlarına üç Aİ ölkəsi də qoşuldu – təfərrüatlar açıqlandı…

06.09.2026 / 20:28
ABŞ-ın İranla müharibəsi "əbədi müharibəyə" çevrilə bilər - Pentaqonun keçmiş rəhbərindən Trampa xəbərdarlıq...

06.09.2026 / 20:05
Kremldən III Dünya Müharibəsi xəbərdarlığı… Lavrov Berlinin addımlarını Nasist Almaniyası ilə müqayisə etdi - bizə müharibə elan edəcəklər…

06.09.2026 / 19:31
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib

06.09.2026 / 18:15
Sahibə Qafarovanın ABŞ-a səfəri başladı...

06.09.2026 / 17:22
Ruslar Trampın elçilərinin Kiyevə təyyarə ilə getməsinə imkan vermədilər…

06.09.2026 / 16:38
İran Hörmüz boğazına girməyə çalışan ABŞ pilotsuz qayığını vurdu…

06.09.2026 / 16:10
Trampın nümayəndələri ilk dəfə Kiyevdə…. Zelenski Uitkoff və Kuşnerlə görüşdü…

06.09.2026 / 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - FOTO

06.09.2026 / 14:12
Rusiya Ukraynadakı ÜST anbarlarını da bombalayır – ancaq təşkilat təcavüzkarın adını çəkməkdən yayınır…

06.09.2026 / 13:40
“Rusiya və Ukrayna iqtisadiyyatı məhv olacaq, müharibəni dayandırmalıyıq” - Zelenskinin müşaviri xəbərdarlıq etdi…

06.09.2026 / 12:14
Ukrayna Ryazanda neft emalı zavodunu vurdu…

06.09.2026 / 11:36
"Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb" - Prezident

06.09.2026 / 11:33
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ