Cümə axşamı günü, 12 noyabr 2026
     

Konqresmenin "tüpürcəyi", Paşinyanın şərtləri, Azərbaycan Prezidentinin yenidən "burun əzməyi"... - Aydın QULİYEV yazır...

Image


Ermənistan ordusunun Qarabağda törətdiyi avqust təxribatları, əsgərimizin şəhid düşməsi və "cavab qisas" adı altında ordumuzun keçirdiyi antiterror əməliyyatının bəzi nəticələrini təhlil etmək barədə dostlarımın xahişini yerinə yetirirəm.

Öncə biri Rusiyadan, digəri ABŞ-dan olan iki xəbəri birmənalı rədd edirəm. Amerikalı konqresmen və azərbaycanlıların çox yaxşı tanıdığı "alovlu erməni simpatizanı" Frenk Pallone tvit yazıb, daha doğrusu ona yazdırılıb. Ona yazdırıblar ki, "Azərbaycan ermənilərin üzünə Laçın dəhlizini bağlamaq istəyir". Guya gərginliyin yeni dalğası bununla bağlı imiş. Tam yalan... Rusiya Müdafiə Nazirliyi isə Azərbaycan ordusunun atəşkəsi pozduğu barədə ilk məlumat yayanlardan biri oldu. Bu da tam yalan... Eynilə bu il martın 22-də Fərrux dağı ətrafındakı hadisələr barədə də Rusiya MN belə yanlış xəbər yaymışdı...

Gələk Ermənistan hökumətinin baş verənlərlə bağlı rəsmi mövqeyinə... Çox maraqlı məqamlar var...

Bu gün avqustun 4-də Paşinyanın hökumət iclasında söylədikləri bəyanatlar daxili auditoriya qarşısında özünümüdafiə motivləri daşısa da, əsas xətt 10 noyabr razılaşmasının icra edilməməsinin məsuliyyətini öz üstündən atmaqdır .

Əvvəla, bu bəyanatlar avqust təxribatlarının tam şəkildə erməni işi olduğunu ifşa edir. Beynəlxalq subyektlər azacıq vicdanlı və ədalətli olsalar, bu məqamları rahatlıqla görərlər.

Paşinyan Azərbaycanın qarşısında üç şərt qoymaqla əslində 10 noyabr sənədinin icrasında maraqlı olmadığını göstərir. O, Laçın dəhlizini, Dağlıq Qarabağ vahidini və təmas xəttini qondarma rejimin üç təhlükəsizlik sütunu adlandıraraq 10 noyabr sənədi əsasında Azərbaycanın bunları qəbul etməli olduğunu iddia edir. Paşinyan nə danışdığını və nələri sabotaj etmək istədiyini yaxşı bilir. Belə ki, Azərbaycan Prezidenti "Dağlıq Qarabağ" vahidini hələ müharibədən dərhal sonra tam əsaslarla inkar etdi və cəmiyyətimiz də bundan məmnundur. Təmas xəttini Paşinyanın qələmə vermək istədiyi anlamda yox, müharibə reallıqlarına uyğun müvəqqəti fenomen kimi qəbul edirik. Halbuki Paşinyan təmas xətti deyəndə keçmiş "DQMV"-nin hüdudlarını nəzərdə tutur ki, bu da absurddur. Laçın dəhlizinə gəldikdə isə, burada da məsələ Paşinyanın qələmə vermək istədiyi məzmunda təbii ki, deyil. Azərbaycan 5 kilometr enində indiki dəhlizə müvəqqəti fenomen kimi baxır, bu məsələ 10 noyabr sənədində çox aydın yazılıb, deyilir ki, üç il ərzində, yəni 2023-cü ilin noyabrınadək sülhməramlılar peredislokasiya edilməklə Laçın dəhlizində yeni marşrutun planı razılaşdırılacaq. Ermənistan rəhbəri yaxşı anlayır ki, Laçın dəhlizində yeni marşrut köhnə marşrutun daha olmayacağı və təbii ki, indiki kimi sağa-sola 2.5 km. olmaqla toplamda 5 kilometrlik dəhlizə də ehtiyacın olmayacağı deməkdir. Ermənilərin qarnına "əcəl sancısını" dolduran və təxribatlara sövq edən məhz budur. Paşinyan elə qələmə verir ki, guya Azərbaycan Xankəndi erməniləri ilə Yerevanın əlaqə üsulu olan Laçın dəhlizini ümumilikdə bağlamaq istəyir. ABŞ konqresmeni Frenk Pallonenin ağzındakı tüpürcəyin eynən Paşinyanın ağzından gəldiyinə şübhə yoxdur.

Beləliklə, sərhəd təxribatlarında Ermənistanın əsas maraqlarından biri Laçın dəhlizində yeni marşrutun açılmasına imkan verməməkdir. Elə buna görə də Paşinyan hökumət iclasında ermənilərə belə bir aldadıcı ideyanı yedizdirməyə çalışdı ki, 10 noyabr sənədində yeni marşrutun üç ilə açılması yox, sadəcə onun planının üç ilə razılaşdırılması nəzərdə tutulur. Paşinyanın məntiqinə görə, tək planın tutulmasına üç il vaxt gedəcəksə, marşrutun özünün açılmasına azı 10 il gərək olacaq. Yenə Paşinyanın məntiqincə, Qarabağdakı indiki status-kvonu və sülhməramlıların bölgədə qalma müddətini uzatmağın bundan yaxşı yolu nə ola bilər ki?!..

Ermənistan son təxribatlarla uzaq hədəflərə nail olmaq istəyir.

Bu nöqteyi-nəzərdən onun sülhməramlıların mandatının rəsmi imzalanması kimi tam yeni məsələdən danışması da təsadüf deyil. Paşinyan deyir ki, əgər Azərbaycan və sülhməramlılar təmas xəttinin təhlükəsizliyinə zəmanət versə, Qarabağın özünümüdafiə qüvvələrinin buralarda növbə çəkməsinə ehtiyac qalmaz. Görün qanunsuz hərbçilərin Qarabağdan hələ çıxarılmamasına necə don geyindirir. Guya ki, sülhməramlılar öz vəzifələrini tam icra edə bilmədiyi üçün separatçılar öz ordusunu təmaslarda saxlayır.

Paşinyanın sonrakı fikirlərində "pişiyin quyruğu", daha doğrusu təxribatları sülhməramlıların qaş-göz razılığı ilə törətdiyinin sübutları görünür. "Təmaslarda təhlükəsizlik problemi o zaman meydana çıxdı ki, Azərbaycan 10 noyabrda sülhməramlıların mandatı barədə sənədə imza atmaqdan imtina etdi, biz isə onu imzaladıq". Yalanın yekəliyinə baxırsızmı? 10 noyabrda sülhməramlıların ayrıca mandatı deyilən bir rəsmi sənəd olubmu? Paşinyan olmayan sənədə postfaktum varlıq statusu verməklə əslində Rusiyanın da ürəyindən keçən planı gerçəkləşdirmək istəyir. "Sülhməramlılar üçün Rusiya və Ermənistanın imzaladığı mandata ya beynəlxalq status verilməli, ya da daha geniş beynəlxalq sülhyaratma mandatı olmalıdır”. Görürsünüzmü, Paşinyan bu sözlərlə hansı hədəfləri döyür. Ancaq avqust təxribatlarının özü ilə sülhməramlıların birgə "əl işi" olduğunu da üzə çıxarır.

İndi gələk Azərbaycanın zorən keçirdiyi antiterror əməliyyatının motivlərinə və nəticələrinə. Şəhid edilmiş əsgərimizin təbii ki, qanı yerdə qala bilməzdi və qalmadı. Ancaq uğurlu 3 avqust antiterror əməliyyatının hədəfi tək bu deyildi. Azərbaycan Prezidentinin erməni sülhpozucu planlarından və ritorikalarının pərdəarxası mənalarından xəbərdar olmadığını təbii ki, düşünmək olmaz. Əliyev yaxşı görür və açıq deyir ki, Ermənistan rəhbərləri razılaşmaların icrasından qaçır. Demək, Azərbaycan Prezidenti uğurlu kiçikmiqyaslı antiterror əməliyyatı ilə Ermənistanın burnunu yenidən ovmalı idi ki, illər öncə bizə şərt qoymaqlarının nə qədər səhv taktika olmasından bir daha nəticə çıxarsınlar. Bu mənada əməliyyatların davamlı olacağını istisna etmirik. Paşinyan bu gün hökumətin iclasında Azərbaycanın qarşısında qoyduğu üç şərtdən - Laçın dəhlizi, təmas, Dağlıq Qarabağ, sülhməramlıların mandatını 4-cü şərt hesab etmək olar - yumşaq üsullarla geri çəkilməsə antiterror əməliyyatlarının davamları gələ bilər. Bu, Ermənistanı 10 noyabr və sonrakı sənədlərin icrasına sabotaj yanaşmalardan çəkindirmək üçün əla kombinasiyadır...

Azərbaycanın əməliyyatı beynəlxalq dairələr üçün Ermənistana təzyiq xarakterli bəzi suallara əsas yaratdı. "Paşinyan, sən hansı mandatdan danışırsan, mandat söhbəti ilə kimin ağzına dil verirsən, bölgədə sülh üçün 10 noyabr və ondan sonrakı sənədlər baza kimi bəs etmir? və sair”. Heç şübhəsiz ki, Paşinyanın sülhməramlılar üçün mandat söhbətinə bizim Prezidentin qəti və birmənalı reaksiyası olacaq...

Antiterror əməliyyatı Azərbaycan ordusunun müharibədən sonra hərbi-taktiki və texniki cəhətdən həqiqətən daha da gücləndiyini təsdiqlədi. Ermənistana hər təxribatın bir antiterror əməliyyatı ilə nəticələnəcəyinin anonsu verildi…

Antiterror əməliyyatı Ermənistanın avqust təxribatlarına sərrast cavab oldu.

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ