Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənilər Laçında və Zabuxda silahlı müqavimətə hazırlaşır...

Image


Ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini avqustun 25-dək tərk etməlidirlər. Artıq onların əksəriyyəti Azərbaycan ərazilərini tərk edir və qəsb etdikləri evləri boşaldırlar. Amma bununla belə, Laçında qalıb Azərbaycana qarşı “döyüşmək  istəyənlər də tapılıb. Yayılan məlumatlara görə, ermənilər Laçın şəhəri və Zabuxda “özünümüdafiə” adı ilə müqavimətə hazırlaşır.

Bu prosesə Ermənistandakı “Demokratik birləşmə” partiyasının sədri Suren Petrosyan rəhbərlik edir. Məlumata görə, Suren Petrosyan və ailəsi hazırda Zabuxdadır: “Biz Laçın və Zabuxun “özünümüdafiəsinə” praktiki hazır olan insanları mübarizəyə qoşulmağa çağırırıq. 100-dən çox insan bizə qoşulmaq istəyini bildirib. Ermənistandan yüzlərlə məktub göndərilir, amma neçə nəfərin gələcəyini deyə bilmərəm. Çox şey barədə danışmaq istəmirəm, əsas məsələ buraya mümkün qədər çox adamın gəlməsidir”.

Maraqlıdır, bir tərəfdən ermənilər Laçın şəhərini boşaldırlar, iki kəndindən çıxırlar, o biri tərəfdən isə separatçılar “müqavimət hərəkatı” yaradır.

Ermənilər bununla nə demək istəyirlər?

  • “Özləri də başa düşürlər ki, müqavimətin heç bir mənası yoxdur”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bizimlə söhbətində bildirdi ki, Qarabağda və Şərqi Zəngəzurda, işğaldan azad olunan ərazilərimizdə proseslər həm üçtərəfli bəyanat, həm də Azərbaycanın ortaya qoyduğu plan əsasında həyata keçirilir. “Ermənilər, təbiidir ki, bundan narahatdırlar. Proses getməlidir, ərazilərimizdə qanunsuz məskunlaşan ermənilər çıxmalıdırlar, Rusiya sülhməramlıları deyilən qüvvələr kənara çəkilməlidir və Azərbaycan hakimiyyəti bu ərazilərdə bərpa olunmalıdır. Prosesin mahiyyəti bundan ibarətdir və Azərbaycan hökuməti məqsədyonlü və davamlı şəkildə bu prosesi gerçəkləşdirir. Ermənistan tərəfi bu proseslə razılaşmır, bu prosesi ləngitməyə çalışırlar, hadisələrin ətrafında cürbəcür oyunlar oynamağa cəhd edirlər. Hətta deyək ki, müxtəlif siyasi qüvvələr xal qazanmağa çalışırlar. Yəni burada bir neçə məqam var. Qeyd olunmalıdır ki, Ermənistan rəhbərliyi müxtəlif adlar altında rəsmi, yaxud qeyri-rəsmi səviyyədə açıqlamaları, hərəkətləri ilə maksimum prosesi ləngitməyə çalışır. Bunun üçün ən müxtəlif yollara əl atırlar. Ümid edirlər ki, proses ləngiyərsə hansısa vəziyyət, şərait yarana, Rusiyanın, ABŞ-ın, Fransanın timsalında hansısa xarici amillər işə düşə və ermənilər də bundan yararlana bilər. Buna ümid edirlər və ona görə də prosesi ləngitməyə çalışırlar. Baş verən hadisələrə bu mövqedən qiymət vermək olar. Digər tərəfdən isə ayrı-ayrı siyasi qüvvəllər reytinq əldə etmək məqsədilə  özlərini proseslərə “müqavimət göstərən” tərəf kimi nümayiş etdirmək istəyirlər. Özlərini “vətənpərvər”, guya ermənilərin maraqlarını müdafiə edən  tərəf kimi təqdim edirlər, bunlar da hakimiyyətdən kənar qüvvələrdir. Onların aparıcı müxalifət partiyaları da bundan yararlanmağa çalışır. Adı heç də populyar olmayan, çox da tanınmayan “Demokratik birləşmə” partiyası tanınmaq üçün belə sərsəm bəyanat verir ki, guya müqavimət göstərəcəklər. Guya Laçında “müqavimət hərəkatı” yaradırlar. Onlar bununla reytinq, xal toplamağa çalışırlar. Özləri də başa düşürlər ki, “müqavimətin” heç bir mənası yoxdur”.

A.Nağı qeyd etdi ki, Laçın şəhəri, Zabux və Sus kəndləri ətrafında söhbətlər gedir və Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixində əldə olunan razılıq əsasında həmin ərazilərdən qanunsuz məskunlaşdırılan ermənilər çıxmalıdır. QAT sədrinin sözlərinə görə, müharibədən əvvəlki dövrdə orada erməni yaşamayıb, onlar qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ora köçürülüblər, onlar da çıxmalıdır, Azərbaycan bu məsələdə barışmaz, kompromissiz bir mövqedədir. “Onlar oranı tərk etməlidir. Bilirsiz ki, orada məskinlaşan ermənilər xeyli müddət bundan əvvəl Zabuxla bağlı “sərt” mövqe ortaya qoymaq istədilər, kənardan köçürülən ermənilər iddialı, hikkəli çıxışlar etdilər, “çıxmayacağıq, müqavimət göstərəcəyik” deyirdilər. Amma sonradan onlar başa düşdülər ki, heç nəyin mənası yoxdur, çıxmalıdırlar. Bu proses də başlayır. Siz də bilirsiz ki, Rusiya mətbuatına istinadən məlumatlar ortaya çıxıb. Amma rəsmi məlumatlardır ki, avqustun 23-nə qədər üç yaşayış məntəqəsindən ermənilər çıxmalıdır və avqusun 25-də həmin ərazilər Azərbaycan ordusunun nəzarətinə keçməlidir. Bu məlumat Rusiya mənbələri tərəfindən ortaya qoyulur. Ola bilsin ki, gün tarixi ilə bağlı prosesdə bir az dəyişiklik, ləngimə olsun, amma proses gedir, o prosesin qarşısını heç kəs ala bilməyəcək. Sadəcə, Azərbaycan bu məsələdə davamlı və prinsipial mövqeyini axıra qədər həyata keçirməli və imkan verməməlidir ki, onlar hansısa bir oyunbazlıq etsinlər. Nə etsələr xeyri olmayacaq. Ermənilər bataqlığa düşən adam vəziyyətindədir. Hərəkət etdikcə daha dərinliyə gedirlər. Bu hərəkətlər onların özlərinə qarşıdır, Ermənistan rəhbərinin də imzaladığı sənədə görə ermənilər ordan çıxmalıdır. Ermənilər orada “müqavimət hərəkatı” yaratmaq istəyirsə, demək orada qanunsuz silahlı dəstə yaradırlar, dünyaya qarşı çıxırlar. Ermənilərin oradan çıxması ilə bağlı rəsmi razılaşma var” - deyə bildirən A.Nağı deyir ki, bu proseslərdə Rusiyanın da, Qərbin də, Avropa Biriyinin də razılığı var və ermənilər çıxmalıdır. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ