Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ, NATO və Rusiya Ukraynaya misilsiz qüvvə yığırlar...

Image


Ukraynada davam edən hərbi əməliyyatlar getdikcə özünün daha gərgin mərhələsinə qədəm qoyur. Qərb bu vəziyyətdə Ukraynaya hərbi, iqtisadi yardımlarını artırır, ancaq Rusiya da cəbhəyə əlavə qüvvələr cəmləşdirir. Bu səbəbdən Ukraynadakı toqquşmaların daha qanlı mərhələyə qədəm qoyması proqnozlaşdırılır.

Baş verənlərlə bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyinin açıqladığı yeni kəşfiyyat məlumatlarına görə, Rusiya Ukraynanın mümkün əks-hücumlarına hazırlıq məqsədilə qoşunlarını cənub istiqamətinə yığır. Nazirliyin hərbi kəşfiyyata dair sənədində Rusiyaya məxsus hərbi yük maşınları, tanklar, artilleriya qurğuları və digər silah-sursatdan ibarət uzun karvanın Ukraynanın Donbas əyalətindən çıxarılaraq ölkənin cənub-qərbinə tərəf irəlilədiyi əks olunub. Məlumatda Rusiyanın işğalı altında olan Melitopol, Berdiansk, Mariupol, eləcə də Rusiyanın sərhəd ərazilərində olan hərbi təchizat sistemlərinin Kerç körpüsü vasitəsi ilə Krıma daşındığı qeyd edilib. Bundan əlavə, qurumun açıqlamasında hər biri 800-1000 canlı qüvvədən ibarət olan batalyon taktiki qruplarının da Krıma cəmləşdirildiyi bildirilir. Britaniya hərbi kəşfiyyatı bu qüvvələrdən Xerson regionunda olan rus ordusuna dəstək məqsədilə istifadə ediləcəyi qənaətindədir. Ukrayna qüvvələri isə ölkənin cənubunda yerləşən strateji körpüləri, Rusiyaya məxsus sursat anbarlarını və dəmiryol xətlərini sıradan çıxarmağa fokuslanıb. Ukrayna bu yolla Rusiyanın cənubdakı qoşunlarına logistik dəstəyi kəsməyə çalışır. Britaniya hərbi kəşfiyyatı iddia edir ki, Rusiya-Ukrayna müharibəsi yeni, ən ağır döyüş mərhələsinə daxil olmaq üzrədir. Qurumdan verilən xəbərə görə, döyüşlər cənub-qərbdə - Zaporojyedən Xersonadək uzanan Dnepr çayına paralel təxminən 350 kilometrlik cəbhə boyu ərazini əhatə edəcək. ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker də bildirir ki, Ukraynada müharibə yeni ağır mərhələdə gələn il və yaz-yay aylarında davam edəcək. Onun sözlərinə görə, bu qışdan sonra hərbi əməliyyatların yeni mərhələsi başlayacaq: “Daha çətin günlər hələ qabaqdadır. Lakin Ukrayna indiki vəziyyətə gəlmək üçün böyük irəliləyiş əldə edib”. Volkerin sözlərinə görə, Avropa, Ukrayna və hətta Rusiya üçün bu qış xüsusilə enerji resurslarına görə son dərəcə çətin keçəcək: “İnanıram ki, bu qış hamı üçün ağır keçəcək: Avropa, Ukrayna və Rusiya üçün də. Amma biz təkcə hərbi deyil, həm də maliyyə, humanitar yardımı göstərəcəyik. Aİ üçün də bu qış enerji resursları ilə bağlı problemlərə görə ağır keçəcək. Onlar qışa hazırlaşırlar. Bu yaxınlarda Almaniya nümayəndəsi ilə danışdım, enerjinin bahalaşması böyük problemdir. Onlar hər şeydən necə sağ çıxacaqlarını anlamağa çalışırlar”. Bu fonda Qərb, xüsusən də ABŞ Ukraynada Rusiyaya qarşı vuruşmaq üçün yeni könüllü dəstələr toplayır. Eyni addımları Rusiya da atır.

Məlumatlara görə, Rusiyada məxsusi olaraq Ukraynada döyüşmək üçün könüllülərdən ibarət daha 40 batalyon təşkil olunub. Rusiyanın “Kommersant” qəzeti yazır ki, belə batalyonlar Rusiyanın regionlarında yazdan bəri toplanır. Bu barədə məlumatlar artıq istər hakimiyyət mediası, istərsə də müstəqil mediada da yayılır. Belə batalyonlara adətən onların toplandığı regionların adları verilir: “Bu qayda ilə Peterburqda “Kronştadt”, “Pavlovsk” və “Neva”, Yakutiyada “Bootur” (Elley Bootur yakutların əcdadı hesab olunur), Primoryedə “Tiqr”, Kazanda “Alqa” və “Timer” (tatarca “İrəli” və “Dəmir”), Çuvaşıstanda “Atal” (çuvaşca Volqa çayının adı), Perm diyarında “Parma” və “Molot”, Leninqrad vilayətində “Nevski” və “Ladojski” batalyonları təşkil olunub. Bundan başqa, İrkutskda təşkil edilən batalyona “Anqara”, Çelyabinskdə təşkil olunan batalyonlara “Yujnouralets” və “Yujnı Ural” adları verilib. Tomsk vilayətində təşkil edilən batalyon “Toyan” adlanır. Bu, XVII əsrdə Tomi çayının sahilində yaşamış tatar knyazının adıdır. Yerli sakinlərdən ibarət batalyonların təşkilinə hələ Ukrayna müharibəsindən çox əvvəl Çeçenistanda başlanıb. Onlar bu müharibənin ilk günlərindən cəbhədə döyüşlərə qatılıblar. Bunlar XTMD və “Axmat” dəstələridir. “Axmat” batalyonu Çeçenistan lideri Ramzan Kadırovun atası Axmat Kadırovun şərəfinə belə adlandırılıb. Ramzan Kadırov hələ iyunun 26-da elan edib ki, Ukrayna müharibəsində iştirak üçün “Axmat-Şimal”, “Axmat-Cənub”, “Axmat-Qərb” və “Axmat-Şərq” adlı dörd yeni batalyon yaradılır. Yerli rəsmilərin sözlərinə görə, regionlar əsasında yaradılan batalyonlarla işləmək daha asandır. Formal olaraq belə batalyonlara yazılan könüllülər Rusiya Müdafiə Nazirliyi ilə bir neçə aylıq müqavilə bağlayırlar. Onlara ödənilən maaş və ya muzd regiondan regiona 130 min və 300 min rubl (2110 və 4848 dollar) civarında fərqlənir. Bundan başqa, müqavilə bağlayanlara döyüş uğurları üçün mükafatlar və hücum əməliyyatları zamanı günə 8 min rubl “sutkalıq” ödənə bilər. Amma ötən həftə Müharibə Araşdırmaları İnstitutu xəbər verirdi ki, regionlarda könüllülərə maaşların verilməsi ləngidilir. Bəzi mülahizələrə görə, buna səbəb könüllülərin pulu aldıqdan sonra müharibəyə getməkdən imtina edə biləcəyindən ehtiyatlanmalardır. Müharibə Araşdırmaları İnstitutu hesab edir ki, başqa bir səbəb regionlarda muzdlulara ödəmək üçün kifayət qədər vəsaitin çatışmaması ola bilər. Məsələn, ötən həftənin sonunda çuvaşlardan ibarət “Atal” batalyonunun 40 əsgəri maaşlarının verilməməsi ilə bağlı yerli hakimiyyət orqanlarına şikayət edib”. Ekspertlər Rusiyada belə könüllü toplanışını gizli səfərbərlik adlandırır. Onlar bildirirlər ki, səfərbərliyi rəsmi hərbi komissarlıqlar yox, “Wagner” özəl hərbi şirkəti həyata keçirir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ