Rusiyanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılması gündəmə gətirilir.
Baki-xeber.com xəbər verir ki, bu barədə «Amerikanın səsi» radiosuna açıqlama verən Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuriy Sergeyev bildirib ki, Rusiyaya BMT TŞ üzvlüyü xaricində, 1991-ci ildə daimi BMT üzvü statusu verildiyi zaman prosedur qaydaları pozulub.
Ancaq bu mövzunun indiki vaxtda o qədər дя əhəmiyyətli olmadığını deyən Sergeyev, ilk növbədə Ukraynanın Donbasa sülhməramlılar göndərilməsi tələbinə Rusiyanın veto qoyması probleminin aradan qaldırılması olduğunu qeyd edib.
Bununla bağlı danışıqlar aparıldığını bildirən Sergeyev, Ukraynanın sülhməramlı göndərilməsi barədə çağırışlarına dəstək aldıqlarını da qeyd edib: "Onlar Rusiya, Luqansk və Donetsk «nümayəndələrinin» Minsk razılaşmalarını pozduqları üçün əlaqədar müqavilələrin təhlükə altında olduğunu anlayırlar. Minsk razılaşmalarını qurtarmaq üçün xaricdən dəstək lazımdır. Bu isə sülhməramlıların göndərilməsi ola bilər".
Rusiyanın BMT-də sülhməramlı məsələsinə ehtimal olunan veto qərarının öhdəsindən gələ biləcəklərini deyən Sergeyev, Moskvanın dayanması üçün bunun bir siqnal olacağını bildirib. Sergeyev bununla bağlı bəzi taktiki addımlarının olduğunu da deyib, ancaq hələlik bu addımların nədən ibarət olduğunu açıqlamayıb.