çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qarabağdakı separatçıların neytrallaşdırılma prosesinə start verilir

Image


Son dövrlərdə Qarabağda qalan ermənilər arasında ziddiyyətlərin getdikcə daha da dərinləşməsi müşahidə edilir. Belə görünür ki, burada Azərbaycanla inteqrasiya tərəfdarı olanların sayının artması separatçı mövqedə olanların ciddi narahatlığına səbəb olub. Bunun qarşısının alınması istiqamətində edilən səylər isə istənilən nəticəni vermir.

Baş verənlərlə bağlı Rusiyanın “Vestnik Kavkaza” nəşri yazır ki, əslində, Qarabağda qalan ermənilərin Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çıxış yolu yoxdur: “Brüsseldə keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri razılaşdırılmış ərazi üzrə respublikaların ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər: Azərbaycan Respublikasının ərazisi 86,6 min kvadratkilometr, Ermənistan Respublikasının ərazisi 29.800 kvadrat kilometrdir. Bir az sonra Nikol Paşinyan ilk dəfə olaraq birbaşa bəyan etdi ki, İrəvan Qarabağ iqtisadi rayonunu Azərbaycanın ərazisi kimi tanıyacaq və Moskvada keçirilən müşavirədə İlham Əliyev qeyd edib ki, tanınma Ermənistan hakimiyyətinin rəsmi mövqeyidir və Paşinyan da bunu etdi. Beləliklə, Ermənistan-Azərbaycan nizamlanmasının qarşısında duran əsas maneə aradan qaldırıldı: Ermənistan Qarabağa iddialarından əl çəkdi. Bu, birincisi, Xankəndidə silah və silahlıların qaçaqmalçılığını dayandıran Laçın dəhlizində Azərbaycan keçid məntəqəsinin quraşdırılması, ikincisi, İrəvana kənar oyunçuların təzyiqi sayəsində mümkün olub. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol Paşinyan vurğulayıb ki, Ermənistan öz qonşuları ilə münasibətlərində üçüncü qüvvələrə arxalana bilməz, çünki onlar istənilən vaxt dəstəkdən imtina edə bilərlər; ona görə də Ermənistanın özü Azərbaycanla sülh əldə etməlidir. Baxmayaraq ki, Moskvada həm Putin, həm Əliyev, həm də Paşinyan nizamlanmada mühüm irəliləyişləri qeyd etdilər, sonradan erməni tərəfi ilk növbədə Qarabağ ermənilərinin taleyi ilə bağlı ciddi fikir ayrılıqlarının qaldığını bildirdi. Bakı Qarabağ ermənilərinə Azərbaycan Respublikasının vətəndaşları kimi həm təhlükəsizlik, həm də bərabərlik zəmanəti verir, lakin İrəvan Azərbaycan hakimiyyətinə qarşı saxta ittihamlar irəli sürməkdə, bununla da suveren dövlətin daxili işlərinə qarışmaqda davam edir. Amma Ermənistan tədricən bu mövqeyini də dəyişməyə məcburdur. Bu halda Qarabağda qalan ermənilər Azərbaycanın inteqrasiya şərtlərini daha tez qəbul etməli olacaqlar”. Buna müqavimət gəstərənlər isə Azərbaycan qanunları qarşısında cavab verməli olacaq.

Qeyd edək ki, sözügedən xüsusda erməni şərhçi Edik Andreasyanın “Qraparak” nəşrində qələmə aldığı “Araiki təslim edin, rahat yaşayın” adlı məqaləsi heç də təsadüf hesab olunmur. O iddia edib ki, Qarabağda separatçıların “başçısı” Araik Arutyuntan Xocalıda Azərbaycan polisinə təhvil veriləcək. Erməni şərhçi qeyd edir ki, Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması, prezident İlham Əliyevin “təslim olun, amnistiya imkanından yararlanın” çağırışı etməsi hadisələrin inkişafını təsəvvür etməyə imkan verir: “Əliyevin bütün açıqlamalarına ciddi yanaşmaq lazımdır, çünki adətən dedikləri gerçəkləşir. Arutyunyan bir-iki cüt isti corab, paltar hazırlasa, yaxşı olar. Yəqin ki, onun təhvil-təslim prosesi Xocalıda keçiriləcək və bu prosesdə rus sülhməramlıları da iştirak edəcək. Araik Azərbaycan Daxili İşlər Nazirliyinin mikroavtobusuna əyləşəndə Əliyevlə Paşinyan sülh sazişi imzalayacaq. Əliyev böyük amnistiya elan edəcək və Qarabağdakı erməni əhali öz gündəlik həyatını yaşayacaq. Arutyunyanı bağışlamaq, yaxud bağışlamamaq qərarını Bakıda verəcəklər, bəlkə də bağışlayacaqlar”. Erməni şərhçi belə bir planın olduğunu və hadisələrin bu cür inkişaf edəcəyini hesab edir. Lakin onun fkrincə, Araikin təhvil-təslim prosesi danışıqların növbəti raundunda olmayacaq: “Əvvəlcə bu haqda danışılacaq, təbliğat aparılacaq, daha sonra edəcəklər”. Qeyd edək ki, prezident İlham Əliyevin separatçılara təslim olmaq qarşılığında amnistiya təklifi ABŞ tərəfindən də dəstəklənib. Xatırladaq ki, prezident Əliyev  Laçına səfəri zamanı çıxışında Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt edilə biləcəyini elan etmişdi: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o halda hər hansı bir amnistiyadan söhbət gedə bilər”. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu açıqlamadan sonra deyib: “Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülh işinə sadiqliyini yüksək qiymətləndirdik və prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışladıq”. Erməni ekspert Edqar Elbakyan isə bu mövqeyi rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının nəticəsi adlandırıb. “Biz pərdəarxası danışıqların şahidi oluruq” deyən ekspertin fikrincə, ABŞ-ın bu bəyanatını bu cür tərcümə etmək mümkündür: “Əgər siz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsınızsa, o zaman bu ərazidə hansı “prezidentdən” söhbət gedir?”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ