Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvanın “humanitar yük” şousu iflasa uğradı...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan yenə Azərbaycanla sülh, münasibətlərin normallaşdırılması xüsusunda ziddiyyətli açıqlamalar verir. Məsələn, o, hökumətin iclasında çıxışı zamanı ölkəsinin Azərbaycanla sülhün bir-birinin ərazi bütövlüyünün tanınması əsasında bərqərar olmasına dair razılaşmaya sadiqliyini bildirir.

Amma Azərbaycanla razılaşmadan “humanitar yük” şousu təşkil etməklə, İrəvanın ölkəmizin ərazi bütövlüyünə qəsd cəhdindən əl çəkmədiyini də göstərir.

Elə hökumətin iclasında Paşinyan Ermənistanın Qarabağa göndərilmiş 360 tonluq humanitar yükünü Laçın dəhlizində saxlamamağa çağırıb. Bakı Ermənistan tərəfinin razılaşdırmadan Azərbaycan ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsini özünün ərazi bütövlüyü və suverenliyinə qəsd sayır və yükü haqlı olaraq Qarabağa buraxmır. Azərbaycan bu ayın əvvəlindən Laçın nəzarət-buraxılış məntəqəsindən keçidi bağlayıb, bunu Ermənistandan gələn Qırmızı Xaç maşınlarında müxtəlif növ qaçaqmal aşkarlanması ilə əsaslandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paşinyanın hökumətin iclasında dediklərinə şərh açıqlayıb. XİN bildirir ki, Paşinyan Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirməyə çalışır. XİN qeyd edir ki, Paşinyan sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul edilən sənədləri sadalayır, eyni zamanda Azərbaycana qarşı ərazi iddialarını davam etdirir, qondarma rejimi təbliğ edir, bununla da ölkəsinin ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını ortaya qoyur. Azərbaycanın haqlı mövqedə olduğunu Ermənistanda etiraf edənlər də az deyil. Məsələn, erməni fəal İşxan Verdyan Baku TV-yə açıqlamasında bildirib ki, şərti sərhəddəki humanitar karvanla bağlı məsələ təxribatdır. O qeyd edib ki, Paşinyan orada guya darda olan insanlara kömək etmək istəsəydi, bunu daha asan yolla əldə edə bilərdi: “Bunun üçün rəsmi şəkildə Azərbaycana müraciət edərək, humanitar yükün Qarabağa çatdırılmasını xahiş etmək lazım idi”. Hazırda Humanitar yardım” gətirilməsi adı ilə bu ölkədən yük daşıyan avtomobil karvanı “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində dayanıb. Xatırladaq ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhaliyə Azərbaycan tərəfi ilə razılaşdırılmadan “humanitar yük” daşıyan avtomobil karvanı iyulun 26-dan etibarən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfindəki aşırımda dayanıb. Avqustun 2-də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərəkət etmək istəyən daha iki yük avtomobili digərlərinin dayandığı əraziyə gəlib. Bununla da avtomobil karvanındakı nəqliyyat vasitələrinin sayı 21-ə çatıb. Hərbi ekspert Ədalət Verdiyev qeyd edir ki, Ermənistanın bütün təxribatçı səyləri müəyyən nəticələrə hesablanıb və bölgədə gərginliyi artırmağa çalışdığını bir daha göstərir. Bu, eyni zamanda, psixoloji təsirə hesablanmış addımlardır: “Avropanın bir neçə ölkəsinin və Ermənistan ərazisində maraqları olan digər dövlətlərin diplomatik nümayəndəliklərinin əməkdaşları, Avropa İttifaqı missiyasının rəhbər heyəti həmin ərazilərə gələrək, sanki Azərbaycana qarşı bəyanat verməyə çalışırlar. Bugünədək Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan niyə humanitar yardım üçün təklif olunan marşrutla deyil, öz seçdiyi marşrutla getməyə israr edir? Axı, biz hansısa ölkəyə gedəndə sərhəd-buraxılış məntəqəsini özümüz seçmirik. Ümumilikdə, Azərbaycan beynəlxalq separatizmin, o cümlədən onlar arasında dünyada ən təhlükəli və vəhşi xarakterə malik olan erməni terrorizminin dayaqlarını öz ərazilərində tamamilə aradan qaldırmağa çalışan ölkədir. Həmin fəaliyyətlər də məhz Ali Baş Komandanın sayəsində həyata keçirilir. Bir qisim erməni separatçı tör-töküntülər isə xunta rejiminə və yaxuddakı Rusiya sülhməramlı missiyasına arxayın olaraq Azərbaycan ərazilərində qalırlar. Rusiya sülhməramlı missiyası oradan çıxandan sonra separatçılar da qalmayacaqlar. Yəni bu gün Qarabağda erməni terrorçularının qalıqlarının bizə qarşı fəaliyyətlərinə dəstək olan, yüklərin, təbii sərvətlərimizin, həmçinin silah-sursatların daşınmasında onlara zəmanət verən məhz Rusiya sülhməramlı kontingentidir. Laçında sərhəd-keçid məntəqəsinin qurulmasında əsas səbəb də məhz Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərimizə Hindistandan, İrandan və digər dövlətlərdən silah-sursat daşınmaları oldu”.

Beləliklə, real vəziyyətin təhlili Ermənistanın, dediklərindən fərqli olaraq, əməldə Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmadığını göstərir. Buna rəğmən, Azərbaycan ermənilərin inteqrasiyasını sürətləndirmək üçün Qarabağa təchizat xətləri ilə bağlı yeni təkliflər irəli sürür. Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti xidmət zonasında yaşayan ermənilərə Azərbaycanın özünün lazımi təchizat vasitələrini çatdırmaq barədəki çağırışları məhz bu məntiqə xidmət edir. Qarabağ erməniləri bunları nəzərə alıb Azərbaycanın ictimai-siyasi həyatına uyğunlaşma prosesini tezləşdirməlidir. Buna əməl etmədən Qarabağda yaşamaq mümkünsüzdür, çünki bu hal Azərbaycanın suverenliyinə qarşı təhdiddir, mərkəzi hakimiyyətə itaətsizlikdir. Azərbaycan bunun qarşısını almaq üçün bütün imkanlara sahibdir. Bakı bu mövqeyini dünya ictimaiyyətinin də diqqətinə çatdırır. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında “Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi” mövzusunda açıq debatda çıxışında bildirib ki, Ermənistan humanitar yardım məsələsindən sui-istifadə edir: “Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə etmək üzrə ardıcıl səylərini qınayır. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması hər hansı digər dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi Azərbaycanın suveren hüququdur”. Diplomat, həmçinin xatırladıb ki, cari il iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını əsassız hesab edib, eyni zamanda bu ölkənin keçid məntəqəsi ilə bağlı müvəqqəti tədbirlər görmək tələbini yekdilliklə rədd edib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ