Bazar ertəsi günü, 30 noyabr 2026
     

Razi Nurullayev AXCP-dən istefa verdi: “Partiyada diktatura hökm sürür, Əli Kərimli avtoritar düşüncəyə malikdir”

Image


Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini postundan uzaqlaşdırılan Razi Nurullayev partiyadan istefa verdiyini bəyan edib. APA-nın xəbərinə görə, bu barədə o, özünün "Facebook” səhifəsində məlumat yayıb.

R. Nurullayev istefasına səbəb kimi AXCP sədri Əli Kərimli ilə aralarındakı fikir ayrılığını göstərib.

Bu barədə o, özünün "facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

O, buna təəssüfləndiyini qeyd edib. R. Nurullayev istefasına səbəb kimi AXCP sədri Əli Kərimli ilə aralarındakı fikir ayrılığını göstərib. "Çox təəssüf edirəm ki, yollarımız rəsmi olaraq ayrıldı. Amma təbii ki, heç zaman doğru bildiyim yoldan geri çəkilən deyiləm. Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyimi bəyan edirəm. Çünki sədrlə aramızda Himalay dağı boyda uçurum var. Bu uçurumu doldurmaq üçün partiyaya qoşulduğum zamandan çalışdım. AXCP-yə qoşulmamış Əli Kərimlini başqa cür tanıyırdım. Amma daha yaxın olduqca, gümanlarımın məni aldatmış olduğunu gördüm. O göründüyü kimi deyilmiş. Təəssüf edirəm. Əli Kərimliyə bir siyasətçi və insan kimi xoş münasibətimi saxlayıram və həmişə də saxlayacağam. Amma siyasət aləmində onunla bir sırada getməyin mümkün olmadığını görürəm”.

O, AXCP-də diktaturanın hökm sürdüyünü vurğulayaraq, Ə. Kərimlini avtoritar düşüncədə olmaqda ittiham edib: "Bu gün bir daha AXCP-də hökm sürən diktatura özünü göstərdi. İllərlə demokratiya uğrunda yorulmadan mübarizə aparmağımıza rəğmən AXCP sədri hörmətli Əli Kərimlinin avtoritar düşüncəsi, nəinki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə deyil, hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası, bizə demokratiya uğrunda səmimi mübarizəmizi əngəlləyirdi və yenə əngəlləməkdə davam edir.

Niyə gedirəm? Səbəblər:

1) Partiyada hörmətli Əli Kərimli daxili avtoritarizm yaradıb və heç bir daxili demokratiya yoxdur. Partiyada azad söz də yoxdur. Təəssüf edirəm ki, hörmətli Əli bəyin tənqidə və fərqli fikrə də dözümü yoxdur. Partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. Amma 20 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yastıq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik? Bunu qarşı oldum. Mən səhmimdən istifadə etmək istədim, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim. Buna tahammül edəmədi. Səhmdar var, səhmlər yox dedi.

2) Hər zaman daxili söhbətlərimiz olurdu ki, sədr şəxsiyyəti cəmiyyət tərəfindən qəbul edilən və sözünün çəkisi olan müavinlər və funksionerlər tərəfindən əhatə olunmalıdır. Ancaq hər şeyi özünün şəxsiyyəti ətrafında qurmaq və hər kəsi özünün təbliğatına cəlb etmək yanlış addımdır. Fərqli danışanı və sədrin şəxsi təbliğatında iştirak etməyənlər həmişə dışlandı və dışlanmaqdadır. Niyə siz məni və yüzlərlə cəbhəçini məcbur etməlisiniz ki, bizi sizin razılaşmadığımız və əksinə olduğunuz fikri və düşüncələrinizi paylaşaq və təbliğ edək? Niyə hər zaman siz deyən düzdür?

3) Sədr öz ətrafına potensial rəqibləri kimi baxırsa, bu fəlakətdir. Mən sənin müavinin idim və siz məni müavin təyin edəndən bir ay sonra şübhə ilə yanaşdınızsa, hətta səfirlərlə belə görüşü qadağan etməyə çalışdınızsa, o zaman biz necə yaxın ola və dərdlərimizi bölüşə bilərdik? Əgər mən 2013-cü ilin əvvəlindən bir dəfə üz-üzə oturub sizinlə danışa bilmədimsə, fikirlərimi, düşüncələrimi bölüşə bilmədimsə, və siz hər zaman mənə ingilis dilindən çevirən tərcüməçi kimi yanaşdınızsa, mənim siyasi fikrilərimi və ideyalarımı dinləmək istəmədinizsə, günahkar kimdir? Mən yoxsa, Siz?

4) Hər zaman narazı qalmışam ki, biz Rəyasət Heyətində digər müxalifət partiyalarını müzakirə etməyək. Bizim müxalifətdə birinci olmağımız fəlakət ola bilər. Bu baş verdi. Həmişə qlobal düşüncəyə sahib olmağın tərəfdarı olmuşam. Bu barədə yazmaq istədim, amma sadəcə bu "qlobal düşüncə” sözünə o qədər ikrah və laqeyd yanaşdınız ki, bunu yazmaqdan da vaz keçdim. İşim qruplarda sizin yazdıqlarınızı "like” etmək, paylaşmaq və şərh yazmaq oldu. Son zamanlar isə bundan tamamilə imtina etdim. Çünki, sizin yazdıqlarınızla razı deyildim. İstəyirdim ki, böyük düşünək. Biz mübarizəni YAP ilə aparmalıydıq. Amma, sözdə (yəni yazmaq, tənqid etmək, çıxış etmək və s.) hakimiyyətlə mübarizə apardıq, əməldə müxalifətlə. Niyə? Bu o zaman labüd olardı ki, Azərbaycanda bərabər güclü partiyalar olsun və onların hakimiyyətə gəlmək üçün bərabər şansları olsun. Amma, axı bizdə partiyalar sıradan çıxarılıb və gücsüz duruma düşüb. Elə bir müxalifət partiyası varmı ki təkbaşına müxalifətə gəlsin?

5) Heç zaman ürəyimcə olmadı ki, bu qədər xırdalıqlara gedirsiniz. Siz daha böyük düşünməlisiniz. Daha böyük amallar uğrunda çarpışmalı idiniz. Amma, vaxtınızın çoxu kim-kimi "like” edir, kim-kimə "comment” yazır və kim-kimi paylaşıra gedir. Ən xırda detalları belə özünüz edirsiniz. O qədər xırda işlərlə məşğulsunuz ki, böyük işlərə zaman qalmır. Bu xasiyyətinizin bizi irəli apara biləcəyi düşüncəsində deyiləm.

6) Xalq bizimlə deyil. Çox narahat oluram. Bu məsələləri çox müzakirə edirdik. Biz meydanlara da "sən öl, mən öl”lə adam yığırdıq. Fədakar və saf cəbhəçilər axırıncı pullarını verib kontur alaraq daha çox adama zəng edirdilər. Əgər xalq bizimlə deyilsə, bizim çağırışımıza lal və kar qalırsa, o zaman bu günah sizdədir. Çünki siz xalqı inandırmalısınız, lider kimi sizi önə vermişdik, amma bəs bu inamı niyə qaytara bilmirsiniz? Xalqın inamı qırılıb, inanmır və buna görə xalqı qınaya bilmərik. Çünki ona çox yalan vəd vermisiniz. Çox.

7) Xalqa yeni simalar lazımdır. Daha intellektual, daha savadlı və dünyanın gəliş-gedişindən baş çıxaran. Biz YAP-ı günahlandırırıq ki, niyə hakimiyyətdən getmirlər? Məgər siz müxalifət olmaqdan doydunuz ki, o da iqtidar olmaqdan doya? Fərqli fikir dedik, basqı yedik, cəbhəçilərlə görüşüb onların dərdini və sərini dinlədik, buna tahammül edəmədiniz. Bu müxalifət kreslosu nə şirin oldu? Xalqın lideri olmaq lazımdır, xalqın. Amma, siz heç cəbhəçilərə də düzgün atalıq edə bilmədiniz. Hər kəsə şübhə ilə yanaşdınız. Amma, onu bilin cəbhəçilər də artıq ayılıb və yorulub. Onlar üçün kimin lider olması vacib deyil. Onlar üçün vacib olan fərqli və ədalətli Azərbaycandır. Bu yolu onlara kim göstərəcəksə, orada olacaqlar.

Mən partiyadan istefa verirəm. Sizi də sədrlikdən istefaya çağırıram.

Yolumdan geri çəkilmirəm. Doğru bildiyim Azərbaycanda fərqli siyasətin qurulmasıdır. Şəxsiyyətə pərəstişə nifrət edirəm. Düşünmürəm ki, Əli Kərimli də elə siyasətçidir ki, onun ətəyində namaz qılmaq olar. Zatən, kənardan hər zaman tənqid olunurduq, hər zaman kənar insanlar - xalq bizə nagüman yanaşırdı. Özüm daxil olmaqla, bütün müavinlər və öndə gedən cəbhəçi və Rəyasət Heyəti üzvləri nə siyasi proseslərdən, nə də perspektivdən yararlana bilmədi və AXCP-də hörmətli Əli Kərimli siyasəti hökm sürdükcə də olacağına ciddi şübhələrim var.

Bu gün cibində 20 qəpik marşrut pulu olmayan cəbhəçinin istismarına qarşıyam. O cəbhəçi ki, həyatının ən gözəl bahar çağlarını hörmətli Əli Kərimlinin nəticə verməyən siyasətinə qurban verib. Hörmətli Əli bəyin mübarizəsinin şəxsi hisslər üzərində qurulduğunun inancındayam. İllərlə eyni pencək geyinən, eyni çəkmə geyinən, brend mağazadan paltar ala bilməyən, "tolkuçka”larda ən ucuz pal-paltar gəzən fədakar cəbhəçi ürəyimi parçalayır. Biz cəbhəçilərin portağal kimi sıxıb suyunu çıxarmışıq. Sonra da bir küncə atıb, yeni bir cəbhəçi axtarışına çıxmışıq. Mən bu prosesin iştirakçısı olmaqdan imtina edirəm.

Bütün cəbhəçilərə təşəkkür edirəm. Onlar yenə də mənim ən əziz dostlarımdır. Hərəkatçılar qədər saf qəlbli və təmiz insan görmədim. Amma, əfsuslar olsun ki, bu saf və təmiz qəlbli cəbhəçilər icraçılardır. Onlar əmr və göstəriş alırlar. Onları o zaman arayırıq ki, onlar bizə mitinqə gəlmək üçün və Facebook-da "like” etmək, şərh yazmaq və paylaşmaq üçün lazımdır”.

O, gələcək planlarını yaxın günlərdə açıqlayacağını qeyd edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ