Cümə axşamı günü, 12 noyabr 2026
     

“Dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir” - Vüqar Rəhimzadə

Image


“Prezident İlham Əliyev “Hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır” fikirləri ilə Azərbaycan-Türkiyə əlaqələrinin dünəninə baxış fonunda gələcək hədəfləri  açıqlayır.

Tarixə nəzər salsaq görərik ki, sevincli, kədərli anlarda iki dost ölkə daim bir-birinin yanında olub, eyni mövqedən çıxış edib, dünyaya daim bu çağırışı ediblər ki, ədalət və beynəlxalq hüquq əsasdır. Bir məqamı qeyd edək ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun  fəaliyyətsizliyi ucbatından tərkibinin dəyişməsi məsələsi gündəmə gətiriləndə, ən əsası Türkiyənin vasitəçiliyinin vacibliyi vurğulananda Ermənistan bunun mümkünsüzlüyünü bəyan edirdi. Buna əsas kimi Türkiyənin Azərbaycanın yanında olmasını bildirirdi. Reallıq bu idi ki, qardaş ölkə ədalətin, beynəlxalq hüququn yanındadır. Ən yüksək tribunalardan bəyan edir ki, dünya ikili standartlara əsaslanan siyasətə son qoymalı, həqiqətləri olduğu kimi dəyərləndirməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin iyun ayında ölkəmizə səfəri zamanı parlamentdəki çıxışında tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda bildirmişdir ki, bölgənin sülhə ehtiyacı var. Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək qlobal səviyyədə də aparırıq”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə  diqqəti tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövr ərzində  Azərbaycan və Türkiyənin birgə addımlarına, eyni zamanda, hansısa tarixi gündə, məqamda iki dost ölkənin Prezidentlərinin bir yerdə olmasına,  yalnız dövlətlərarası  deyil, şəxsi münasibətlərdə də  qardaşlıq  nümayiş etdirmələrinə yönəldərək bildirib ki, dünyaya səs salan, Türk dünyasının mədəniyyət paytaxtı  Şuşanın şahidlik etdiyi Müttəfiqlik Bəyannaməsi  bu qardaşlığın sarsılmazlığına xidmət edir. Şuşa Bəyannaməsində yer alan müddəaların icrası istiqamətində tərəflər biri-birindən əhəmiyyətli addımlar atır. Reallıqlarımızın təbliğində əhəmiyyətli rola malik olan mətbuat sahəsində də  əməkdaşlığın inkişafına xidmət edən Memorandum imzalandı, ən əsası Ortaq  Media Platforması yaradıldı.

“Tarixi köklərə bağlılıq bu dostluğu, qardaşlığı daha da möhkəmləndirir, liderlərin şəxsi münasibətləri bu əməkdaşlığa yeni çalarlar əlavə edir” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  son aylarda Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə keçirilən tədbirlərə diqqət yetirək: “Ölkə Prezidenti may ayında  Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdi. Bu səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşdı.  Həmin açılış mərasimində “Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi… İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki,  qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunların təməlində aparılan uğurlu siyasət, Prezident Rəcəb Tayyib Ərdoğanın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir”.

Vüqar Rəhimzadə may ayının 28-də - Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən,  eyni zamanda, Azərbaycan Prezidenti ilə  birgə “TEXNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştiraklarından bəhs edib. Bildirib ki, artıq hər iki ölkənin gənclərinin   gələcək inkişafımıza  töhfələr verməsi üçün mühüm addımlar atılır, gənclərimiz daha da yaxınlaşırlar.

“Bugünümüz üçün mühüm olan tarixi hadisə dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etməsidir. Bu mühüm idman tədbirində öncə dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü oldu. Görüş zamanı iki qardaş ölkənin müxtəlif sahələrdə uğurla inkişaf edən əlaqələrindən, postmünaqişə dövrünün reallıqları fonunda görülən işlərdən, eyni zamanda, son günlər Qarabağda yaranan gərginlikdən geniş bəhs olunub. Rəcəb Tayyib Ərdoğan bir daha Türkiyənin dəstəyini ifadə edib. Dövlət başçısı İlham Əliyev Konya şəhərində Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi və  Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul etmişdir. Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətindən bəhs olunmuşdur. Prezident İlham Əliyev,  həmçinin V İslam Həmrəyliyi Oyunlarına qatılan Azərbaycan idmançıları ilə görüşmüşdür. Ölkəmizin idman sahəsində qazandığı uğurlardan, idmançılarımızın Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq qazandıqları  nəticələrdən danışan dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd etmişdir ki, ilk dəfə olaraq İslam Həmrəyliyi Oyunlarında qalib Azərbaycanı təmsil edirsiniz. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək”, - deyə  YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə diqqəti, eyni zamanda, V İslam Həmrəyliyi Oyunlarına qatılan ölkələrin və idmançıların say tərkibinə yönəldib: “Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.  2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında isə  54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparmışdı. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşmışdır. V İslam Həmrəyliyi Oyunlarında iştirakçı dövlətlərin, idmançıların, eyni zamanda, medalların say tərkibində artım Oyunlara diqqət və marağın artdığını göstərməklə yanaşı, İslam dünyası ölkələrinin bir araya gəlmək istəklərini də nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir”.

YAP Xətai rayon təşkilatının sədri iki dost ölkənin islam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələrindən geniş bəhs edərək bildirib ki, bu Oyunlar həmrəyliyə böyük töhfələr verir. İdmançılarımız yeni dostlar qazanır, həm öz, həm də Oyunların təşkil olunduğu ölkələrin təbliğatçısı qismində çıxış edirlər. Ölkələrin, xalqların daha da yaxınlaşması birliyin, həmrəyliyin möhkəmlənməsinə böyük stimuldur.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dünya   Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir. Konya şəhərində keçirilən  V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində  Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı  qürurverici olmaqla yanaşı, dünyaya  qardaşlıq əlaqələrinin davamlı inkişafında   etimad, səmimiyyət amillərinin əsas faktor olmasına  çağırışdır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ