çərşənbə günü, 11 noyabr 2026
     

Millətlərarası münasibətlərin Azərbaycan modeli dünyaya örnək kimi qalmaqdadır...

Image


Tarixi təcrübə göstərir ki, millətlərarası münasibətlərin formalaşması ictimai həyatda aktual və mürəkkəb problemdir. O da qeyd edilməlidi rki, millətlərarası harmoniyanın məzmunu maddi, mənəvi sərvətlərin istehsal yolu və siyasi münasibətlərin növü ilə müəyyən edilir.

Heç də hər bir ölkədə bu xüsusda münasibətlər rəvan getmir. Amma Azərbaycanda fərqli mənzərə hökm sürür və ölkəmiz bu məsələdə unikal nümunələrdən biri hesab edilir.

  • Azərbaycan dinc yanaşı yaşamanın zəngin və təkrarolunmaz təcrübəsinə malikdir

Müasir dünyada Azərbaycan dayanıqlı siyasi sistemə, sosial sabitliyə, millətlərarası və konfessiyalararası münasibətlərin harmonik vəziyyətinə, yüksək beynəlxalq nüfuza malik və davamlı iqtisadi yüksəliş nümayiş etdirən ən uğurlu dövlətlərdən biri hesab olunur.  Bu gün dünyada 240-a qədər çoxmillətli dövlətdə birləşən 4000-ə yaxın xalq, millət və tayfa yaşayır. Azərbaycanda da çoxsaylı milli və etnik qruplar, xeyli sayda konfessiya var. Onlar arasında Azərbaycan dövləti harmonik münasibətlər yarada bilib.

Bu gün də millətlərarası harmoniyanın möhkəmlənməsi dövlət siyasətinin aparıcı prioriteti və Azərbaycan cəmiyyətinin fundamental dəyəri kimi çıxış edir. Ölkəmizdə millətlərarası münasibətlər insanların hərəkətlərində, onların dünyagörüşündə, əxlaqi prinsiplərində, davranış normalarında, yəni, sosial-psixoloji, siyasi və hüquqi mexanizmlər vasitəsilə həyata keçirilən ünsiyyətin, razılığın subyektivləşdirilmiş formalarında özünü ən yüksək səviyyədə göstərir. Azərbaycanın tarixi torpaqlarnda xalqların, sivilizasiyaların, mədəniyyətlərin və müxtəlif dinlərin bir dövlətdə dinc yanaşı yaşamasının zəngin və təkrarolunmaz təcrübəsi toplanıb.  Bu irs cəmiyyətdəki birliyin köklərini müəyyənləşdirir və gələcəyi daha aydın görməyə kömək edir. Cəmiyyətin demokratikləşməsi Azərbaycanda bütün etnik qrupların mədəniyyətinin və dillərinin dirçəlişi və inkişafı üçün şərait yaradır. Bu inkişaf Azərbaycandakı bütün etnik qrupların vətəndaş birliyi əsasında baş verir ki, bu da millətlərarası münasibətlərin inkişafına əlavə töhfə verir. Bütün bunlar tarixi inkişafın nəticəsidir. Millətlərarası harmoniya ilk növbədə əsas sosial institutlarda formalaşır. Onlar inkişaf etdikcə millətlərarası münasibətlər yeni səviyyəyə qalxır ki, bu da müasir vətəndaş cəmiyyətinin tarixi və siyasi əsası kimi çıxış edir. Burada bir məsələyə də toxunmaq lazım gəlir. Son zamanlar dünyada millətlərarası münasibətlərin vəziyyətinə təsir edən yeni xarici amillər meydana çıxıb, məsələn, etnik və konfessional zəmində geosiyasi parçalanma ehtimalı, eləcə də regionda hərbi-siyasi sabitliyin pozulması təhlükəsinin yaranması, humanitar fəlakətlərin mümkünlüyü və nəzarətsiz qaçqın axınının yaranması bunun təzahürləridir. Həmçinin dini ideyalar adı altında ekstremist, terrorçu və radikal qrupların qanunsuz fəaliyyəti, xarici kütləvi informasiya vasitələrində zərərəli təbliğat, ölkə qanunlarına tabe olmayan dini birliklər vasitəsilə milli mentaliteti yad kütləvi mədəniyyətin və əxlaqın təsiri,  transmilli cinayətlərin artması, konfessiyaların və etnoyönümlü təşkilatların siyasiləşdirilməsi də misal kimi göstərilə bilər. Bu amillər millətlərarası münasibətlərdə sabitliyi poza bilər. Amma Azərbaycanda bu təhdidlər keçərli sayılmır.  Xalqımzın tolerant mentaliteti,  yeniliklərə münasibətdə cəsarət, uğurla həyata keçirilən əsas islahatlar, millətlərarası harmoniya və dostluq, siyasi sabitlik, ölkənin davamlı və dinamik iqtisadi artımı burada öz rolunu oynayır. Bütün bu amillər Azərbaycan vətənpərvərliyinin formalaşmasında ən mühüm amil kimi millətlərarası harmoniyanın əsasına çevrilib.

  • Qarabağ erməniləri üçün inteqrasiya mərhələsi

Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqlarının qorunması və təmin edilməsi millətlərarası harmoniyanın möhkəmlənməsinə böyük töhfə verir. Eyni zamanda, dinlərarası və millətlərarası harmoniya hərtərəfli təhlükəsizliyin, sabitliyin, mütərəqqi iqtisadi və siyasi inkişafın təməl daşıdır.

Millətlərarası harmoniya siyasəti azərbaycanlıların fəaliyyətinin bütün aspektlərini əhatə edir, onun ümumi siyasətinin strukturunda ən mühüm komponentlərdən biridir. O da qeyd edilməlidir ki, bu məsələdə azərbaycançılığın milli birliyimizin təminatında yeri və rolu əvəzsizdir. Çünki azərbaycançılıq milli birliyimizin təməl prinsipi olaraq milli azlıqlar arasında da geniş yayılmış və qəbul olunmuş ideologiyadır.  Bundan əlavə, Azərbaycanda təkcə islamdaxili harmoniya deyil, eyni zamanda, digər daxili və dünyadakı konfessiyalar arasında həmahənglik mövcuddur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bir yerdə dostluq, qardaşlıq şəraitində yaşamaları, ölkəmizdə mövcud olan dini harmoniya bütün dünyaya nümunədir. İndi Qarabağda qalan ermənilərin də bütün bunları nəzərə alıb, mümknü qədər tez Azərbaycan cəmiyyətinə inteqrasiyaya start vermələri onların öz gələcəkləri üçün olduqca mühümdür. Bu halda Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. İndiki şərait və bütün şərtlər Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünün gəlib çatdığını göstərir.  Bu xüsusda Azərbaycanın mövqeyini yerli televiziya kanallarına müsahibəsində prezident İlham Əliyev bir daha ifadə edib: “Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Bu günlərdə baş verən hadisə, - o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, - onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar. Əlbəttə, bu, bizim əlimizdə nədir ki? Heç nə. Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır”.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ