çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında ABŞ əsas vasitəçi ölkəyə çevrilir

Image


Fransanın Azərbaycana qarşı qərəzli mövqeyindən sonra  Avropa İttifaqının da Azərbaycan və Ermənistan arasında sülh üçün vasitəçiliyi mümkünsüz hala gəlib. Beləliklə, Franssanın davranışları Avropa İttifaqı üçün mənfi nəticələrə gətirib çıxarıb. Buna paralel olaraq, Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədinə ölkəmizin razılığı olamadan yeni iki illik missiya göndərməsi də bu quruma Azərbaycanın etimadını sarsıdıb.

Xatırladaq ki, 2021-ci ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Praqa danışıqlarında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişeldən başqa Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdi. ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın sülhə doğru "cəsarətli" addımlar atmasını alqışlamışdı. İki ölkənin xarici işlər nazirləri noyabrın 7-də Vaşinqtonda bir araya gəlmişdilər. Lakin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi ilə dekabrın 7-nə planlaşdırılan son görüş baş tutmadı. Erməni tərəfi bu görüşdə də Fransa prezidenti Emmanuel Makronun iştirak etməsində israrlı idi.Azərbaycan prezidenti İlham Əliyev bu təklifi rədd etdi və bildirdi ki, Fransa bu məsələdə neytral deyil və İrəvana tərəfkeşlik edir. Belə vəziyyətdə vasitəçi qismində ABŞ və Rusiya qalıb. Məsələnin bu tərəfinə toxunan prezident İlham Əliyev yerli telekanallara müsahibsəində bildirib: “Minsk qrupu “rəhmətə gedəndən” sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa”. Hazırda Ermənistan Rusiya ilə gərginləşən münasibətləri fonunda Kremlin vasitəçiliyindən imtinaya çalışır. Elə bu fonda Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Sarkis Xandanyan maraqlı bir açıqlama verib: “Ermənistan və Azərbaycan arasında sülh danışıqları hazırda ABŞ-ın vasitəçiliyi ilə aparılır”. Deputatın sözlərinə görə, sülh müqaviləsinin layihəsi ABŞ-a təqdim olunub. “Azatutyun” radiosu  deputata istinadla yazır ki, sülh müqaviləsi layihəsinin mətni məlum deyil. Məlum olan budur ki, Azərbaycan və Ermənistan məhz bu layihə mətni üzrə təkliflərini bir-birinə təqdim edirlər. Xandanyan deyib ki, sülh müqaviləsi danışıqlarının dalana dirəndiyini demək hələ tezdir: “Bu günlərdə sülh müqaviləsi ətrafında müzakirələrin davam etdiyini bildirməsilə xarici işlər naziri də bunu təsdiqlədi”.

Qeyd edildiyi kimi , sülh müqaviləsi üzrə danışıqlar indiyədək üç platformada: Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə aparılıb, amma noyabr ayından bəri iki ölkənin nə liderləri, nə də xarici işlər nazirlərinin görüşü olub. Onu da xatırladaq ki, sülh müqaviləsinin ABŞ və Rusiya variantlarının mətnləri rəsmən açıqlanmayıb. Bu variantlar barədə ilk dəfə Rusiya prezidenti Vladimir Putin məlumat vermişdi. Putin işarə etmişdi ki, müqavilənin ABŞ variantında Qarabağ Azərbaycanın tərkib hissəsi kimi təsbitlənir. Rusiya prezidenti buna da toxunmuşdu ki, Qarabağ məsələsinin Azərbaycan-Ermənistan sülh müqaviləsinə daxil edilməsi mümkündür. Bundan bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan bildirmişdi ki, Rusiyanın təkliflərinə əsaslanan müqaviləni imzalamağa hazırdır. Amma o, yanvarın 18-də Praqa razılaşmalarına əsaslanan müqaviləni imzalamağa hazır olduğunu bəyan edib. İrəvanın hansı varianta üstünlük verməsinə dair suala deputat Xandanyan belə cavab verib: “Burda söhbət üstünlük məsələsindən getmir. Ən mühümü budur ki, vasitəçi sülh müqaviləsinin yalnız kağız üzərində qalmayacağına təminat verə bilsin. İndi belə görünür ki, proses ABŞ-ın vasitəçiliyi ilə başlanan məntiq üzrə gedir”. “Azatutyun” yazır ki, parlamentdəki müxalif “Mənim şərəfim” fraksiyasının lideri Ayk Mamicanyan iqtidardan olan həmkarının verdiyi bu xəbərdən təəccübləndiyini deyib: “Bir-birini inkar etməsə də, prinsipial fərqli olan iki müqavilənin hər ikisi ilə necə razılaşmaq olar? Siz Paşinyanın siyasətini yaxşı xırdaladınız: hansı alınsa, o variant”. İqtidar deputatından fərqli olaraq, müxalifətdən olan millət vəkili hesab edir ki, danışıqlar dalana dirənib. Keçmiş prezident Robert Köçəryanın “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan isə hesab edir ki, sülh müqaviləsinin gündəliyi yanlışdır: “Hərbi əməliyyatlar, Laçın yolunda baş verənlər o deməkdir ki, sülh gündəliyi yanlışdır. Hakimiyyət isə gözüyumulu bu yanlış gündəliyə qol qoyur və hətta “Qarabağ bu şəraitdə heç cür Azərbaycanın tərkibində yaşamaq imkanına malik deyil” fikrini dilə gətirməkdən belə qorxur”. Bu arada qeyd edək ki, Nikol Paşinyanla telefon söhbətindən sonra ABŞ dövlət katibi Entoni Blinken “Twitter”də baş nazirlə Azərbaycanla sülh danışıqlarının bərpası məsələsini müzakirə etdiyini yazıb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, Blinken bugünlərdə Azərbaycan prezidenti İlham Əliyevlə danışacaq: “Son vaxtlar biz Qarabağ məsələsi ətrafında geriləmə görürük. Biz istəyirik ki, konstruktiv dialoq bərpa olunsun. Biz ikitərəfli formatda təsir göstərməyə hazırıq”. Belə olduğu halda, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hər hansı görüşlər gözlənilirmi? Əvvəllər belə görüşlərdə vasitəçiliyi ABŞ edib. Ermənistan XİN bildirib ki, nazirlərin mümkün görüşü barədə məlumat əvvəlcədən veriləcək.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ