Bazar günü günü, 15 noyabr 2026
     

Ermənilər Zəngəzuru kütləvi şəkildə tərk etməyə başlayır, ölkədə demoqrafik durum katastrofik həddə...

Image


Postsovet məkanında demoqrafiya sarıdan ən ciddi problem yaşayan ölkələr sırasında Ermənistan xüsusilə seçilir. Hətta erməni ekspertlər özləri də artıq vəziyyətin fəlakət həddinə çatdığını bəyan edir.

Ermənistanın tanınmış iqtisadçısı Ara Qaloyan da məsələ ilə bağlı həyəcan təbili çalanlar sırasındadır. O qeyd edir ki, Ermənistan əhalisinin bütün bölgələr üzrə kəskin azalması prosesi davam edir: “Pandemiya dövründə sərhədlərin bağlanması səbəbindən, demək olar ki, dünyanın bütün ölkələrində əhalinin sayı ilə bağlı müsbət məlumatlar müşahidə olunur. Amma Ermənistana sərhədlərin bağlanması da kömək etmədi. Ölkə əhalisi fəlakətli surətlə azalır”. Onun sözlərinə görə, Ermənistanda həm şəhər, həm də kənd əhalisi azalır: “Rəsmi məlumatlara görə, ötən il, məsələn, Gümrüdə 112,5 min əhali yaşayırdı. Bu il rəsmi rəqəm 111 mindir. Eyni tendensiya Ermənistanın bütün vilayət mərkəzlərində müşahidə olunur. İstisnasız olaraq, keçən illə müqayisədə bütün rayon mərkəzlərinin əhalisi azalıb”. Qaloyan ötən illə müqayisədə sakinlərin sayının daha çox azalmasının Qafanda, Gorusda, Mehri və Qarakilsədə müşahidə olunduğunu vurğulayıb: “Bir sözlə, bu gedişlə Zəngəzur və Tavuş vilayətlərində bir neçə ildən sonra bir erməni belə qalmayacaq. Bu regionların əhalisi kütləvi şəkildə paytaxt İrəvan istiqamətinə köç etməyə davam edir”. 

Ermənistan Statistika Komitəsinin son məlumatları da vəziyyətin acınacaqlı olduğunu təsdiq edir. Qurumun bildirdiyinə görə, bu ölkənin ali məktəblərində 15  min tələbə yeri boş qalıb. Erməni təhsil eksperti Atom Mxitaryanın sözlərinə görə, bu, ölkənin gələcəyi üçün əsl fəlakətdir. Çünki proses getdikcə dərinləşir və bu rəqəm hər il artmaqda davam edəcək. Ermənistanda təhsilin keyfiyyətindən danışan ekspert bildirib ki, hazırda tələbə çatışmazlığının kökündə duran məsələ təhsildəki problemlər deyil, demoqrafik böhranın tərkib hissəsidir. Ölkə əhalisinin sayının azalması artıq gənc nəslin sayında özünü büruzə verməyə başlayıb. Məlumata görə, əvvəllər ölkəni əsasən iş qabiliyyətli əhalinin yaşı 30-dan yuxarı hissəsi tərk edirdisə, artıq erməni ailələri uşaqları ilə birlikdə gedirlər. Ölkəni tərk edən ailələrin uşaqlarını özləri ilə aparması halları keçən ilin payızında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da sürətlənib. İctimai fəalların dediyinə görə, erməni ailələr uşaqlarının gələcəkdə baş verəcək növbəti müharibələrə qurban getməməsi üçün onları, başda Rusiya olmaqla, digər xarici ölkələrə apararaq, oradakı məktəblərə qoyur və qeydiyyata salırlar. Ermənistandakı demoqrafik vəziyyəti analiz edən ekspertlərin qənaətinə gəldikdə isə, onlar ölkəni tərk edən ailələrin 90%-dən çoxunun geri qayıtmaq haqqında düşünmədiyini bildirir. Xatırladırıq ki, keçən 2020-ci ildə Ermənistan ali təhsil müəssisələrində boş qalan tələbə yeri 12 250 olub. Bu il rəqəmin 15 000-ə çatması isə postmüharibə dövründə ölkənin hansı acınacaqlı duruma düşdüyünü bir daha göstərir. Rusiyanın bir çox regionlarında Federal Miqrasiya Xidmətinin apardığı monitorinqlərin nəticələrinə görə, bu ilin əvvəlindən başlayaraq Ermənistandan Rusiyaya köçənlərin sayı 50 mini keçib. Bundan başqa bildirilir ki, 2020-2021-ci illərdə 10 mindən çox Ermənistan vətəndaşı vətəndaşlıqdan imtina edib və xarici ölkələrin vətəndaşlığını qəbul edib.

Erməni ekspert Qaqik Yeqanyan da ölkədə fəlakətli vəziyyətin bərqərar olduğunu bildirir: “Ermənistanı 30 illik müstəqillik dövründə 1,6-1,7 milyon insan və ya əhalinin 30% -i tərk edib”. O vurğulayıb ki, ölkəni tərk edənlərin 1,1-1,2 milyonu Rusiyaya, 150 mini ABŞ-a, 120-150 mini Avropaya, digərləri MDB-nin müxtəlif ölkələrinə və digər dövlətlərə köçüb: “Kütləvi mühacirət 1992-1994-cü illərdə qeydə alınıb. Son 3 il ərzində təxminən 600 000 vətəndaş və ya o dövrdə əhalinin 16% -i Ermənistanı geri dönməmək şərti ilə tərk edib. 1995-2001-ci illər ərzində Ermənistandan təqribən 250 000 nəfər, ildə orta hesabla 40-45 min insan mühacirət edib”. Onun sözlərinə görə, 2002-2007-ci illərdə ölkəni tərk edənlərin sayı ildə 25-27 min nəfər təşkil etsə də, 2016-18-ci illərdə bu rəqəm 35-40 min nəfər olub: “Maraqlıdır ki, 1 yanvar 1991-ci il tarixinə qədər Ermənistanda əhalinin sayı 3 milyon 574 500 nəfər idi. Buradan 30 ildə mühacirət edən 1,6-1,7 milyonu çıxsaq, Ermənistanın əhalisi 1,8-1,9 milyon nəfər olmalı idi. Bu arada, rəsmi statistikaya görə, 1 yanvar 2020-ci il tarixinə (bu son rəsmi məlumatdır) Ermənistan əhalisi 2 milyon 961 900 nəfərdir. Reallıq göstərir ki, rəsmi statistika yalandır.  Yəni 1980-ci illərdə Ermənistanda hər il 90 min uşaq dünyaya gəlirdisə, son illərdə 10-12 min uşaq dünyaya gəlir”. Demoqrafik sahədə ən ciddi problemlərdən biri ciddi miqrasiya nəticəsində əhalinin təbii artımının sıfır vəziyyətdə olmasıdır. Bu da birbaşa olaraq əhalinin qocalması prosesinə əhəmiyyətli təsir göstərir. Ermənistan əhalisinin ölkəni tərk etməsi son dərəcə dayanıqlı prosesdir. BMT-nin proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı optimist ssenari üzrə 2,7 milyon nəfər, pessimist ssenari üzrə 1,5 milyon nəfər təşkil edəcək. Bunun əsas səbəbləri doğum səviyyəsinin azalması, əhalinin qocalması və əhalinin ölkəni sürətlə tərk etməsidir. Rəsmi statistikanın məlumatlarına görə, Ermənistan əhalisinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Deməli, cins quruluşu arasındakı fərq 7 faiz təşkil edir ki, bu da ciddi demoqrafik problemdir. Belə disbalansın əsas səbəblərindən biri miqrasiyadır. Ölkəni tərk edən kişilərin 80 faizi reproduktiv yaşdadır. 

Tahir TAĞIYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:29
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ