çərşənbə günü, 11 noyabr 2026
     

Makronun Leyla Abdullayevaya dediyi sözlər Paris-İrəvan münasibətlərini çatlatdı...

Image


Azərbaycanın təmkinli gedişləri,diplomatik müstəvidə atdığı addımlar ermənistanın son dövrlərdə Fransaya olan ümidlərinin tamamilə sarsılmasına gətirib çıxarıb. 

Bu barədə danışmazdan öncə xatırladaq ki, son aylarda, xüsusilə də ötən ilin 30 noyabrında Fransa Milli Assambleyasının Ermənistana dəstək ifadə edən, Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməni qəbul etməsindən sonra Bakı və Paris arasında münasibətlər gərginləşib. Sözügedən qətnamə bir müddət öncə Fransa Senatında qəbul olunmuşdu. O zaman Azərbaycan Fransaya nota vermişdi.

Bundan əlavə o da bəllidir ki, 2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılırdı. Lakin ötən ilin sonlarından bu proses dayanıb. Azərbaycan prezidenti İlham Əliyev yerli telekanalara müsahibəsində bu xüsusda aşağıdakıları qeyd edib: “Bildiyiniz kimi, dekabrın 7-də növbəti görüş planlaşdırılmışdı. Bizə bəyan edildi. Amma biz buna etiraz etdik. Çünki biz Fransa tərəfinin addımlarından sonra onları bu formatda görmürük. Ona görə biz 7 dekabr formatını dəstəkləmədik”. Bundan əvvəl Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi. Azərbaycan rəsmiləri hesab edirlər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir.  Mövcud vəziyyətdə Ermənistan Fransanı əsas himayədarı kimi görməyə başlamışdı. Lakin İrəvanda Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pivenin erməni həmkarı Alen Simonyanla birgə keçirdiyi mətbuat konfransında səsləndiidiyi fikirlər ermənilərin yenə yanlış mövqedə olduğunu göstərdi. Bron-Pive Qarabağdakı vəziyyəti şərh edərkən deyib: “Qarabağın regionda hansı statusa malik olması məsələsini Fransa həll etməməlidir. Bizim mövqeyimiz çox dəqiqdir. Bu mövqeyə uyğun olaraq biz buğun Qarabağın müstəqilliyini tanımamışıq və statusu Fransa müəyyən etməməlidir. Bu məsələni beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, o cümlədən münaqişə tərəfləri həll etməlidir”. Ermənistanın “armenianreport” portalı bu yanaşmanı Azərbaycanın növbəti qələbəsi hesab edir: “Görünür, Qarabağın müstəqilliyinin tanınması məsələsində rəsmi Parisin könlü yoxdur və biz tamamilə fərqli, əks proseslər müşahidə edirik. Fransa Milli Assambleyasının rəhbəri Yael Braun-Pive İrəvana səfər edib, orada Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb və bir sıra tamamilə yersiz, şokedici açıqlamalar verib. Bu xanım Ermənistanda olarkən Azərbaycanı sevindirməyi də bacarıb. Onun “Qarabağın regionda hansı statusa malik ola biləcəyinə Fransa qərar verməməlidir” ifadəsi olduqca məyusedicidir. Bu, çıxış siyasi ikiüzlülüyün zirvəsidir. Ötən il Fransa Milli Assambleyası “Avropa və (Yaxın) Şərqin erməni xalqının və xristian icmalarının müdafiəsi haqqında” qətnamə qəbul edib. Bu qətnamədə Qarabağ münaqişəsinin yekun və təcili həllinə xüsusi diqqət yetirilib. Onun müstəqilliyini tanınmasına 188 deputat lehinə, 3-ü əleyhinə səs verib. Bundan əlavə, ötən il noyabrın 25-də Fransa Senatı böyük səs çoxluğu ilə Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul edib. Yuxarıda göstərilənlərin hamısını nəzərə alaraq, Yael Bron-Pivenin bu addımını, bu çıxışlarını necə başa düşmək olar? Fransanın siyasi manevrlər adı altında Qarabağın və erməni xalqının maraqlarına etinasızlıq göstərməsi kimi. Biz indi Bakı mediasında belə bir xəbər görürük ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini Fransa prezidentinə təqdim edib. Emmanuel Makron onun etimadnaməsini qəbul edərək bildirib ki, Fransa Azərbaycana dost ölkədir. Bu doğrudur, yoxsa Azərbaycan mətbuatının şişirtməsi? Bunu deməliyik: Fransadan heç bir təkzib olmadı. Üstəlik, biz gördük ki, Qarabağın müstəqilliyinin tanınması məsələsində rəsmi Parisin tarixi sıçrayış etməyə könlü yoxdur”.

Erməni ekspert Suren Surenyants da eyni mövqeni sərgiləyir. O hesab edir ki, burada İrəvanın da üzərinə böyük məsuliyyət düşür: “Ermənistan hakimiyyəti Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin başçılıq etdiyi nümayəndə heyətinin ölkə üçün mühüm əhəmiyyət kəsb edən səfərini çox diqqətsiz təşkil edib. Yael Braun-Pive isə İrəvanda iki diqqətçəkən bəyanatla çıxış etdi: Laçın yolunun bağlanması ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsindən danışarkən o, “problemin sülh vasitəsilə həlli yolları tükənməyib”, Qarabağın müstəqilliyinin tanınmasına gəlincə isə “Paris bunu beynəlxalq hüquq normaları əsasında etmir” dedi. Nəticədə İrəvan səfəri zamanı bizimkindən daha çox Azərbaycanın xarici siyasət arsenalında istifadə oluna biləcək bəyanatlar səslənib. Bu, bizim diplomatiyamızın, xarici siyasətimizin keyfiyyəti məsələsidir. Qarabağın statusundan danışılır və Qərbin Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyəcəyinə dair aydın mesaj verilir. Bir neçə aydır ki, Ermənistanda mövcud hakimiyyət tərəfindən idarə olunan “Qərb seqmenti” cəmiyyətimizə vaxtaşırı saxta gündəm gətirir: deyir ki, əgər biz xarici siyasət oriyentasiyamızı dəyişsək, bu, Qarabağ probleminə müsbət təsir göstərəcək. Onlar deyirlər ki, Qərb təhlükəsizlik məsələlərində bizə dəstək verməyə hazırdır. İrəvan Rusiyanın imicini pisləşdirir və Qərbi xilaskar kimi təqdim edir. Spikerin səfəri və verdiyi bəyanatlar kontekstində isə biz reallığı, yəni qərbpərəstlərimiz tərəfindən hazırlanmış saxta gündəmlə məşğul olduğumuzu gördük”. Politoloq səfər nəticəsində cəmiyyətdə müəyyən antifransa ovqatının yaranacağını istisna etmir: “Amma Ermənistanla Fransa arasında həmişə xüsusi münasibətlər olub. Və bu gün Ermənistanda aparılan daimi antirusiya əhval-ruhiyyəsi rəhbərliyin günahıdır. Bu, bizim hakimiyyət orqanlarının yanlış siyasətinin nəticəsidir, çünki hökumətimiz öz fəaliyyətsizliyini gizlədir. Bu və ya digər ölkəyə hansısa missiyanı həvalə edir. Təbii ki, bu ölkələrin birinci şəxslərindən heç biri hakimiyyət orqanlarına problemin həllinə dair söz vermir. Ermənistan hökuməti məsuliyyəti başqa ölkələrin üzərinə atmamağı öyrənməlidir”. Ermənistanın “Hetq” nəşri isə diqqəti buna yönəldir ki, İrəvanda rəsmi səfərdə olan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin nümayəndə heyətinin tərkibində deputat Ann Jenete də olub. Fransanın erməni dairələri və ermənipərəst siyasətçiləri Azərbaycanla münasibətlərdə Jeneteni tənqid edirlər. Qeyd olunur ki, Jenete Fransanın 11-ci seçki dairəsinin deputatıdır, Ermənistan da daxil olmaqla 49 ölkədə Fransadan kənarda yaşayan fransızları təmsil edir: “13-17 noyabr 2021-ci il tarixlərində “Ermənistan-Fransa” dostluq qrupu çərçivəsində Ann Jenetenin İrəvana səfəri qalmaqala görə ləğv edilib. Səfərdən bir neçə gün əvvəl, noyabrın 9-da Ermənistan 44 günlük müharibədə ölmüş hərbi qulluqçuların xatirəsini yad edərkən Azərbaycanın Parisdəki səfirliyi Fransa siyasətçiləri və iş adamları üçün Qarabağın işğaldan azad edilməsinin 1-ci ildönümünə həsr olunmuş nahar-debat təşkil edib. Səfirliyin “Facebook” səhifəsində şam yeməyi ilə bağlı yazı “Qələbə günü”, “Qarabağ Azərbaycandır” həştəqi ilə müşayiət olunur. “Qarabağ sülh vaxtında: ümidlər və çətinliklər. Fransanın rolu nədir?” başlıqlı şam yeməyinə Ann Jenete də qatılıb. O, “Twitter”də Azərbaycanın Fransadakı səfirinin yanında foto yerləşdirərək yazıb ki, Fransa sülh üçün çalışmalıdır və parlament diplomatiyası buna töhfə verə bilər”. Nəşr qeyd edir ki, Azərbaycanın mövqeyini dəstəkləyən diplomatın Ermənistana gələn nümayəndə heyətinin tərkibində olması İrəvanın fiaskosudur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:50
“Ar olsun!”, “Əllərin qana batıb!” - Baydenin üstünə süd paketi atdılar

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ