çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan və bəzi Mərkəzi Asiya ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulur, Kreml sərt xəbərdarlıq etdi

Image


Bəzi MDB ölkələrinin Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmasının gündəmə gəlməsi şimal qonşumuz üçün şok effekti yaradıb. Məsələnin daha maraqlı tərəfi isə həmin ölkələrin Rusiyanın Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə mütəffiqləri olmasıdır.

Söhbət konkret olaraq Mərkəzi Asiya ölkələrindən və Ermənistandan gedir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Beynəlxalq Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransında qeyd edilən xüsusda maraqlı etiraflar edib: “Mərkəzi Asiyanın bəzi ölkələri risqə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirirlər. Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri müvafiq risqləri öz üzərinə götürmək istəmir. Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə söyləyirlər”. Onun sözlərinə görə, Rusiya heç kimə qarşılıqlı öhdəliklərə, o cümlədən KTMT, AİB və MDB üzrə öhdəliklərə zidd olmayanda hansı xarici və daxili siyasi kursun aparmalı olduğunu diqtə etmir:  “Biz əminik ki, Mərkəzi Asiya paytaxtları bunu yaxşı görür və başa düşür - Rusiya ilə əlaqələrin süni şəkildə pozulması bədnam ikinci dərəcəli sanksiyalardan daha ciddi zərərlə nəticələnə bilər”. Mixail Qaluzin vurğulayıb ki, Rusiya Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərini ardıcıl şəkildə gücləndirməkdə qərarlıdır. Hazırda Qərb üçün xüsusi diqqət mərkəzində yer alan məsələ Mərkəzi Asiya ölkələri arasında Qazaxıstanın Rusiyaya ilə ticarət əlaqələrində korrektələr etməsidir. Qərbdə hesab edilir ki, Rusiya sanksiyalar siyahısında olan bəzi məhsulları Qazaxıstanın vasitəsilə idxal edilir. Bu xüsusda artıq Qazaxıstana çoxsaylı xəbərdarlıqlar edilib. Elə bu səbəbdən Qazaxıstanın Maliyyə Nazirliyi Rusiya və Belarusa Qərbin sanksiyaları şamil olunan məhsulların tədarükünü qadağan edən əmr layihəsini dərc edib. Aprel ayından Qazaxıstan Rusiyaya çatdırılmalarda Qərbin sanksiyalarından yayınma ilə mübarizə sistemi tətbiq edir.  Beləliklə, Qazaxıstan paralel idxal sistemi vasitəsilə Rusiyaya sanksiyalardan yan keçməyə kömək etmədiyini Qərb ölkələrinə nümayiş etdirmək istəyir. Qazaxıstan Milli Bankının sədr müavini Akıljan Baimaqambetov bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Qazaxıstan üçün də problemlər yaradır. Bu məhdudiyyətlərin müəyyən dərəcədə bəzi sahələrdə iqtisadi fəallığa mənfi təsir göstərdiyini söyləyən sədr müavini qeyd edib ki, Qazaxıstan hökuməti bu məsələdə neytral qalmağa çalışır: “Buna baxmayaraq, Moskva Astananın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Hökumət  sanksiyalardan yan keçmək üçün ölkəmizdən istifadə olunmasının qarşısını almağa çalışır”. 
Milli Bank rəsmisinin sözlərinə görə, sanksiyalar səbəbindən Qazaxıstanın Rusiyaya ixracının strukturu xeyli dərəcədə dəyişib və artıq qara metalların ixracında azalma müşahidə olunur. Qazaxıstanla yanaşı, Ermənistan da Rusiyaya qarşı sanksiyalar məsələsində Qərbin yanında yer alacağını gizlətmir. Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində bunu təsdiq edib. Ermənistan hökumətinin başçısı bildirib ki, ölkəsi Rusiya ilə əməkdaşlıq etməklə Qərbin sanksiyalarından yayınmağa çalışır: “Ancaq sanksiyalar qırmızı xətdir. Biz bunu Rusiyaya çox açıq şəkildə deyirik: sizə zərər vermək istəmirik, lakin sanksiyalara məruz qalmağa imkanımız yoxdur”. Paşinyan bəyan edib ki, Ukrayna hadisələri ilə əlaqədar logistika zəncirləri pozulub. Onun sözlərinə görə, Rusiyaya çatdırılmalı olan bir çox mallar indi üçüncü ölkələr vasitəsilə daşınır. Paşinyan əlavə edib ki, ölkəsi sanksiya mallarına münasibətdə şəffaf olmağa çalışır və bu məsələ ilə bağlı Avropa İttifaqı, ABŞ və Rusiya ilə işləyir. Beləliklə, Ermənistan Rusiyaya qarşı Qərbin tələb etdiyi mövqe nümayiş etdirməyə başlayıb. “Financial Times” nəşri bu günlərdə yazmışdı ki, Ermənistanın Qərb sanksiyalarına məruz qalma ehtimalı yüksəkdir. Bildirilib ki, Rusiyaya texniki avadanlıq satdığı bildirilən Ermənistan şirkətlərinə qarşı Qərb tərəfindən sanksiyalar tətbiq etmək təklifi nəzərdən keçirilir.

Bir müddət əvvəl isə “The New York Times“ nəşri də bildirirdi ki, ABŞ və Avropa İttifaqı rəsmiləri Rusiyanın bu ölkəyə idxalı qadağan olunmuş Amerika və Avropa texnologiyalarını Ermənistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə marşrutlarını dəyişdirərək əldə etməsindən narahatdır: “ABŞ və müttəfiqlərindən Rusiyaya birbaşa satış sıfıra enib. Lakin ticarət məlumatları göstərir ki, digər ölkələr Rusiyaya lazım olanların bir hissəsini təmin etmək üçün bu ölkəyə kömək edir. Döyüş meydanından çıxarılan Rusiya silahlarını tədqiq edən “Conflict Armament Research” müstəqil qrupu tərəfindən bu günlərdə dərc edilən hesabata görə, işğalın başlamasından sonra Rusiyanın istehsal etdiyi silahlarda bu ölkəyə idxalı qadağan olunmuş çiplərin nümunələri tapılıb. Təhqiqata rəhbərlik edən Damien Spleetersin sözlərinə görə, ABŞ şirkəti tərəfindən hazırlanmış üç eyni çip ötən ilin fevral və mart aylarında Ukraynada Rusiyanın istifadə etdiyi "Lancet" dronlarında tapılıb.  ABŞ və Avropa rəsmiləri Rusiyanın Amerika və Avropa mallarını Ermənistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə marşrutlarını dəyişdirərək əldə etməsindən narahatlıqlarını qeyd ediblər. ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun möhürü ilə işarələnmiş bir sənəddə deyilir ki, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Daha sonra Ermənistan eyni məhsulların 97 faizini Rusiyaya ixrac edib”. İndi Qərbin buna qarşı sərt mövqeyi fonunda Ermənistan Rusiyaya qarşı mövqeyini dəyişir. Amma Rusiya da artıq ona qarşı sanksiyalar siyahısına qoşulacaq ölkələrə müvafiq xəbərdarlığını edib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ