Bazar ertəsi günü, 09 noyabr 2026
     

14 iyul bayramı Makron rejiminə yaraşmır- Səfirlik pis vəziyyətə düşüb...

Image


14 iyul Bastilyanın alınması günü, həm də Fransanın milli bayramıdır. Fransızların azadlıq simvolu, zalım Kralın əsarətindən qurtulduqları gün... Bu cümlələr məsələnin rəsmi tərəfidir. Bir haşiyə çıxım: Həttda yadımdadır ki, biz yuxarı siniflərdə oxuyanda,-1992-ci illərə düşürdü məktəb illərimiz- İnsan Hüquqları haqqındakı Bəyyanamədə əks olunan “bütün insanlar azad və bərabər doğulurlar” cümləsini gündə neçə dəfə təkrar edib əzbərləyərdik. Böyük Fransa sivilizasiyasının bər-bəzəkli cümlələri idi bu cümlələr. İnsan hüquqları, hamı azad və bərabər doğulur...
Hər il fransızlar bunu böyük təmtəraqla qeyd edir, həmçinin 1789-cu ildə qəbul edilən insan hüquqları bəyannaməsindən dəm vurur, özlərini insan hüquqlarına alışıb-yanan xalq kimi göstərirlər. Daha doğrusu Emmoniel Makron Yelisey Sarayına ayaq basana qədər özlərini bu məsələdə tayı-bərabəri olmayan xalq kimi təqdim edirdilər. Amma E.Makron hakimiyyətə gələndən sonra bütün uğursuz siyasəti və Fransanı dünya birliyində rəzil edən siyasi addımları elə həddə çatıb ki, Parisin ortasında istənilən fransız FRANSIZ KİMLİYİNİ belə ucadan deməyə utanır. Həm tarix boyu Fransanın yazdığı qaranlıq və qanlı tarixə görə, həm də E.Makronun rəzil addımlarına görə.
E.Makron hakimiyyətə gəlməklə həm də Fransanın tarix boyu törətdiyi dəhşətli soyqırım və cinayətləri barədə bəşəriyyətin yaddaşını yenilədi, ən pis addımları ilə zülm və dəhşətlərlə dolu Fransa tarixini gözlər önünə sərdi. Xüsusilə Afrika ölkələrinə edilən səfərlər zamanı E.Makronun üzünə deyilən həqiqət və nifrət dolu fikirlər Fransanın qapqara tarixinin dəhşətli dərinliklərdə olduğunu göstərir. Xüsusilə Afrikalılar fransız zülmündən nələr çəkiblər, nələr...
E.Makronun Qarabağ məsələsində terrorçu və separat ermənilərə göstərdiyi açıq dəstək Fransanın bir dövlət kimi əsl MAHİYYƏTİNİ  ortaya qoyur. Gəlin Fransanın soyıqırım və cinayətlərlə dolu tarixinə səyahət edək.
Qarabağda yaşayan “bir ovuc” erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan artıq əhalisinə muxtariyyət belə verməkdən imtina edib. Muxtariyyət verməməklə kifayətlənməyən Fransa 1830-cu ildə işğal etdiyi və həmin tarixə qədər heç bir əlaqəsi olmayan ölkəni Fransanın ayrılmaz parçası elan etmişdi. Əlcəzair xalqı bu haqsız durumla razılaşmayaraq 1954-cü ildə ayağa qalxmış, müstəmləkəçi qüvvələrə müqavimət göstərməyə başlamışdı. Məqsədinə nail olmaq üçün işğalçı Fransa ordusu kütləvi qətliamlar, habelə müharibə və insanlıq əleyhinə çoxsaylı digər cinayətlər də törədir. Bu cinayətlər istər işğalın başlandığı 1830-cu illərdə, istər müstəmləkə dövrünün davamında, istərsə də 1954-cü ildə azadlıq mübarizəsi açıq müstəviyə çıxanda özünü büruzə verir. Məsələn, hələ 1832-ci ildə Fransanın işğalına müqavimət göstərən El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilir. Fransızlar qısa zamanda onlara qarşı mübarizəyə qalxdığı üçün qadınlar və uşaqlar da daxil olmaqla 12 min insanı qətlə yetirir. 
 
Həmçinin, Fransa İkinci Dünya müharibəsinin başa çatdığını qeyd etdiyi 8 may 1945-ci ildə bu dəfə öz azadlıqları üçün mitinqə çıxan əlcəzairlilərə divan tutur. 1945-ci ildə Əlcəzairin Setif şəhərində törədilən həmin qırğın zamanı 45 min əlcəzairli öldürülür. 
Daha bir faciə 1961-ci il oktyabrın 17-də baş verir. Həmin gün on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilir, mindən çox şəxs həbs olunur. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olur. Bu dəfə də Fransa hakimiyyəti ölkənin mərkəzində baş verən faciə barədə susur. Yalnız faciədən 37 il sonra Fransa “Sena qətliamı” zamanı insan ölümlərini təsdiqləyir və bu zaman da qərəzindən qalmır, ölü sayını cəmi 40 nəfər göstərir.
 
Fransa məqsədli şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib və bunun da nəticəsində XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil edib. Eyni şəkildə Ermənistan işğal dövründə Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma həyata keçirib. Fransanın işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqın islam təhsili alması qadağan edilib, məscid və mədrəsələr dağıdılıb, müsəlman alimləri həbs edilib, müqavimət göstərən on minlərlə müsəlman qətlə yetirilib.
 
1878 -ci ildə illərdə Fransa Çadı işğal etmək üçün hərbi əməliyyatlara başladı və ard-arda hazırlanan hücumlardan sonra yerli müsəlman hakimiyyət darmadağın edildi və 1900-cü ildə ölkə tamamilə işğal olundu. İşğala boyun əyməyən üsyançıların müqavimətini qırmaq üçün Fransa İngiltərə və Almaniyanı da bölgəyə dəvət etdi və Çad üç işğalçı arasında bölüşdürüldü. Çadın yerli müsəlman əhalisi uzun illər işğalçı dövlətlərə qarşı vuruşdular. 1909-cu ilə qədər müqaviməti qırmaq üçün minlərlə çadlı öldürüldü, tabe olmayanlar isə hərbi düşərgələrdə nəzarətə götürüldü. 1917-ci ildə fransızlar Çadın Abəşə şəhərində konfrans keçirmək adı ilə 400-dək yerli ziyalını bir yerə toplayaraq hamısını qətlə yetirdilər. Onların məqsədi ölkədə dinini, tarixini bilən hər kəsin yox edilməsi idi. İslam dininin aradan qaldırılması və bütpərəstliyin yayılması üçün işğalçılar ölkənin bir hissəsində yaşayan bütpərəst tayfa və qəbilələrə bəzi imtiyazlar verdilər. Onlar yerli idarəetmə orqanlarında irəli çəkildilər və müsəlmanların hüquqlarını tapdalayan qanunlar qəbul etdilər. Bununla da ölkə uzunmüddətli qeyri-sabit dövrə girdi, dini qarşıdurmalar baş verdi, minlərlə insanın qanı töküldü. 1957-ci ilə qədər Çad ədalətsiz və qanlı dövr yaşadı.  

Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə “Kasablanka döyüşü” kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilib. 

Tunisdə 1956-cı ildə mübarizə nəticəsində Fransa işğalına rəsmən son qoyulsa da, Fransa tərəfi ölkənin suverenliyinə hörmət etməyərək, bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamağa cəhd göstərmişdir. 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab vermişlər. “Bizert böhranı” nəticəsində 5 minə yaxın tunislinin öldürüldüyü bu ölkənin Qırmızı Xaç Cəmiyyəti tərəfindən qeydə alınmışdır.

Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, “Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüblər, 400-ə yaxın ev yandırılıb. Bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl fransız əsgərləri tərəfindən zorlanıb. 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirib. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetiriblər.
budur bütün yaxın və uzaq tarixi soyqırımlar törətməklə dolu olan Fransa bu gün də Ermənistanın yanında yer alır. Azərbaycanı 44-günlük müharibədə guya ermənilərin “hüquqlarını pozmaqda” ittiham edən Fransızlar 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım haqqında bircə dəfə də olsun heç nə danışmadılar. 

Və iyulun 14-nə çox az qalıb. Bastilyanın alınması günü yəqin ki, Fransa səfirliyində təmtəraqlı qeyd olunacaq. Məni bir jurnalist, bir vətəndaş kimi sadəcə bu düşündürür: damarlarında azərbaycanlı qanı axan birisi bütün dünyadakı məzlumlara divan tutan bir ölkənin bayramına necə qatılacaq?. Üstəgəl bir neçə il öncəyə kimi erməni faşizmini körpə övladı kimi bəsləyən bir dövlətin bayramına qatılmaq, ən azından 44 günlük müharibədə E. Makronun əzizlədiyi erməni faşiminə qarşı öz qanı-canı bahasına vuruşub şəhidlik zivəsinə qalxan, qazi olan vətən oğulları qarşısında BAĞIŞLANILMAZ addım olar.

Mətləb



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ