Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiyanın supergüc iddiasina Ukraynada son qoyulur...

Image


Ukraynadan gələn son məlumatlar burada Rusiyanın daha ciddi çətinliklərlə üzləşdiyini göstərir. Belə görünür ki, Rusiya işğal etdiyi əraziləri sürətlə itirir. Artıq bir neçə gündür, Ukrayna ordusunun Xarkov istiqamətində əks hücumu davam edir. Bir sıra yaşayış məntəqəsinin azad edildiyi, bölgənin ən böyük yaşayış məntəqələrindən biri olan Balakleya şəhərindəki rus qrupunun mühasirəyə alındığı təsdiqlənir.

ABŞ Müharibənin Tədqiqi İnstitutunun hesabatına görə, hücum başlayandan bugünə qədər Ukrayna ordusu 400 kvadrat kilometr ərazini azad edə bilib. Lakin prezident Volodimir Zelenski sentyabrın 1-dən Ukraynanın 1 000 kvadrat kilometrdən çox ərazisinin Rusiya ordusundan azad edildiyini bildirib: “Davam edən müdafiə əməliyyatları çərçivəsində qəhrəmanlarımız artıq onlarla yaşayış məntəqəsini azad edib. Bu irəliləyiş davam edir, yeni nəticələr var. Ümumilikdə, sentyabrın 1-dən indiyədək min kvadrat kilometrdən çox ərazimiz azad edilib. Bunu təmin edən hər kəsə təşəkkür! Bu günlərdə azad edilmiş ərazilərdə ucaldılan hər bir Ukrayna bayrağına görə orduya, kəşfiyyatçılara və xüsusi xidmət orqanlarına təşəkkür edirəm”. ABŞ tərəfinin məlumatına görə, Ukrayna ordusu İzyum şəhərindən 20 kilometr şimal-qərbə doğru irəliləyib. Rusiya mənbələri Ukrayna ordusunun daha da irəlilədiyini təsdiqləyir, özü də 30 kilometrdən çox. Rus hərbi təbliğatçısı Aleksandr Kots da vəziyyətin ağır olduğunu etiraf edir. Onun sözlərinə görə, Ukrayna birləşmələri Xarkov vilayətində hücum cəhdini davam etdirir, Balakleyaya nəzarəti ələ keçirməyə və Rusiya Silahlı Qüvvələrinin İzyum qruplaşmasını təchizat yollarından kəsməyə çalışır: “Düşmən hələ şəhəri tutmayıb. Qərb istiqamətindən Balakleyaya girmək üçün iki dəfə cəhd edildi, lakin rus qüvvələri tərəfindən dəf edildi. Bölmələrimiz şəhərdə qalır. Şevçenkove ətrafında döyüşlər yenidən başlayıb. Düşmən Çuqev-Kupyansk magistralına nəzarəti ələ keçirməyə çalışır. Balakleyanın cənubunda, Ukrayna Silahlı Qüvvələri İzyum qrupumuzun tədarük arteriyalarını kəsmək üçün Veseleye və Kunye yaşayış məntəqələri ərazisindəki yol ayrıclarına çatmağa davam edir. Aviasiyamız, artilleriyamız, ehtiyatlarımız işləyir. Vəziyyət çətindir. Bəzi ərazilərdə Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində nəzarətimiz altında olan əraziyə 20, hardasa 30 kilometr dərinlikdə irəliləməyi bacarıb”. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə irəliləyiş məsafəsinin daha çox olduğuna dair məlumat yayıb: “Ukrayna Silahlı Qüvvələri yerli əhalinin dəstəyi ilə 3 gün ərzində demək olar ki, 50 km irəliləyib. Düşmənin ayrı-ayrı bölmələri xeyli itki verib. İşğalçılar yaralı şəxsi heyəti və zədələnmiş hərbi texnikanı Olxovatka və Borodoyarskoye yaşayış məntəqələri ərazilərinə çıxarmağa çalışırlar. Onların mülki geyimli şəxsi heyəti fərariliyə əl ataraq Rusiya ərazisinə qayıtmağa çalışır”.

Əks-hücum əməliyyatının iştirakçılarından biri də Ukrayna Silahlı Qüvvələrinin Birinci Əlahiddə Xüsusi Təyinatlı Briqadasının zabiti, politoloq Taras Berezovetsdir. O, rus ordusunun hava-desant bölmələrinin Balakleya şəhərinin kənarından necə tələsik geri çəkildiyinin şahidi olub. Onun sözlərinə görə, Balakleya yaxınlığındakı Novaya Qusarovka kəndində gedən döyüşlər zamanı rus desantları mövqelərini tərk edərək qaçıblar. Rusiya Silahlı Qüvvələrinin generalı, Dövlət Dumasının deputatı Andrey Qurulyov da vəziyyətin ağır olduğunu bildirib: “Doğrudan da döyüş xəritəsində elə sahələr var ki, bu gün bizim üçün orada çox ağırdır. Ciddi döyüşlər gedir. Ukrayna ordusu həmin istiqamətdə böyük bir hücuma başlayıb və etiraf etmək lazımdır ki, onlar irəliləyirlər. Ukrayna ordusu adını deyə bilmədiyim istiqamətdə zərbə qrupunu cəmləşdirib və onlar bir neçə uğura imza atıb. Biz məcbur olduq ki, mövqelərimizi geri çəkək. Rusiya ordusunun bu hücum zamanı səhvləri çox oldu. Bu, konkret planlaşdırılmış bir hücum idi. Hazırda Rusiyanın hərbi rəhbərliyi bir sıra addımlar atır, bunun sayəsində biz hadisələrin gedişini dəyişə bilərik”. Yayılan məlumata əsasən, Xarkov vilayətinin işğal olunmuş ərazisində rus işğalçıları yerli sakinlərin məcburi səfərbərliyi üçün fəal tədbirlərə başlayıb. Bundan başqa, Rusiya silahlı qüvvələrin ehtiyat hissələri Xarkov vilayətinə daxil olub. Hazırda  bütün təmas xətti boyunca döyüşlər gedir. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli baş verənlərlə bağlı bildirir: “Ruslar Ukraynanın şərqinin müxtəlif bölgələrində az taktiki uğur əldə ediblər, lakin onların strateji hədəfləri iflasa uğrayıb”. ABŞ generalı qeyd edib ki, Rusiya öz strateji məqsədlərinə səhvləri, Ukrayna hərbçilərinin və xalqının cəsarəti, eləcə də Ukraynaya beynəlxalq dəstəyi sayəsində nail ola bilməyib. Milli bildirib ki, Ukrayna ordusu Rusiyanın müharibə strategiyasına uyğunlaşıb: “Ukraynalıların silahlanmada və şəxsi heyətinin sayında ruslardan kəmiyyətcə geri qalmasına baxmayaraq, onlar öz ölkələrinin və azadlıqlarının müdafiəsi üçün ən yaxşı taktiki bacarıq və böyük iradə nümayiş etdiriblər. Ölkəyə yardımlar gəlir. Biz görürük ki, ukraynalılar onlara təmin etdiyimiz silah sistemlərini Silahlı Qüvvələrin manevrləri, əla komanda və idarəetmə ilə necə effektiv şəkildə birləşdiriblər və istənilən nəticəni əldə edirlər. Ukraynanın cənubdakı son əməliyyatlarının necə inkişaf etdiyini görürük”. Xarkov vilayətində baş verənlər Rusiyanın hərbi şöhrətinin Ukraynada məhv olduğunu nümayiş etdirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ