Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistan müdafiə nazirindən absurd əmr - məgər Azərbaycan Ordusu sərhədi keçir?

Image


Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Ermənistan sərhədini keçmək istəyən Azərbaycan hərbçilərinin məhv edilməsi barədə əmr verib.

Milli.az-ın yazdığına görə, Karapetyan bunu Müdafiə Nazirliyinin son kollegiya iclasında deyib. A.Karapetyan çıxışında tabeliyində olan əsgərlərə Ermənistan sərhədini keçməyə çalışan Azərbaycan hərbçilərinə dərhal atəş açmağı və hər vasitə ilə məhv etməyi ciddi şəkildə əmr edib.

Karapetyan bu barədə birlik komandirlərinə qəti xəbərdarlıq edib. O, eyni zamanda, erməni komandirlərin bir santimetr belə irəliləyən Azərbaycan hərbçilərinə görə sərt şəkildə cəzalandırılacaqlarını deyib.

Karapetyanın bu əmrini absurd və cəfəng adlandıran azərbaycanlı ekspertlər deyirlər ki, Azərbaycan hərbçiləri sərhədi keçmir, sərhədi keçən erməni hərbçiləri olur, onların da məqsədlərinin təxribat törətmək olduğu məlumdur. Ekspertlər deyir ki, erməni nazir bu “əmr”lə belə rəy yaratmaq istəyir ki, guya sərhəd insidentlərinin günahkarı Azərbaycan hərbçiləridir, erməni hərbçiləri sakit dayanır. Halbuki, bütün təxribatları törədən erməni hərbçiləridir ki, biz post-müharibə dövründə onlarla belə təxribatın şahidi olmuşuq.

  • “Karapetyan unudur ki, onun “əmr”ni icra etmək üçün Ermənistanın nə gücü, nə qoşunu, nə də ordusu var, bu ölkə Azərbaycana qarşı hansısa bir addım ata bilmək gücündə deyil”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, seçkilərdən sonra Ermənistanda yeni kabinet formalaşdı və Karapetyan da yeni müdafiə naziri oldu. “Təbii ki, yeni müdafiə naziri kimi Karapetyan özünü göstərməyə çalışır, amma sözdən o yana keçməyə heç bir imkanları yoxdur. Ermənistan ordusu yoxdur. Bunu Karapetyan da, Paşinyan da, başqaları da çox yaxşı bilir. Ermənistan Azərbaycan, Azərbaycan hərbçiləri qarşısında heç nə edə bilmir. Əsasən bunların özlərini göstərmək istədikləri yer Zəngəzurdu. Zəngəzurda da həm köhnə xəritələrə, həm Sovet dövrünün xəritələrinə, həm tarixi reallığa, həm də 10 noyabr razılaşmasına uyğun olaraq Azərbaycan öz hərbçilərini yerləşdirir. Azərbaycan ordusu öz qanuni ərazimizdə dayanıb, sərhəd təxribatlarına bizim ordu yox, erməni hərbçiləri yol verir. Azərbaycan ordusu sərhədi keçmir, odur ki, erməni nazirin hay-küyü faydasızdı, daxili auditoriyaya hesablanıb. Burada qəribə bir məsələ yoxdur. Azərbaycanın öz qanuni haqlarını bərpa etməsi Ermənistan cəmiyyətində birmənalı qarşılanmır və etirazlar var. Buna uyğun da Karapetyan populist mövqe tutmağa çalışır, orduya absurd əmr verir ki, Azərbaycan hərbçiləri bir addım da irəlilsələr dərhal güllələyin, atəş açın. Karapetyanın “əmri” boş, mənasız söz yığınıdır, heç bir gücü yoxdur. Bu, gücsüz tərəfin ortaya qoyduğu dizsiz, zəif, populist mövqedir ki, bu da Ermənistan auditoriyasına hesablanıb. Karapetyan unudur ki, onun “əmr”ini icra etmək üçün Ermənistanın nə gücü, nə qoşunu, nə ordusu var, bu ölkə Azərbaycana qarşı hansısa bir addım ata bilmək gücündə deyil”.

Azərbaycan müdafiə nazirinin son günlər azad edilmiş ərazilərimizə səfərlər etdiyini, yeni yaradılan hərbi hissələrlə tanış olduğunu, ordumuzun döyüq qabiliyyətini yoxladığını, baxış keçirdiyini, əsgərlərimizi təltif etdiyini vurğulayan A.Nağının sözlərinə görə, nazir burada ermənilərin heç bir hərəkətinin cavabsız qalmamalı olduğu barədə hərbçilərimizə göstəriş verib. A.Nağı bildirdi ki, hər zaman Azərbaycan ordusu Azərbaycan dövlətinin maraqlarına uyğun olan addımlar atmağa, bütün təxribatların qarışısını almağa hazır olmalıdır. “Yəni biz hələlik Ermənistanla müharibə vəziyyətində qalırıq və Azərbaycan da, onlar da bunu bilir. Amma Ermənistan sadəcə özü üçün bir çıxış yolu görmür…

A.Nağı xatırlatdı ki, hazırda Azərbaycan, Türkiyə, Gürcüstan xüsusi təyinatlıları Ankarada birgə təlimlər keçir, Ukrayna da prosesdə müşahidəçi qismində iştirak edir, Qara dənizdə Azərbaycanın, Türkiyənin, ABŞ-ın iştirakı ilə təlim keçirilir, istənilən istiqamətdə Azərbaycan özünün hərbi gücünü, hərbi müdafiə qabiliyyətini artırır, düşmən də bunu görür və bu gücün qarşısında heç nə edə bilmədiyindən təxribatlara əl atır. “Ermənistanın müdafiə naziri bu “əmr”lə belə rəy yaratmaq istəyir ki, guya sərhəddə Azərbaycan ordusu təxribat törədir, sərhədi pozur. Diqqəti bu uydurmaya yönəltmək istəyirlər. Çünki bunların başqa bir yolu yoxdur. Ona görə də sərhəd məsələsini qabardırlar ki, guya Azərbaycan tərəfindən sərhədlərinə “təcavüz” edilib, “gərginlik” yaradılıb. Beynəlxalq təşkilatların, böyük dövlətlərin diqqətini bu məsələyə cəlb etmək istəyirlər. Amma burada da Azərbaycan ağılla öz mövqeyini ortaya qoyur, sadəcə diqqətli olmaq lazımdır. İmkan vermək olmaz ki, Ermənistan Azərbaycan hərbi kontingentinin Azərbaycanın öz qanuni ərazisində dayanmasından spekulyasiya, siyasi möhtəkirlik məqsədləri üçün istifadə etsin. Bilirsiz ki, Qazaxın 7 kəndi ilə bağlı məsələ müzakirədədir, Naxçıvan MR-in Sədərək rayonunun Kərki kəndinin məsələsi gündəmdədir. O məsələlərin hamısında Azərbaycan birmənalı və prinsipial mövqeyini saxlamalıdır. Sərhəd məsələsində də xüsusilə. Ermənilər yaxşı bilir ki, Azərbaycan sərhəd məsələsində qətiyyən geri çəkilməyəcək. Ona görə də bu cür boş, mənasız açıqlamalarla nə isə əldə etmək istəyirlər” - deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ