Cümə axşamı günü, 12 noyabr 2026
     

Bu gedişlə Ermənistan Zəngəzurun üzünə həsrət qalacaq...

Image


Açılmasında Azərbaycanın xüsusilə israrlı olduğu Zəngəzur dəhlizi ətrafında olduqca maraqlı hadisələr cərəyan etməkdədir. Belə görünür ki, Ermənistan və İranın narazılığına baxmayaraq, dəhliz açılacaq. Çünki bu, Azərbaycandan başqa Rusiyanın, Türkiyənin də xüsusi maraq dairəsindədir.

Əslində, bu gün Rusiya Zəngəzur dəhlizinə öz xilas yollarından biiri kimi yanaşır. Çünki Qərb Rusiya üçün ənənəvi marşrutların bir çoxunu bloklayıb. Rusiya üçün Mərkəzi Asiya, Cənubi Qafqaza və oradan Türkiyə və İrana gedən transregional şimal-cənub marşrutları indi böyük önəm kəsb edir. Bu səbəbdən şimal qonşumuz Cənubi Qafqazda kommunikasiyaların açılmasını vacib hesab edir. Rusiya Xarici İşlər Nazirliyinin Məlumat və nəşr departamentinin direktor müavini İvan Neçayev bu fonda qeyd edir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçtərəfli bəyanatlara əsaslanmalıdır: “Rusiya Cənubi Qafqazın sülh və çiçəklənmə zonasına çevrilməsinin tərəfdarıdır. Biz bu istiqamət üzrə işimizdə sırf qurucu mövqe tuturuq və heç kimlə rəqabət aparmaq niyyətində deyilik. Bizim məqsədlərimiz konstruktivdir. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz dəfələrlə qeyd etmişik ki, müvafiq səylər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-c il üçtərəfli bəyanatlarına əsaslanmalıdır. Regiona daxil olmayan ölkələr qeyd olunan razılaşmalar müstəvisində fəaliyyət göstərəcəksə və onların reallaşmasına xidmət edəcəksə, biz bu ölkələrin prosesə qoşulmasına qarşı deyilik. Ən əsası, kimisə zəiflətmək üçün səhnəarxası oyunların aparılmasına yol verməməkdir”. Cənubi Qafqazdakı tranzit dəhlizlərini gücləndirməklə Moskva Qərbin Kremlin Ukraynaya hücumuna cavab olaraq Rusiyaya qarşı tətbiq etdiyi sərtləşdirilən iqtisadi sanksiyalara və tranzit məhdudiyyətlərinə qarşı durmağa ümid edir. Zəngəzur dəhlizi buna görə Rusiya üçün vacibdir. Amma Ermənistan və İran buna əngəl olmağa çalışır. Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, bu halda Ermənistan Zəngəzuru itirmək təhlükəsi ilə üzləşəcək. O, öz "facebook" hesabında yazır: “Blinken, Börns, İmam Xamneyi və “Astana üçlüyü”... Diplomatiyanın “ölü” tətil mövsümü ərəfəsində bölgəmizdə bu aktivlik nəyə dəlalət edir?. Mövqe fərqinə baxmayaraq, onları birləşdirən nədir? Demək olar ki, əminəm - Zəngəzur!

İndi isə tezislərdə bəzi düşüncələr: 1.Rusiya üçün Qərb qapalıdır və buna görə də siyasi və iqtisadi fəaliyyət üçün yalnız Cənub və Şərq qalır. Cənub, deməli bizim vasitəmizlə söhbət iqtisadiyyatdan gedirsə, bu, ilk növbədə dəmir yoludur... Və bu da bizim vasitəmlədir. 2.Rusiya üçün bu istiqamətdə əsas potensial tərəfdaşlar Türkiyə və İran, gələcəkdə isə Fars körfəzi ölkələri, Pakistan və Hindistandır və buna görə də Qərbi Zəngəzur və Naxçıvandan keçən dəmir yolu strateji əhəmiyyət kəsb edir. 3.Ermənistan Qərbə üz tutur və bu onun yeganə çıxış yoludur ki, tarixi perspektivdə Türkiyə və Azərbaycandan tam asılılığa düşməsin. 4.Görünən odur ki, Rusiya bununla razılaşmaq məcburiyyətində qalacaq, amma sual yaranır: Qərbin Ermənistanda, ən əsası Zəngəzurda peyda olması Rusiya, Azərbaycan və Türkiyəyə, gələcəkdə isə İrana da lazımdırmı? Ona görə də Ermənistanın Zəngəzursuz Qərbin cərgəsinə çəkilmə perspektivi böyük ehtimaldır. Hansı ssenari ilə? - deyə soruşa bilərsiniz. Zəngəzurda sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyası barədə nə düşünürsünüz? Ona görə də mənə elə gəlir ki, biz böyük hadisələrin astanasındayıq...”.  Olduqca maraqlı yanaşmadır və hesab etmək olar ki, Ermənistanın buna müqaviməti də mümkün deyil. Livanın "Azdak" adlı erməni qəzeti yazır  ki, həm Rusiya, həm də İran Türkiyəni müştərək proseslərə cəlb etməklə Qərbi Cənubi Qafqazdan çıxarmaq istəyir: “Moskvanın Türkiyə və Rusiyanın razılığı ilə Cənubi Qafqazda yeni status-kvonun yaradılmasını nəzərdə tutan və Qərbə qarşı proseslərə qarışma yoluna sədd qoyan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bəyanatları da buna sübutdur. Qərbin regiondan çəkilməsinə maraq "3+3" formatında danışıqların başlanması üçün zəmin yaratdı. Türkiyə və Azərbaycan Qarabağ problemini Türkiyə və Ermənistan arasında aparılan danışıqlar prosesi ilə sıx bağlayır, bunu Ankaranın hər addımını Azərbaycanla razılaşdıracağı barədə açıqlamaları da sübut edir. Ermənistanla danışıqları Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilə əlaqələndirən Türkiyə tərəfindən ilkin şərtlərdə dəyişikliklər olub, sonra onlar birlikdə Zəngəzur dəhlizi haqqında sonsuz danışmağa başlayıblar. Ankaranın Ermənistan-Türkiyə sərhədini delimitasiya etmək istəyini də unutmaq olmaz. Bu da Qars-2 (Qars müqaviləsi) ilə eynidir. Yəni ənənəvi ilkin şərtlər dəyişib, amma Ankara və Bakının vurmağa çalışdığı hədəflər dəyişməyib. Qarabağ probleminin olmaması ilə bağlı bəyanatlara baxmayaraq, faktiki olaraq, Bakı və Ankara yalnız Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin mətnini dəyişiblər. 10 noyabr 2020-ci il tarixli bəyanatın doqquzuncu bəndi təkcə atəşkəs haqqında deyil, həm də bütün regionda kommunikasiyaların bağlanması haqqındadır. Naxçıvandan Azərbaycana Zəngəzur vasitəsilə gedən yola daim diqqət yetirilir. Baxmayaraq ki, Türkiyə Azərbaycana, oradan Rusiyaya, oradan da digər türkdilli ölkələrə (Mərkəzi və Orta Asiya) gedən yol əldə etdiyi üçün məsələyə daha geniş şəkildə baxmaq lazımdır”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ