çərşənbə günü, 11 noyabr 2026
     

İrəvan xanlığının bayrağında “qılınclı şir”... Xanlığımızın neçə bayrağı olub...

Image


Azərbaycan dövlətçilik tarixində İrəvan xanlığının ayrıca yeri var. Sözsüz, məlum tarixi mərhələdə yaranan xanlıqlarımızın hər birinin niyyəti xalqımızı, ərazilərimizi vahid bayraq altında birləşdirmək olub ki, İrəvan xanlığı da mövcudluğu dövründə bu yolda mücadilə verib. Təbii ki, xanlıqlar arasında birliyin, həmrəyliyin olmaması nəticəsində bu mümkün olmayıb.

Amma hər bir xanlıq ortaya öz mübarizəsini, niyyətini qoyub. Bütün xanlıqlarımızın da hər birinin öz atributları, bayrağı olub. Dövlətçilik bayrağından əlavə döyüş bayraqlarına da malik olublar ki, bu da onların müstəqilliyindən xəbər verir.

Qərbi Azərbaycanda qurulan İrəvan xanlığı Azərbaycan ərazisində yaradılan əzəmətli xanlıqlardan biri idi ki, bu barədə tarixi mənbələrdə çox zəngin məlumatlar var.

Mir Mehdi xan Ziyadlı-Qacar, Xəlil xan Ziyadlı-Qacar, Həsənəli xan Ziyadlı-Qacar, Hüseynəli xan Ziyadlı-Qacar, Qulaməli xan Ziyadlı-Qacar, Məhəmməd xan Ziyadlı-Qacar, Mehdiqulu xan-Dəvəli-Qacar, Əhməd xan Müqəddəm, Hüseynqulu xan Qovanlı-Qacar-bu dövlət xadimləri müxtəlif illərdə İrəvana xanlıq ediblər .

  • İrəvan xanlığına hansı ərazilər daxil idi?

İrəvan xanlığının Azərbaycanın dövlətçilik tarixinin formalaşmasına verdiyi töhfələr misilsizdir. İrəvan xanlığının beşiyi olan İrəvan şəhəri və İrəvan qalası, eyni zamanda da bütünlüklə Qərbi Azərbaycan erməni şovinistlərinin işğalı altındadır. İrəvan xanlığının dövründə bu ərazidə Azərbaycan türkləri yaşayıb, bura onların tarixi torpağı olub. Çox təəssüflər olsun ki, azərbaycanlıların deportasiyasından sonra  ermənilər İrəvan şəhərindən İrəvan xanlığının izlərini silməkdə davam edir. Amma onlar nə qədər bu izləri ört-basdır etmək istəsələr də, həqiqəti inkar edə bilmirlər. Tarixdən bəllidir ki, İrəvan xanlığı 1747-ci ildə Nadir şah Əfşarın ölmündən sonra yaradılıb. Tarixçilər deyir ki, bu xanlığın əhatə dairəsinə müasir Ermənistan, indiki Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Türkiyənin İqdır eli daxil olub. 1828-ci ildə Rusiya İmperiyası ilə Qacarlar arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən xanlığın ərazisi Rusiyanın tərkibinə daxil edilib. Etnoqraf və tarixçilər bildirir ki, tarixşünaslıqda İrəvanın XVI əsrdə salındığı göstərilir. Tarixçilərin tədqiqatı göstərir ki, İrəvanın adı ilk dəfə VII əsr mənbələrində çəkilir. İrəvan xanlığının Çuxursəəd bəylərbəyiliyinin əsasında yarandığını qeyd edən tarixçilər vurğulayır ki, bu feodal dövlət 1747–1828-ci illərdə mövcud olub. İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax  sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi isə İrəvan şəhəri idi. Mənbələrdə qeyd edilir ki, İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi. Hüseynəli xanın oğlu Məhəmməd xan Qacarın dövrü İrəvan xanlığında ən uzunmüddətli xan dövrü sayılır. Məhəmməd xan fasilələrlə İrəvan taxtında 21 il oturdu.

Mənbələrin verdiyi məlumata görə, Məhəmməd xandan sonra hakimiyyətə Hüseynqulu xan Qacar gəldi. Onun hakimiyyəti dövründə İrəvan Rusiya dağıdıcı yürüşlərinə məruz qaldı.  Hüseynqulu xanın hakimiyyəti dövründə İrəvan xanlığının mədəniyyətinin pik həddə çatdığı qeyd edilir. İrəvandakı Göy Məscid və Sərdarabad mahalındakı eyni adlı qala Hüseynqulu xanın əmri ilə tikilir.

1827-ci il oktyabrın 6-da İrəvan xanlığı ruslar tərəfindən işğal edilir və bu işğal 1828-ci il fevralın 10-da Türkmənçay müqviləsi ilə “möhkəmlənir”. Bu müqavilənin 15-ci bəndinə əsasən, Qacarlar və Osmanlı imperiyası  ərazisində yaşayan erməni əhalisi Cənubi Qafqaza köçürülür.

  • İrəvan xanlığı işğalçı ruslara necə müqavimət göstərdi?

Məlumatlara görə, İrəvan xanlığının Patskeviçə ciddi müqavimət göstərməsinə baxmayaraq, İrəvan qalası 1827-ci il oktyabrın 1-də rusların əlinə keçib: "Rus qoşunları böyük çətinliklər hesabına İrəvan qalasını işğal etdikdən sonra özlərilə geriyə əsir və qənimətlərlə yanaşı, xanlığa məxsus dörd bayrağı da aparıb. 

  • “Əs sultan ben əs-sultan Şah Fətəli Qacar…”

Qafqaz Hərbi Tarix Muzeyinin bələdçi kitabında göstərilir ki, həmin bayraqlar bu muzeyin fondunda saxlanır. Bu bayraqlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus, 1827-ci il oktyabrın 1-də işğal zamanı ələ keçirilən tuğdur. Kədərli hal ondan ibarətdir ki, sənin tarixinə aid olan bir nümunəni öz ölkənə gətirə bilmirsən. İrəvan xanlığının bayraqlarından yalnız ikisini 1924-cü ildə indiki Milli Azərbaycan Tarixi Muzeyinə gətirmək mümkün olub. İrəvan sərdarına aid bayraq hazırda bu Muzeydə 461 saylı inventar altında saxlanılır. Bayraq tünd qırmızı mahuddan hazırlanıb və düzbucaqlı üçbucaq formasındadır. Bayrağın yuxarı enli hissəsində şir və günəş (şiri-xurşid) təsvirləri milli qurama üsulu ilə tikilib. Sarıya çalan açıq-qəhvəyi (bej) quramadan hazırlanan  şir yandan təsvir olunub, quyruğu belinə qatlanıb, sağ qabaq pəncəsini qaldırıb. Şirin gözləri qara və sarı, dişləri, dili və caynaqları sarı saplarla tikilib. Şirin arxasında yarımdairə formasında çıxan insan sifətli Günəş sarı mahud parçadan hazırlanıb. Günəşin burnu və qaşları qara, gözləri isə qara, saarı sapla tikilib. Mavi parçadan olan Günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilib. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir-birinin yanında açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş salınıb. Şir əlində qılınc tutub. Şirin başı üzərindəki damcıvari sarı kartuşda "Əs sultan ben əs-sultan Şah Fətəli Qacar, 1239" sözləri yazılıb. Bayraq qumaşının zoğalı hissəsində əmələ gələn üçbucaqların hər birində yerləşdirilən yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə "Quran" ayələri yazılıb. Aşağıda sağda- "Möminlərə müjdə", solda "Kömək Allahdandır və yaxın qələbə", yuxarıda sağda "Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik", solda "Mərhəmətli, rəhmli Allahın adı ilə" sözləri həkk edilib. Bayrağın üz və astar üzlərindəki təsvirlər bir-birini təkrarlayır. Tarixçilər bildirir ki, digər xanlıqların bayrağında olduğu kimi, İrəvan xanlığının bayrağında da türkçülük və islamçılıq ənənələri bir-birilə vəhdət təşkil edir. Tarixçilər qeyd edir ki, türk mifologiyasında şir güc-hakimiyyət simvolu, qılınc mübarizə simvolu, günəş isə məhsuldarlıq, bərəkət, işıqlı həyat, xoş gələcək simvolu kimi xarakterizə edilir.  Bəllidir ki, şir hökmranlıq simvoludur. Günəşin isə ta qədimdən türk mifologiyasında səcdə, bərəkət, məhsuldarlıq kultu olması barədə məlumatlar var. Türk abidələrində, o cümlədən də Səfəvilərin bayrağında Günəş təsviri əsas yerlərdən birini tutur. İrəvan xanlığının bayrağının simvolik mənaları da birbaşa türkçülüklə, islamla, milli-mənəvi sistemimizlə bağlıdır. 

  • Sərdar Hüseyn xanın bayrağı...

İrəvan sərdarına məxsus bayrağın qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində Şiri-Xurşid təsvirləri tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur. Şir quyruğunu belinə qatlanmış, sağ qabaq pəncəsini qaldırılmışdır. Şirin gözləri qara və sarı, dişləri, dili və caynaqları Sarı sapla tikilmişdir. Şirin arxasından yarımdairə formasında çıxan insan sifətli günəş sarı mahud parçadan quranmışdır. Günəşin burnu və qaşları qara, gözləri isə qara və sarı saplardan tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilmişdir. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş quranmışdır. Şirin quyruğu yanındakı kartuşda ərəb dilində "Mən şəriətə uyğun hərəkət edirəm", digərində isə "Kömək Allahdandır, yaxın qələbə" sözləri təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayrağa müxtəlif rəngli (qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Bayraq qumaşını bayrağın sapına taxmaq üçün tikilmiş torbacıq yaşıl mahud parçadandır. Bayraq sapının yuxarı hissəsinə gümüşü saplardan toxunmuş uzun qotaz asılmışdır. Həmin bayraq 1825–1826-cı illərdə hazırlanıb.

İrəvan xanlığının bayrağı vaxtilə XVIII əsrdə Qərbi Azərbaycanda mövcud olan feodal dövlətin simvolu olub. Bu gün o bayraqlar barədə əlimizdə kifayət qədər faktlar var. Bildiyimiz qədər, İrəvan xanlığının bayrağının bərpası da həyata keçirilib. Əlbəttə, bu bayrağın mövcudluğu onu göstərir ki, biz ulularımızın zəfər tuğlarını qəlbimizdə göyərdib o yerlərə bir də dönəcəyik. Böyük qayıdışa az qalıb. Bizi o yerlərə oğuz-türk babalarımızın ruhları haraylayır...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:50
“Ar olsun!”, “Əllərin qana batıb!” - Baydenin üstünə süd paketi atdılar

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ