çərşənbə günü, 11 noyabr 2026
     

Gümrüdəki 102-ci Rusiya bazası qarşısında Ukrayna bayrağı qaldırıldı...

Image


Rusiya və Ermənistan arasında münasibətlər gərginləşən xətt üzrə inkişaf edir. Xüsusən də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina etməsi, ardınc baş nazir Nikol Paşinyanın 2023-cü ildə KTMT təlimlərini keçirməkdən imtina etməsi Moskva-İrəvan ziddiyyətlərini dərinləşdirir.

KTMT-dən imtina edən Ermənistanda daha bir məsələ 102-ci bazanın ölkə ərazisindən çıxarılmasın anail olmaqdır. Bu fonda Gümrüdə növbəti anti-Rusiya aksiyası başa çatıb. Bu dəfə təşkilatçılar ukraynayönlü şüarların səsləndirilməsinə icazə verməsələr də, orada Ukrayna bayrağı qaldırlılıb. Aksiya keçirənlər 102-ci bazasının girişində çadırlar qurmasına və orada növbətçilik rejimində fəaliyyət göstərmək istəsələr də polis buna icazə verməyib. İndi gözlənilir ki, bu şəraitdə ilk növbədə KTMT-dən çıxmaq prosesduruna start versin. Cənubi Qafqaz üzrə rus ekspert Andrey Areşev bildirir ki, Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxması prosedurunun başlandığını bəyan etsə, bu, Moskva-İrəvan münasibətlərinin korlanmasında yeni mərhələ olacaq: “Biz bilirik ki, bu kimi məsələlər hazırda İrəvan tərəfindən ciddi şəkildə nəzərdən keçirilir. Moskva-İrəvan münasibətlərindəki problemlər nə dünən, nə də Paşinyan dövründə yaranıb, bu məsələlər daha əvvəl olub, Paşinyan dövründə daha da güclənib". Areşev qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini tənzimləməlidir: "İrəvan-Ankara münasibətlərinin nizamlanması üçün məsləhətləşmələr aparılır, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinə dair danışıqlar gedir və bütün bunlar kifayət qədər ciddidir. Ötən ilin sonunda sülh müqaviləsinin bağlanması perspektivi ilə Paşinyanla Əliyev arasında sammitin hazırlanması məsələsi gündəmdə idi. Lakin sonra nəsə problem yarandı". Erməni politoloq Artur Xaçikyan isə bildirir ki, Kreml İrəvanın son addımlarından çox qəzəblidir: “Xatırladığım qədər, Moskva heç vaxt Ermənistana qarşı belə ritorikadan istifadə etməyib, Ermənistan-Rusiya münasibətləri heç vaxt bu qədər aşağı səviyyədə olmayıb”. Onun sözlərinə görə, Paşinyan əslində nəticələrini düşünmədən emosional bəyanatlar verir: “Artıq hakim rejimin aydın planla hakimiyyətə gəldiyini inkar etmək çətindir. Plan Ermənistan-Rusiya münasibətlərini pozmaq, hər şeydə Rusiyanı günahlandırmaq, Qarabağla bağlı bütün öhdəlikləri Rusiyanın üzərinə qoymaq, onun regiondan çıxmasına nail olmaq, Ermənistanı Türkiyəyə vermək, erməniləri buradan qovmaq və dənizdən dənizə vahid türk dövlətinin formalaşdırılması üçün şərait yaratmaqdır. Biz öz suverenliyimizi, müstəqilliyimizi itiririk. Rusiyanın bölgədən çəkilməsi bizi vahid Türkiyə qarşısında müdafiəsiz edəcək. Zaxarova eyham vurub ki, Ermənistanın Qərbdəki nümayəndələri bəzi razılaşmalar barədə sənəd imzalayıblar, bu barədə xalqa məlumat verilmir. Rusiya Qarabağ məsələsi və başqa məsələlər ilə bağlı bütün məsuliyyəti Paşinyan tərəfindən Moskvanın üzərinə qoymaq hiyləsinin işə yaramayacağını açıqladı. Üstəlik, Ermənistan hökuməti İlham Əliyevin görünməmiş kəskin ritorikasına cavab olaraq kəskin bəyanatlar vermir”. Xaçikyan vurğulayıb ki, regiona BMT sülhməramlıları gəlsə belə, onlarAzərbaycan və Türkiyəni saxlaya bilməyəcək: “Rusiya sülhməramlılarından narazı olmaq üçün səbəblər var, Laçın dəhlizində yolu açsınlar, amma bağlı qapılar arxasında diplomatiya aparılsın, Rusiya rəhbərliyi ilə görüşlər keçirilsin, qışqırıb barmaq yelləmək olmasın. Rusiyaya təzyiq etmək lazım idi, amma münasibətləri korlamaq yox. Qərbə də sual vermək lazım idi. Ukraynadakı müharibə şəraitində Rusiya Türkiyəni azsaylı müttəfiqlərindən biri kimi görür və bir gün bunu elan edə bilər. Rusiya bir gün qoşunlarını çıxara bilər. Hərbi əməliyyatların bərpasının qarşısını almaq sülhməramlıların funksiyasıdır. BMT sülhməramlıları Azərbaycan və Türkiyəni saxlaya bilməyəcək”. Xatırladaq ki, bundan əvvəl Paşinyan Ermənistanda yerləşdirilən rus qoşunlarının ölkənin təhlükəsizliyinə təhdid yaratdığını bildirib. Xaçikyan hesab edir ki, Paşinyanın çıxışından sonra Rusiyadan qaz nəqlinin dayandırılmasını və ya Rusiya bazarına çıxarılan Ermənistan məhsullarının satışı prosesinə müdaxiləni gözləmir. O, Ermənistanın yeganə hərbi müttəfiqi Rusiyanın olduğunu deyərək Qarabağdakı sülhməramlı qüvvələri və Gümrüdə 102-ci hərbi bazanı xatırladıb.

Rusiya ilə münasibətlərini korlayan Ermənistana Qərbin də yardım etməyəcəyinə dair xəbərdarlıqlar olunur. Erməni politoloq Suren Sarkisyan vurğulayır ki, Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntisi olmamalıdır: “Ermənistanda yanlış fikir var ki, Qərb gəlib ölkəni hərbi mənada qoruyacaq. Burada bir neçə sual ortaya çıxır. Nə üçün Qərb bizi Türkiyədən – özünün strateji partnyorundan qorumalıdır?”. Onun sözlərinə görə, Ermənistanın KTMT-dən hipotetik çıxışının ölkəni NATO, yaxud Avropa Birliyinə üzv edib-etməyəcəyini sorğulamaq lazımdır: “Gözümüzün önündə KTMT, Aİİ və ya MDB üzvü olmayan, Avropa İttifaqına inteqrasiya etməyə çalışan ölkələrin təcrübəsi var: Gürcüstan, Ukrayna, Moldova... Gürcüstan uzun illərdir ki, NATO və AB-nin qapısını döyür, bu inteqrasiya üçün çox işlər görüb, ordusunu, idarəetmə sistemini, iqtisadiyyatını Qərb standartlarına uyğunlaşdırıb. Amma hələ ki, vəziyyət irəli getməyib”. Erməni ekspert Qrant Aleksanyan qeyd edir ki, İrəvanın güvəndiyi Fransa da mövqeyini dəyişir: “Biz Fransadan başqa addımlar gözləyirdik, təəssüflər olsun ki, bu, baş vermədi, Fransa bizi maraqlarına satdı. Fransadan olan ermənilərin əksəriyyətinin gözləntiləri ənənəvi olaraq yüksəkdir, baxmayaraq ki, bunun üçün tutarlı əsaslar yoxdur. Zaman dəyişir, dövlətlər də öz maraqları ilə dəyişir. Buna baxmayaraq, Fransa Ermənistana sevgisini nümayiş etdirməkdə davam edir və bunu müxtəlif bəyanatlarla ifadə edir. Fransanın qanunverici orqanının rəhbəri İrəvanda bildirib ki, Qarabağ münaqişəsi həll olunmayıb, ATƏT-in “Minsk qrupu” çərçivəsində danışıqlara və  beynəlxalq qərara ehtiyac var. Həmçinin, Fransa Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımır. Təsəvvür edirsiniz, Fransanın mövqeyinə Ermənistan hökuməti çox soyuq yanaşdı. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycandan kənarda görmür. Kapitulyasiya edənlərin başa düşdüyü beynəlxalq ictimaiyyət yalnız Türkiyə və Azərbaycandır. Bəli, Fransa Ermənistana siyasi və mənəvi dəstək verir, buna görə biz əlbəttə ki, minnətdar olmalıyıq. Buna baxmayaraq, fransız yardımının forma və məzmununa görə nə həvəsləndirmək, nə də ruhdan salmaq olmaz. O ölkənin də Azərbaycanda çox real maraqları var ki, bunlara göz yummaq olmaz. Müxtəlif mənbələr bildirirlər ki, son illərdə fransız şirkətləri milyardlarla mənfəət perspektivi ilə qonşu düşmənimizin ölkəsinə 5 milyard dollardan çox sərmayə qoyublar. Fransızların o pulu israf etmək niyyəti yoxdur. Biz çox istərdik ki, Fransa bizə praktiki olaraq kömək etsin, xüsusən də Qarabağ və Ermənistanın təhlükəsizlik məsələlərində. Belə görünür ki, fransızların bu istiqamətdə heç bir niyyəti və imkanları yoxdur. Ola bilsin ki, fəlakət baş verərsə, bizi xilas etmək üçün yenidən gəmilər göndərəcəklər, amma bu, çox simvolik olacaq. Gəmilər dağlarda üzmür. Biz fəlakətin qarşısını almalıyıq ki, başqalarının gəmilərinə ümumiyyətlə ehtiyac olmasın”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ