çərşənbə günü, 11 noyabr 2026
     

Əhməd İsmayılov geniş media qarşısında hesabat verdi - FOTO

Image


Dövlətin media sahəsində siyasətini həyata keçirən Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi yarandığı iki il müddətində mediada islahatların dərinləşməsi, müasir çağırışlara cavab verən layihələrin həyata keçirilməsi, yeni trendlərin tətbiqi və sairdə çox uğurlara imza atıb.

Yanvarın 12-də Bakı Biznes Mərkəzində  Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirildi. Yerli media qarşısında hesabat nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov iki il müddətində həyata keçirilən layihələrdən, icra edilən tədbirlərdən və qarşıda duran hədəflərdən danışdı. Agentliyin fəaliyyət istiqamətlərindən danışan Ə.İsmayılov slaydlar vasitəsilə indiyə qədər görülən işlər, qarşıya qoyulan hədəflər, media sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətdə görülən işlər, 2022-ci ildə imzalanan normativ hüquqi aktlar, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndiriməsi barədə fikirlərini bildirdi. “E-Köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının istifadəyə verilməsindən, mediaya dəstək layihələrinin həyata keçirilməsindən, jurnalistlərin peşəkarlığının artırılması, keçirilən təlimlər, media sahəsində təhsilin keyfiyyətinin artırılması, agentliyin kommunikativ aktivliyi, beynəlxalq əməkdaşlıq və sair barədə geniş danışdı. Ə.İsmayılov qeyd etdi ki, Agentlik media subyektlərinə və jurnalistlərə qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazların tətbiq olunması ilə bağlı layihə üzərində işləyir. Proses başa çatdıqdan sonra bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.  

Ə.İsmayılov vurğulayıb ki, hazırda Azərbaycanda media subyektlərinin vergidən azad olunması ilə bağlı qanun layihəsi hazırlanır: “Media subyektlərini (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb”.

O qeyd edib ki, qanun layihəsinə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.

Ə.İsmayılov bildirib ki, qanun layihəsi ilə aidiyyəti qurumlar tanışdır və hökumətdə qanun layihəsi nəzərdən keçirilir. 

Ə.İsmayılovun sözlərinə görə, region mətbuatının da inkişafı diqqət mərkəzindədir və bu istiqamətdə araşdırmalar aparılır, region mətbuatının təmsilçiləri ilə görüşlər keçirilir. O qeyd etdi ki, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır: “Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.

Ə.İsmayılov jurnalistlərin sualına cavab olaraq bəzi saytların  media subyekti sayılıb-sayılmamasına da aydınlıq gətirdi: “Elə media subyekti var ki, ayda sayta bir xəbər yerləşdirir. Buna da media demək olar?"

O qeyd etdi ki, Media Agentliyinin 20 xəbər tələbi məsələsi media subyektləri ilə müzakirə edilib və razılaşdırılıb. “Media subyektinin saytında gündə özünün istehsal etdiyi 20 ədəd xəbər olmalıdır. Bu məsələ media subyektləri ilə geniş müzakirə edilib. Hesab edirəm ki, bu tələb elə də çətin deyil. Türkiyədə bu tələb bizdən dəfələrlə artıqdır. Gələcəkdə ehtiyac yaranarsa bu məsələni yenidən müzakirə edə bilərik”.

Ə.İsmayılov vurğuladı ki, indiyə qədər Media Reyestrində qeydiyyatdan keçmək üçün 200-dən artıq media subyekti müraciət edib,  müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digrlərinin müraciətləri baxılmaqdadır.

Ə.İsmayılov bildirdi ki, həmçinin 180 nəfərə qədər jurnalistin müraciəti təsdiq edilib. 

Ə.İsmayılıov onu da qeyd etdi ki, istinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir.

Ə.İsmayılovun sözlərinə görə, istinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir. “Əgər jurnalist görür ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda Media Agentliyinə müraciət edə və Agentlik məsələni araşdırıb tədbir görə bilər. Ancaq müraciət edilmədiyi halda Media Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb, müəllif yazının başqa saytda çıxmasına icazə verib”.

O vurğuladı ki, Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var. Media subyektləri qalan müddət ərzində müraciət edə bilərlər. “Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”, - deyə Ə.İsmayılov qeyd etdi.

Qəzetimizin “Əhməd müəllim, çıxışınızda siz də reklam məsələsini vurğuladınız. Belə başa düşdüm ki, reklam haqqında qanuna dəyişiklik edilməsinə ehtiyac var. Çap mediasının ən çox əziyyət çəkdiyi məsələlərdən biri reklamla bağlıdır ki, qəzetlər reklam ala bilmirlər, qəzetlərə reklam verilmir. Bunun bəlli səbəbləri var. Yəqin ki, Agentlik də bu istiqamətdə təhlillər edib. Düzdür, dövlət qəzetlərə maliyyə ayırır və sair. Amma qəzetlərin reklam təminatı da olmalıdır. Qəzetlərin reklam əldə etməsi, qəzetlərə reklam verilməsi üçün  agentliyin hansısa təşəbbüsləri varmı” sualına Ə.İsmayılovun cavabı belə oldu: “Reklam haqqında” qanunda ediləcək dəyişikliklər, ola bilsin ki, bu dediyiniz məsələləri tam həll etməsin”.  O vurğuladı ki, media inkişaf edir və bu inkişafdan irəli gələrək çap və onlayn mediada, eləcə də audiovizual sahədə reklamın verilməsi ilə bağlı şərtlərdə və standartlarda dəyişikliyə ehtiyac var. “Amma ümumilikdə reklam sahəsində problemin aradan qaldırılması ilə bağlı Media İnkişfı Agentliyinin başqa layihələri var”.

O vurğuladı ki, bu işə media subyektləri ilə reklam verənlərin təmasından başlamaq lazımdır. “Bizim o təmaslarda problemlərimiz, o sahədə bir boşluq  var. Yəni reklam reklam, bu necə bölünür? Bir sual. İkinci sual, reytinq sisteminə necə otuzdurmaq və reytinqdə bunu necə istifadə etmək olar? Üçüncü istiqamət isə sosial reklamların təqdim edilməsi üçün Medianın İnkişafı Agentliyi nə edə bilər? Hazırda bu sahədə ən çox əziyyət çəkən çap mediamızdır”.

Ə.İsmaylov hesab edir ki, reklam verənlərlə media subyektləri arasında görüş təşkil etmək və bir platformada görüşüb problemlərimizi danışmaq, müzakirə etmək lazımdır. Necə olur ki, reklam verilir, amma reklam gəlib bizim media subyeklərinə, tutaq ki, çap mediasına çatmır və yaxud nə üçün çap çediasında reklam verməyə maraq yoxdur? Biri var, bunun səbəbini Media Agentliyinin ekspertlərindən, nümayəndələrindən eşidəsiniz, biri də var sahibkar özü desin ki, niyə reklam vermir.”

Ə.İsmayılovun sözlərinə görə, bunun səbəbini bilsək, onu aradan qaldırmaqla problemi həll etmiş olarıq. O qeyd etdi ki, Azərbaycanda çap mediasına dəstək mexanimzi var və Media Agentliyi dəstək göstərir: “Bu dəstək kifayətdirmi? Deyirsiz ki, kifayət deyil, çətinliklər mövcuddur. Həm dövlət dəstəyi, həm də eyni zamanda reklamdan gələn gəlirlərin artıq sistemli, balanslı şəkildə sizə istiqamətlənməsinə ehtiyac var.  Bu problemi sizli, bizli və onlarlı həll etməliyik. Hüquqi normativ bazada buna çətinlik yaradan, “yox”, “olmaz” deyən bir problem yoxdur. Hazırkı qanunvericilik buna geniş şərait yaradır. Biz biznes strukturlarından reklamı almaq üçün onlara necə maraqlı olmalıyıq düşüncəsində olmalıyıq ki, onlar bizə reklam verməkdə maraqlı olsunlar...”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ