Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanın “alov savaşçıları”nın fəaliyyəti Türkiyə cəmiyyətində böyük rəğbət doğurub...

Image


Türkiyədəki yanğınlarla mübarizə məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları burada tüğyan edən meşə yanğınlarının söndürülməsi istiqamətində yüksək səviyyəli xidmət aparır. Bu, Türkiyə ictimaiyyəti və rəsmiləri tərəfindən də yüksək qiymətləndirilir.

Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrinə yayılıb. Bir neçə gün ərzində ölkədə 200-dən çox yanğın ocağı qeydə alınıb. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri də var. Xatırladaq ki, nazirlik Türkiyəyə köməyə 710 yanğınsöndürən-xilasedici və 93 yanğınsöndürən maşın, 1 yanğınsöndürən helikopter və 1 amfibiya-təyyarə göndərib. Yanğın ocaqlarının çoxu nəzarət altına alınsa da, vaxtaşırı olaraq bu və ya digər bölgədən yeni yanğın ocaqları haqda xəbərlər gəlir. Ətraf kəndlərdəki sakinlər tərəfindən azərbaycanlı yanğınsöndürənlərə və xilasetmə qüvvələrinə xüsusi diqqət və qayğının olması da hər addımbaşı özünü göstərir. Hər gün çoxsaylı Türkiyə qəzetləri, telekanalları azərbaycanlı yanğınsöndürənlərin yanğınların yayılmasının qarşısını almaq və yanğın ocaqlarını söndürmək üçün necə döyüşdüyü barədə reportajlar, xəbərlər yayır. Bu reportajlarda, xəbərlərdə azərbaycanlı yanğınsöndürənlər “alov savaşçıları” adlandırılır. Türkiyənin Sazak kənd sakini Coşqun Bayar azərbaycanlı yanğınsöndürənlərlə bağlı qeyd edir: “Azərbaycandan gələn yanğınsöndürənlər Muğla və Marmarisdə yüksək fədakarlıq göstərirlər. Biz bir millət iki dövlətik. Burdakı fəaliyyətimiz yanğın çıxdığı zaman dərhal köməyə getməkdir. Bəzən isə burada yanğınsöndürənlərə, polislərə könüllü olaraq yardım etməkdir. Hazırda kənddən insanlar şəxsi təsərrüfatları ilə birlikdə təxliyə olunublar. Şükürlər olsun ki, bugünədək burada ölən və ya xəsarət alan olmayıb. Biz inanırıq ki, yanğın qısa müddətdə söndürüləcək. Ərazi tamamən yanğından mühafizə olunduqdan sonra isə kənd sakinləri yenidən öz evlərinə qayıdacaqlar”.

Türkiyə mediasının xəbərlərindən birində Muğlanın Milas rayonunun Feslegen məhəlləsində başlayan meşə yanğınlarının küləyin təsiri ilə sürətlə yayılaraq Bayır məhəlləsinə yaxınlaşmasından, azərbaycanlı yanğınsöndürənlərin məhəllənin ətrafında növbə tutaraq alovların evlərə keçməsinin qarşısını almasından bəhs edilir. Qeyd edilir ki, yeni yanğın ocağı sürətlə böyüyüb və yaşayış evlərini təhdid etməyə başlayıb. Günorta saatlarında yanğınsöndürənlər alovun qarşısını ala biliblər, amma axşam saatlarında alovlar yenidən məhəlləyə tərəf yayılmağa başlayıb. Alovları söndürmək üçün 12-yə yaxın helikopter, jandarma və komando birlikləri cəlb olunub. İstanbul Komando Birliyi və Foça Komando Birliyi heyətləri məhəllənin içərisində mövqe tutub, Azərbaycandan gedən yanğınsöndürən heyətləri isə məhəllənin ətrafında alovun evlərə keçməsinin qarşısını almaq üçün keşik çəkiblər. Bildirilir ki, azərbaycanlı yanğınsöndürənlər yerli sakinlərin, meşə təsərrüfatı işçilərinin və könüllülərin də köməyi ilə yanğını söndürmək üçün dayanmadan mübarizə aparırlar. Buna baxmayaraq, Bayır məhəlləsinin hələ də təhlükə altında olduğu bildirilir. Başqa bir xəbərdə isə Muğlada uşaq evlərində qalan və dövlətin himayəsində olan 12 gənc ailənin azərbaycanlı yanğınsöndürənlərin görüşünə getməsindən bəhs olunur. 

Yanğınların söndürülməsində könüllü iştirak edən Burak Taylan isə qeyd edir: “Azərbaycandan gələn heyət Türkiyədəki yanğınların söndürülməsində yaxından iştirak edir. Bir gün əvvəl azərbaycanlı qardaşlarımız Aydının Çine bölgəsindəki yanğının söndürülməsində böyük əzmkarlıq göstərdilər. Bu gün də Muğlanın Çayhisar kəndində yanğınların söndürülmasində böyük fədakarlıqla iştirak edirdilər”. Azərbaycanın daim Türkiyənin yanında olduğunu söyləyən B.Taylan bildirib: "Bununla qürur duyuram. Nə vaxt nəyəsə ehtiyacımız olsa, hər zaman yardım əlinizi uzadırsınız. Bu, qardaşlığın və dostluğun bariz nümunəsidir. Yanğınla mübarizə apardığımız çətin günlərdə qardaş azərbaycanlıların yanımızda olması ortaq dəyərlərimizin sarsılmaz olduğunu bir daha dünyaya nümayiş etdirdi. Göstərdiyi diqqətə görə Azərbaycan hökumətinə və xalqına təşəkkürümü bildirirəm". Türkiyə mediasının digər xəbərində isə Aydın bölgəsinin Çine rayonuna bağlı Akçova qəsəbəsinin ətrafında başlayan meşə yanğınından və 200-ə yaxın azərbaycanlı yanğınsöndürənin əllərində bel həmin yanğınları söndürmək üçün dağlarda necə mübarizə aparmasından bəhs olunur. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Türkiyənin Kəmərköy, Yunaklı dağ, Kozağac, Köyceğiz, Aydın, Akçaova rayonlarında meşə yanğınlarının söndürülməsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdirir. Nazirliyin Türkiyədəki qüvvələrinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir.
İlkin qiymətləndirmələrə görə, yanğınlar Türkiyə iqtisadiyyatına 35 milyard dollar ziyan vurub. Daha konkret rəqəm isə yanğınlar tam başa çatdıqdan sonra rəsmi eskpert qiymətləndirmələri nəticəsində bəlli olacaq. Amma bütün hallarda dəymiş ziyanın məbləğı böyükdür və bu, Türkiyənin mövcud valyuta ehtiyatlarının yarısından çoxunu təşkil edəcək.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:29
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ