Cümə axşamı günü, 12 noyabr 2026
     

Əliyev üç il gözləyə bilməzdi – Laçın zəfəri....

Image


Bu gün tariximizin bəlkə də ən  xoş xəbərlərindən birini aldıq. Cənab Prezident İlham Əliyev öz növbəti tviti ilə bizi bir daha sevindirdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşımında bunları yazıb: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Bu sətirləri oxuyanda Prezidentin “nəyi, necə və na vaxt etməyi mən bilirəm” ifadəsinin tam həqiqət olduğunu  bir daha anladıq. Anladıq ki, Prezident öz idarəçiliyi dönəmində verdiyi bütün sözlərə əməl edib. Verdiyi vədlərin həyata keçməsi uğrunda sona qədər prinsipiallıq göstərib. Laçın şəhərində bayrağımızın dalğalanmasının bir çox siyasi və strateji üstülükləri var. Əvvəla onu qeyd edək ki, işğal dövrünədək Laçında heç vaxt ermənilər yaşamayıb. Yəni bu şəhərin ermənilərin əlində qalması həm də tarixi ədalətsizlik olardı. İkincisi, Laçın şəhəri ərazisi böyük olan bir rayonun inzibati mərkəzidir. Düzdür, rəşadətli Azərbaycan ordusu Laçının, demək olar ki, bütün ərazisini işğaldan azad edib, ancaq bunun fonunda rayon mərkəzinin ermənilərin əlində qalması bir qədər məyusluq yaratmaya bilmirdi. Ermənistanı Qarabağla birləşdirən yeganə dəhliz məhz bu şəhərdən keçirdi. Ermənilər üçün nəfəslik funksiyası daşıyan bu şəhərin strateji əhəmiyyətini onlar hamıdan yaxşı dərk edir.  30 ilə yaxın müddət ərzində Qarabağla bağlı gedən bütün  danışıqlarda  Laçın şəhəri və oradan keçən dəhliz əsas müzakirə mövzusu olub. Ermənilər, nəyin bahasına olursa-olsun, həmin şəhərə nəzarəti əldən vermək istəmirdilər. Ancaq Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanın müdrik siyasəti nəticəsində həmin şəhər ermənilərin əlindən çıxmalı oldu. Ermənistan, hətta ən çətin dönəmində, üçtərəfli qaydada imzalanan Bəyanata imza atanda belə, Laçının onlarda qalması ilə bağlı möhlət istəmişdi.  Ermənistan imza atdığı kapitulyasiya aktında belə son ümidi Laçınla bağlı prosesin bir qədər uzadılmasında görmüşdü. Yenə erməni xisləti ilə düşünərək zənn edirdi ki, bəlkə Azərbaycan əldə etdiyi qələbəni əlində saxlaya bilməyəcək, ona kimi heç olmasa Laçını qorusun.  Etiraf edək ki, Laçının Ermənistanın əlində qalmasından bizim bəzi radikal dairələr də öz xeyirlərinə qara piar vasitəsi kimi istifadə edirdilər. Onlar iddia edirdilər ki, Laçınsız bizim qələbəmiz yarımçıqdır və  ermənilər  Laçın şəhərini heç vaxt tərk etməyəcəklər. Prezident çox ağıllı gediş edərək, ermənilər üçün Laçına alternativ  yol təklif etdi. Çünki bunsuz olmazdı.  Ermənilər Qarabağdakı soydaşları ilə əlaqə saxlanılan yolun olmasını həm də humanitar amillərlə izah edirlər. Məhz bu humanitarlığa  “yox”  deməyən Azərbaycan onlara alternativ yol çəkdi və faktiki olaraq onları oyundankənar vəziyyətə salmış oldu. Çəkilməsi üçün 3 il nəzərdə tutulan bu yolu biz daha tez müddətə təhvil verməklə bayrağımızın Laçın, Zabux, Susda dalğalanmasına şərait yaratdıq.  Bununla da işğaldan azad edilən rayonlarımıza tam nəzarətin bərpası sona çatdı.

Laçın dəhlizi keçmiş DQMV ilə Ermənistanı birləşdirən, eni 5 km olan dar koridordur. Bu dəhliz Laçın şəhəri və ona daxil olan Zabux, Sus və Aşağı Sus kəndlərini əhatə edir. Laçın koridoru 1988-ci ildə başlayan Qarabağ ermənilərinin separatçı addımlarından sonra xüsusi əhəmiyyət qazandı. Nəqliyyat koridorunun statusu ilə bağlı istər Sovet hakimiyyətinin ilk vaxtlarında, istərsə də 1990-cı illərdə müxtəlif iddialar səsləndirilirdi. Həm Azərbaycan, həm də Ermənistanın dəhlizin gələcəyi ilə bağlı radikal əks mövqelərdə dayanması bu ərazinin hüquqi statusu ilə bağlı məsələnin aktuallığını olduğu kimi saxlayırdı. Erməni rəsmiləri Laçına olan iddianı əsaslandırmaq üçün Sovet hakimiyyətinin ilk illərində bu ərazinin DQMV-yə daxil olduğunu, DQMV-nin Laçın vasitəsilə Ermənistanla birbaşa əlaqəsinin olduğunu bildirirdilər.

Laçın SSRİ-nin dağılmasından sonra xüsusi önəm daşımağa başladı. DQMV rəhbərliyi  Azərbaycandan ayrıldıqlarını rəsmən bildirmişdi. Buna baxmayaraq, DQMV Azərbaycan içərisində blokadada qaldığı üçün Laçın ermənilər üçün əsas hədəf sayılırdı. 1992-ci ilin yaz aylarında Azərbaycanda Xocalının işğal edilməsindən sonra başlayan siyasi hakimiyyət böhranı nəticəsində Ayaz Mütəllibov prezident vəzifəsindən istefa verdi. Yeni prezident seçkiləri keçirilənə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. İranda Ermənistan rəhbərliyi ilə danışıqlara gedən Yaqub Məmmədov geri dönərkən Ermənistan ordusunun atəşkəsi pozaraq Şuşaya hücum edib şəhəri ələ keçirdiyini eşitdi. Şuşanın itirilməsi Azərbaycan ictimaiyyəti üçün çox ağır zərbə oldu. Erməni bölmələrinin növbəti hədəfi Laçın idi. Bakıda isə bu ərəfədə Şuşanın işğalı ilə bağlı Milli Məclisdə qızğın müzakirələr gedirdi. 1992-ci ilin mayında baş vermiş geosiyasi proseslər də Azərbaycanın Qarabağdakı mövqeyinə zərbə vurdu. 14-15 may 1992-ci il tarixlərində Daşkənddə Rusiya Federasiyasının himayəsi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradıldı. Ermənistan KTMT-yə üzv olsa da, Azərbaycan üzvlükdən imtina etdi. 1992-ci ilin mayın ortalarında rus hərbçilərinin Ağdamdan çıxdığı və Əsgərana qarşı bir hücum olmayacağı xəbərindən dərhal sonra erməni ordusu bu istiqamətdəki ordusunu Şuşa-Laçın xətti boyunca yığmağa başlamışdı. 14 may gecəsi Ayaz Mütəllibovun Ali Sovetin qərarı ilə prezident vəzifəsinə bərpa edildiyi xəbərləri gəldi. Bu xəbərdən sonra Azərbaycan ordusuna aid bəzi dəstələr, xüsusən AXC-yə meylli hissələr özbaşına cəbhə bölgəsini tərk etməyə başladı. Mayın 14-dən 15-nə keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkildilər. Bu əsil xəyanət idi.

18 may 1992-ci ildə ermənilər Laçın şəhərini və Gorus-Laçın-Şuşa yoluna bitişik kəndləri də döyüşsüz ələ keçirdilər. Beləcə, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz açıldı. Erməni tərəfi də Laçını, demək olar ki, müqavimətsiz ələ keçirdiyini təsdiqləyir. Robert Köçəryan xatirələrində yazır: “Şuşanı aldıqdan sonra düşmən ruhdan düşdü. Biz isə əksinə, qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Düşmənin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən toparlanmasına mane olmaq üçün tempi saxlamaq lazım idi. Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi. Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik”.

Çox açı olsa da, sadalanan tarixi anları biz ölkə, millət olaraq yaşamışıq. Çox şükürlər olsun ki, Azərbaycan Prezidentinin müdrik siyasəti, Ordumuzun qətiyyəti sayəsində bizim bayrağımız yenə Laçında dalğalanır. Ən başlıcası isə, ermənilərin ürəkləri istədiyi kimi istifadə etdikləri Laçın koridoru amili də tarixin arxivinə qovuşdu.  Bu da bizə imkan verəcək ki, Qarabağın digər yerlərində də Azərbaycanın yurisdiksiyasını tam təmin edək. Laçında bizim bayrağımızın dalğalanması erməniləri daha konstruktiv olmağa,  sülhə meyl göstərməyə vadar edəcək. Laçında dalğalanan bayrağımızın oradakı duruşu əbədi olsun!

Yaşasın bizə bu sevinci bəxş edən  Azərbaycan Prezidenti və onun Ali Baş Komandanı olduğu Ordumuz!

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ