Cümə axşamı günü, 12 noyabr 2026
     

Qarabağ Zəfərini "Hüseynçilər" deyilən qrupa bağlayanlar peyda olub - şəhid ruhlarından heç qorxmursuz?..

Image


Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktını hələ də həzm edə bilməyən qüvvələr var və bu qüvvələr də bütün imkanlarını bir yerə yığıb bizim şanlı Zəfərimizə kölgə salmağa çalışırlar. Çoxlarımıza məlumdur ki, son zamanlar  44 günlük Vətən müharibəsindəki qələbəmizə məzhəbçi mövqedən yanaşanlar tapılır.

Xüsusən də  dini kəsim arasında belə şaiyə dolaşır ki, guya torpaqlarımızı “hüseynçilər” azad edib… Bu o qədər absurd iddiadır ki, yerə-göyə, heç bir məntiqə sığmır. Gün kimi aydındır ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızı Azərbaycan əsgəri, Azərbaycan zabiti azad edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordumuz bu şərəfli hadisəyə imza atıb.

Bəs bu “Hüseynçilər” söhbətini, şayiəsini kimlər ortaya atib, kimlər öz maraqları naminə manupulyasiya ilə məşğul olur?

Ekspert fikrinə keçməzdən əvvəl qısa olaraq vurğulayaq ki, İranda oturub gündə canlı yayım açan “Hüseynçilər”in və onların “liderləri”nin  Vətən müharibəsi dövründə tutduğu mövqe hər kəsə məlumdur, onlar Azərbaycanın qələbə qazanmaması üçün əllərindən gələni edir, gənclərimizi yanlış yola sürükləyən çağırışlar edirdilər. Bütün güclərini zəfərimizə kölgə salmağa, gənclərimizi ermənilərə qarşı döyüşməkdən çəkinməyə çağırırdılar. “Erməniyə silah qaldırmayın, müharibəyə getməyin” kimi anti-Azərbaycan çağırışlarını unutmadıq.

  • “Qələbənin birmənalı olaraq memarı Azərbaycan əsgəridir, Azərbaycan ordusudur, Azərbaycançılardır”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əsası olmayan bu şayiələr, iddialar “Hüseynçilər” qruplaşmasının Azərbaycanın daxilində reklam edilməsinə hesablanıb. Bunu böyük təxribat adlandıran F.Ələkbərli hesab edir ki, bu şayiəni ölkəmizdəki məzhəbçilərin dili ilə  qəsdən və məqsədli şəkildə yayırlar, amma bu effektsiz olacaq, heç bir təsir göstərə bilməyəcək: “44 günlük Vətən müharibəsində qazandığımız qələbənin birmənalı olaraq memarı Azərbaycan əsgəridir, Azərbaycan ordusudur, Azərbaycançılardır. Prezident İlham Əliyevin dediyi kimi,  bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir. Bu baxımdan, bu müharibədə əldə etdiyimiz qələbəni hansısa məzhəbçiliyə, təriqətə yönəltmək düşmənlərin işidir. Şübhəsiz ki, Azərbaycan əsgərinin əldə etdiyi bu möhtəşəm qələbəni müxtəlif yerə yozanlar bir tərəfdən ona kölgə salmaq istəyir, digər tərəfdən isə onin mahiyyətini məzhəbçiliyə bağlamaqla başqa yerə çəkmək niyyəti güdürlər. Daha doğrusu, bu kimi məsələləri ortaya atıb, guya Azərbaycan torpaqlarının düşmən tapdağından, işğaldan azad olunmasında hansısa bir məzhəbçi qrupun “rolu” olduğunu iddia etmək istəyirlər. Təəssüf ki, “Hüseynçilər”  adı altında bu təxribatları edənlərin məqsədi cəmiyyətdə qarşıdurma yaratmaqdır. Aydındır ki, Azərbaycan xalqının da, Azərbaycan türklərinin də İmam Hüseynə sevgisi var, istər Azərbaycanın güneyində, istərsə də qüzeyində İmam Hüseynə və imamlara sevgi, sayğı bəsləyənlər məzhəbçi mövqe tutmur, islam dini nöqteyi-nəzərindən bir islam şəhidi kimi Hüseynə sevgi bəslənilir. İran adlanan ölkə və onun uzantıları bunu tamam başqa bir yerə yönəltməyə çalışır. Yəni “Hüseynçilər” adı altında fəaliyyət göstərən qrup əslində İmam Hüseynin adına zidd hərəkət edir. Sadəcə, onların məqsədi Azərbaycan xalqı arasında qarşıdurma yaratmaq və 44 günlük Vətən müharibəsində Azərbaycan ordumuzun qazandığı qələbəyə “məzhəb” donu geydirərək kölgə salmaqdır. Bu məzhəbçilik də məhz İranın siyasi-ideoloji məqsədlərinə xidmət edən məzhəbçilikdir. Bunun da nə islam dininə, nə Peyğəmbərə, nə İmam Hüseynə, nə də Əhli-beyt yoluna heç bir aidiyyəti yoxdur”.

“Hüseynçilər” məsələsini ortaya atanların və İmam Hüseynin adından istifadə edib oyun oynayanların Azərbaycan xalqının düşməni olduğunu deyən F.Ələkbərli bildirdi ki, bu qrup Vətən müharibəsi dövründə də müxtəlif təxribatlara əl atdı. “Çox maraqlıdır ki, İran şovinizminin təsiri altında olanlar, baxmayaraq ki, Ermənistan onlarla eyni dində və eyni məzhəbdə deyil, amma bu müharibəni başqa istiqamətə sürükləmək istəyir, erməniləri müdafiə edirdilər. Onlar bu müharibənin baş verməməsinə, Azərbaycanın qələbə əldə etməməsinə  çalışırdılar. Bütün bunların hamısının arxasında İran rejimi və onun uzantıları dayanır. Məqsəd də Azəbaycan əsgərinin, Azərbaycan ordusunun qələbəsinə kölgə salmaqdır və dolayısı ilə onu hər hansı bir təriqətə bağlamaqla İrançılığı müdafiə etməkdir. Çox təəssüflər olsun ki, Azərbaycan Respublikasında da buna inanan bir neçə vətəndaş tapılır. Azərbaycan xalqının böyük əksəriyyəti bütün bu təxribatların hardan qaynaqlandığını yaxşı bilir. Son günlərdə baş verən hadisələr də onu göstərir ki, açıq-aşkar İran Azərbaycana qarşı məhz şiə məzhəbindən istifadə edərək hücuma keçib. Bəzi vətəndaşlarımızı da oyuna gətirməyə çalışırlar və təəssüflər olsun ki, bəziləri bu oyuna gəlir. Azərbaycan ordusunun, Azərbaycan əsgərinin möhtəşəm qələbəsini “Hüseynçilər”lə bağlanması qəbuledilməzdir. Bütün bunlar onu göstərir ki, xalqımız diqqətli olmalı, İranın və onun uzantılarının oyunlarına gəlməməlidir. İran İslam Respublikası adlanan ölkədə əslində islam dinindən əsər-əlamət yoxdur. Onlar açıq-aşkar Ermənistanı müdafiə edirlər…”

F.Ələkbərli vurğuladı ki, kimin hansı kampaniya aparmasından asılı olmayaraq, heç bir qüvvə qələbəmizə, əsgərlərimizin, şəhidlərimizin əməyinə kölgə sala bilməz: “Bu cür təxribatları törədənlər Azərbaycan şəhidlərinin ruhundan utansınlar və bu torpaq uğrunda can verənlərin qəhrəmanlığına kölgə salmasınlar. Bu torpaqlarımızı qəhrəman qazilərimizin, cənnətməkan şəhidlərimizin qəhrəmanlığı ilə azad etmişik. Qələbəmizə qarşı bu cür təxribatlar sərgiləyənlər şəhidlərimizin ruhundan utansınlar”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ