Cümə axşamı günü, 12 noyabr 2026
     

Təhlükəli plan - Laçında yerləşdirilmiş ermənilərin azı 30 faizini Xankəndiyə köçürmək istəyirlər...

Image


Laçın şəhərindən, eləcə də Laçının Zabux və Sus kəndlərindən köçürülən ermənilərin xeyli bir hissəsinin Qarabağda məskunlaşdırılmasına dair məkrli plan ortaya çıxıb. Separatçıların niyyəti oradan çıxan ermənilərə Qarabağda “gün ağlamaqdır”.

Azərbaycan mediasının erməni mətbuatına istinadən verdiyi məlumata görə, Qarabağdakı separatçı rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan deyib ki, oradakı üç icmada ümumilikdə 100-ə yaxın ailə yaşayır. O qeyd edib ki, Laçın, Zabux və Sus icmalarının əhalisini köçürmək üçün Qarabağda məskunlaşmaq və Ermənistana köçmək istəyənlərin siyahıları tərtib edilir: “Yaxın günlərdə icmaların rəhbərləri müvafiq siyahıları təqdim edəcəklər. Onlara əsasən Qarabağa köçən ailələrin mənzillə təmin olunması problemi həll olunacaq. Ermənistana köçən ailələr mənzil almaq üçün arayış, ondan əvvəl isə mənzil kirayəsi üçün kompensasiya alacaqlar. İlkin məlumatlara görə, bu icmaların əhalisinin təqribən 25-30%-i Qarabağda məskunlaşmaq arzusunda olduğunu bildirib”.

Qondarma “nazir” təxliyə prosesindəki problemlərdən danışaraq bildirib ki, köçürmə məsələləri, lazım gələrsə, müxtəlif beynəlxalq təşkilatların və dövlətin köməyi ilə həll olunacaq: “Hazırda prosesin təşkilinə kömək etmək üçün tərəfdaşlarımızla danışıqlar aparırıq. Texniki detallar, pulun necə köçürüləcəyi və sair müzakirə olunur”.

Onun sözlərinə görə, avqustun 25-dək köçürmə prosesini tez və vaxtında təşkil etmək mümkündür.

  • “Buna əsla imkan vermək olmaz”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, separatçıların bu məkrli niyyətləri çox mənfi bir tendensiya yarada bilər. F.Balabəylinin fikrincə, Laçın şəhərindən və Laçının iki kəndindən köçürülən ermənilərin Xankəndidə məskunlaşdırılmasına yol vermək olmaz. O vurğuladı ki, Azərbaycan Prezdidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş Naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixində imzaladıqları üçtərəfli bəyanatda Laçından köçürülən ermənilərin Qarabağda məskunlaşdırılması qeyd edilməyib, orada həmin ərazidən ermənilərin köçürülməsi qeyd edilib. F.Balabəylinin sözlərinə görə, bu gün Xankəndidə oturan separatçılar hələ də öz çirkin niyyətlərindən əl çəkmək istəmirlər və məqsədləri süni şəkildə əhali artımına nail olmaqdır. Onsuz da bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yaşayan ermənilərin sayını süni şəkildə şişirdilmiş göstərirlər. F.Balabəyli hesab edir ki, Laçından çıxarılan ermənilərin bir nəfərinin də olsa Qarabağda məskunlaşdırılmasına icazə verilməməlidir, buna yol verilərsə bundan da çox böyük təhlükələrlə üzləşərik.  “Laçın ərzisindən köçürlən ermənilərin 25-30 faizinin Qarabağda məskunlaşdırılması separatçıların öz arzusudur. Bunun gerçəkləşməsinə yol vermək olmaz. Laçından çıxan  ermənilərin 25-30 faizinin Xankəndidə və ətrafda məskunlaşdırılması çox böyük təhlükədir və çox ziyanlıdır. Qətiyyən buna imkan vermək olmaz. Gizlin deyil ki, ziyanlı tendensiyanın özü uzaq gələcəyə hesablanmış bir gedişdir. Süni yolla Xankəndində erməniləron sayını artırmaqla illər uzunu yaşadıqlarımızın davamını yaşatmaq istəyirlər.  Buna əsla imkan vermək olmaz. Yuxarıda  Laçının adıçəkilən kəndlərindəki erməni icmalarının nümayəndələri işğala qədər yaşayanlardırsa vətəndaşlığımızı qəbul da edib yaşaya bilərlər, amma Xankəndidə deyil, zamanında yaşadıqları inzibati ərazilərdə. Hərçənd, mən və əhalimizin əksəriyyəti bunu istəməz. Ermənilərdən uzaq olmaq gələcəyin faciələrinə indidən “yox” deməkdir. Məlumdur ki, 25-30 faiz ermənilər sonradan müxtəlif ölkələrdən ölkəmizə köçürülənlərdir. Sözsüz ki, onlara yaşamaq hüququ vermək düzgün deyil. Bu halın baş verməsi gələcəkdə çox böyük ağrılarla müşayiət ediləcək faciələrin baş verməsinə əsas verəcək. Torpaqlarımızda xaçkarların və digər erməni “izi” ola biləcəyi güman edilən əşyaların, “daş yazıların” basdırılması ilə yalandan tarix yaratmaq istəyənlərin bu əməlləri də növbəti işğal cəhdlərinə stimul verə bilər və gələcəkdə ermənilərin dəhşət və məkr dolu əməlləri ilə üz-üzə qala bilərik”.

F.Balabəyli qeyd etdi ki, separatçılar Laçından köçürülən erməni icmalarının Xankəndidə yaşamaq istəyində olduqlarını elə-belə dilə gətirmir, hətta bu işə beynəlxalq qurumları qata bilmək imkanında olduqlarını vurğulayırlar. Ekspertin sözlərinə görə, onlar ermənilərin Laçın şəhərindən, Zabux və Sus kəndlərindən köçürüləcəklərini əvvəlcədən bildikləri üçün onların xeyli bir faizinin Qarabağa köçürülməsini planlayıblar: “Bu planlama bu günün  işi deyil, əvvəlcədən buna hazırlaşıblar. Bu gün Laçından köçürülən ermənilərə kompensasiya verilməsi, onların evlə təmin olunması ilə bağlı da iddialı danışırlar. Deyim ki, onlara ev və kompensasiya ödəmək bizim yox, Ermənistan dövlətinin işidir, o insanları necə gətirib süni şəkildə orada məskunlaşdırıbsa indi də onların qeydinə qalsın. Onlar bizim ərazilərimizdə qalıb yaşaya bilməzlər. Xankəndi Azərbaycanın ərazisidir və separatçılar heç bir halda onları bizim ərazilərimizdə məskunlaşdıra bilməzlər. Ermənilər köçürlər, amma gedərkən də evlərə od vururlar, hər yeri yandırıb yıxırlar. Bunun isə qarşısı alınmalıdır. Bu terrordur. Azərbaycan ordusu hər hansı bir terror hadisəsinə layincə cavab verməlidir, onların həyata keçirdiyi cinayətlərin qarşısını almalıdır”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ