Cümə axşamı günü, 12 noyabr 2026
     

İrəvanın Təpəbaşı məhəlləsinin arxivi Azərbaycanın əlinə necə düşüb? - Erməni alimlər çaşqınlıqda...

Image


Azərbaycanın İrəvanın tarixi mərkəzi Təpəbaşı məhəlləsinin hazırkı təhlükəli vəziyyəti ilə bağlı məsələni gündəmə gətirməsi, ziyalılarımızın Təpəbaşının xilas edilməsi, nəzarətə götürülməsi üçün UNESCO-ya müraciət göndərməsi Ermənistanda çox ciddi narahatlıqla qarşılanır.

Təsəvvür edin ki, Azərbaycanın Təpəbaşı məsələsində hərəkətə geçməsi,  tədqiqatçı, tarixçi Səbuhi Hüseynovun Təpəbaşı ilə əlaqədar mükəmməl araşdırması Ermənistanda təşviş yaradıb. Qeyd edək ki,  “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi Səbuhi Hüseynovdur. Biz ermənilərin Təpəbaşı ilə bağlı narahatlıqlarını  sosial şəbəkələrdə yayılan foto və videogörüntülərdə, statuslarda görürük. Onu da qeyd edək ki, Təpəbaşı məsələsi gündəmə gələn kimi erməni QHT-lər əl-ayağa düşüb anti-Azərbaycan təbliğatına başlayıblar. Bir ay bundan əvvəl Təpəbaşı ilə bağlı Bakıda keçirilən tədbir, Azərbaycanının UNESCO ya müraciəti bir neçə həftədir ki, Ermənistanda müzakirə edilir.

Məsələ burasındadır ki, erməni alimləri indiyə qədər şokdadır ki, Azərbaycan alimi, yaxud alimləri Təpəbaşı ilə bağlı bu səhih məlumatları hardan əldə edib, arxiv sənədlərini hansı yolla ələ keçirib? Təpəbaşının tarixini saxtalaşdırmağa çalışan erməni alimlərinin çoxu hələ də danışmayıb. Xüsusən də Aşot Melkonyan, Mark Qriqoryan kimi erməni tədqiqatçıları açıqlama verməyib. Səbəbə gəlincə, ola bilsin ki, onlar yeni saxtalaşdırma əməliyyatına başlayacaqlar və ona görə də saxta məlumatlar hazırlayırlar. Onların nə etməsindən asılı olmayaraq artıq ox yaydan çıxıb və Təpəbaşı həqiqətləri aşkarlanıb.

  • “Ermənilərə də yaxşı məlumdur ki, bizim əlimizdə kifayət qədər sənədlər var və o arxiv sənədləri onların bütün saxtalaşdırma əməllərini ifşa edir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni tədqiqatçıları nə qədər saxtalaşdırma kampaniyaları aparsalar da, arxiv sənədlərini alt-üst etsələr də, yenə də Təpəbaşının tarixini saxtalaşdıra bilməyiblər, çünki bu mümkün deyil. Bu səbəbdən də ermənilərin “çarəni” Təpəbaşı məhəlləsini məhv etməkdə gördüklərini deyən Q.Hacıyev hesab edir ki, onların bu mənfur planlarını Azərbaycan pozub və Ermənistanın dövlət siyasətini növbəti dəfə ifşa edib: “Ermənilərin Təpəbaşı məhəlləsi ilə bağlı narahatlıqları təsadüfi deyil. İrəvan şəhərinin yaxınlığında İrəvan mahalı olub və o da üç yerə bölünüb. Bilirsiz ki, o ərazi də tarixən, bineyi-qədimdən Azərbaycan-türk torpaqlarıdır, buradakı bütün toponimlər qədim türk adlarıdır. Ermənilər nə qədər çalışırlar bunları gizlədə bilmirlər. Onlar Təpəbaşının adını dəyişdirərək ermənicə “Kond” adlandırıblar. Bildiyimizə görə, “Kond” təpə deməkdir. Həmin mahalın əhalisi sırf azərbaycanlılardan ibarət olub. Uzağa getmirəm, XX əsrin əvvəllərinə diqqətinizi yönəltmək istəyirəm, bu dövrdə də İrəvanın mahallarının böyük əkəsriyyətində Azərbaycan türkləri yaşayırdı. XIX əsrin əvvəllərinə  qədər orada erməni olmayıb. Təpəbaşı məhəlləsi sıra Azərbaycan türklərinin qurub tikdiyi, yaşadığı bir tarixi məhəllə olub. Ermənilər ona görə narahatdır ki, Təpəbaşının gerçək tarixi üzə çıxarılıb, oranın əsl sakinləri, onların sayı, məhəllənin memarlıq quruluşu və sair barədə məlumatlar açıq göstərir ki, orada erməni yaşamayıb, sonrakı mərhələlərdə Ermənistan hökuməti Təpəbaşının tarixini saxtalaşdırmaq istəyib. Üzə çıxarılan faktlar erməniləri ciddi narahat edir. Azərbaycan alimlərinin İrəvanın tarixi, Təpəbaşı məhəlləsi barədə məlumatlarının olmasında qeyri-adi heç nə yoxdur, ora bizim tariximizin bir parçasıdır. İrəvan bizim tarixi şəhərimizdir və biz də onun tarixini öyrənə bilmişik. Ermənilərə də yaxşı məlumdur ki, bizim əlimizdə kifayət qədər sənədlər var və o arxiv sənədləri onların bütün saxtalaşdırma əməllərini ifşa edir. Ermənistan deyilən Qərbi Azərbaycan torpaqlarını soydaşlarımız sonuncu dəfə 1988-ci ildə tərk edib. Yəni onlar deportsiya ediliblər. Bizdə o yerlərin tarixi adları, abidələrin, məscidlərin, qədim yaşayış yerlərinin və sairin sənədləri var. Bu illər ərzində bizim alimlər boş oturmayıblar, bir çox ölkələrin arxivlərində işləyib ortaya tutarlı sənədlər çıxarıblar. Erməni alimləri saxtalaşdırma işini yaxşı bacarır, bizim alimlər də tarixi həqiqəti bərpa etmək üçün daha dəqiq mənbələr axtarıb tapır. Təsəvvür edin ki, ermənilər nə qədər çalışsalar da Təpəbaşının tarixini saxtalaşdıra bilməyiblər. Əndişəyə düşüblər ki, indiyə qədər çəkdikləri “zəhmət” boşa gedəcək. Ermənilər qorxurlar ki, azərbaycanlılar nə vaxtsa yenidən Azərbaycan türklərinin qədim tarixi irsini yaddaşında saxlayan İrəvan torpaqlarına qayıdacaq. Onlar bundan çox narahatdır. Baxmayaraq ki, biz onlara qarşı nə ərazi iddiası irəli sürürük, nə də onları təhdid edirik. Onlar özləri ona görə narahatdır ki, qurub yaratdıqları miflər suya düşüb yox olur”.

Q.Hacıyev deyir ki, Təpəbaşı təbliğatının beynəlxalq miqyasda aparılması işinə başlanılması erməni ideologiyasını sarsıdır. Alimin sözlərinə görə, ermənilərin nə qədim Vətəni var, nə də irsi, bu səbəbdən də qorxurlar ki, oğurlayıb mənimsədiklərini bir vaxtlar itirə bilərlər: “Maraqlıdır ki, erməni alimləri özlərindən uydurmalar düzüb-qoşarkən çox ifrata varırlar. Hər şeyi tamamilə gülünc vəziyyətdə təqdim edirlər. Bizim alimlər arxivlərdə zəhmət çəkib işləyiblər faktları üzə çıxarıblar, amma ermənilər bunu başqa tərəfə yozur, guya bu məlumatları kəşfiyyata aiddir. Onların iddialarını başa düşmək çətin deyil. Erməni alimləri hər şeyi saxtalaşdırdıqları kimi indiki məlumatları da, ideologiyalarını da, siyasətlərini saxtalaşdırırlar. Bu gün Ermənistanda ermənilər yaşamaq istəmir, bu ölkə boşalır, onlar da saxta tarix quraşdırmaqla insanları ora bağlamaq istəyirlər.  Erməni alimləri nə qədər saxtalaşdırma aparsalar da, o yerləri, yurdları Azərbaycan türklərinin qan yaddaşından silə bilməzlər, çünki  Qərbi Azərbaycan bizim əzəli torpaqlarımızdan biridir”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ