Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycançılığın birləşdirici ideoloji gücü - Mübariz Nüvədi nümunəsi...

Image


Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qazandığı Qarabağ zəfəri xalqımızın əzmkarlığını, gücünü, birliyini, müqəddəs dəyərimiz olan azərbaycançılığa bağlılığını bir daha nümayiş etdirdi. 30 ildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Hələ Azərbaycanın müstəqqillik aktı qəbul edilməmişdən iki ay əvvəl isə avqustun 8-də Qərbi Zəngəzurdan Nüvədi kəndinin sakinləri deportasiya edilib.

Bir neçə gün sonra nüvədililərin deportasiyasının 30 ili tamam olur. 30 ildir öz doğma yurd-yuvalarından erməni fitnəsi ilə didərgin düşən nüvədililər Ermənistan tərəfindən pozulan hüquqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə mübarizəyə start veriblər, geri qayıdış hüquqlarının bərpası üçün bir sıra beynəlxalq təşkilatlara müraciət ediblər. Bu gün Nüvədi ziyalıları müqəddəs dəyərlərimiz, azərbaycançılıq ətrafında birləşərək öz doğma evlərinə qayıtmaq uğrunda mübarizə aparırlar. Bu mübarizənin öncüllərindən olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev  “Bakı-Xəbər”ə olduqca maraqlı faktlar açıqladı.

  • “Naxçıvan blokadada olsa da, Heydər Əliyevin nüvədililərə çox böyük dəstəyi vardı”

“Sizə məlumat verim ki, 30 il bundan əvvəl, 1991-ci ilin avqust ayının 7-dən 8-nə keçən gecə Qərbi Zəngəzurdan (indiki Ermənistan) Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri deportasiya olunub. O vaxta qədər nüvədililər ermənilərin hədələrinə, silahlı hücumlarına çox böyük dəyanət, əzmkarlıq göstərdi və hətta deyərdim ki, nüvədililər özləri bu istiqamətdə birlikdə çıxış etdilər. Sonra təbii ki, Nüvədi tab gətirə bilmədi. O dövrdə Azərbaycandan, eləcə də SSRİ-dən Nüvədiyə heç bir kömək göstərilmədi. Yalnız Naxçıvandan ümummilli liderimiz Heydər Əliyev Nüvədinin taleyi ilə maraqlanırdı, nüvədililərə dəstək verirdi. Açıq deyirəm, o dövrdə hətta Naxçıvan blokadada olsa da, Heydər Əliyevin nüvədililərə çox böyük dəstəyi vardı”.

  • “Zəngilan qayıtdıqdan sonra nüvədililər beynəlxalq təşkilatlara müraciət etdilər”

Ə.Əliyevin sözlərinə görə, nüvədilələrin deportasiyasından 30 il keçib və bu 30 il ərzində onlar hər zaman öz kəndlərinə qayğıtmaq arzusu və ümidilə yaşayıblar. Ə.Əliyev qeyd edir ki, Nüvədiyə qayıtmaq nüvədililərin halal haqqıdır və onlar bu haqlarına qovuşmaq üçün bütün lazımı mübarizə tədbirlərini həyata keçirirlər. Ə.Əliyevin bildirdiyinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzur və digər işğal altında olan ərazilərimizin müzəffər ordumuz tərəfindən  azad edilməsi hadisəsi nüvədililərin öz yurdlarına qovuşmaq istəyini, ümidini daha da gücləndirib. “Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən Zəngilan və digər rayonlarımız azad edildi. Nüvədi də Zəngilan rayonuna sərhəddədir. Zəngilan qayıtdıqdan sonra nüvədililər beynəlxalq təşkilatlara müraciət etdilər. Nüvədililər Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, İslam Əməkdaşlıq Təşkilatına, UNESCO-ya, İSESCO-ya müraciət etdilər ki, onların mühüm beynəlxalq sənədlərlə tanınan qayıtmaq hüquqları var. Çünki onlar öz doğma kəndlərindən zorla çıxarılıblar, yəni deportasiya ediliblər, bütün əmlakları, təsərrüfatları, mənzilləri hamısı orada qalıb və ermənilər onları mənimsəyib və vəhşiklə dağıdıb. Ona görə də müraciət ediblər və Avropa Şurasından və İSESCO-dan müvafiq məktublar daxil olub ki, artıq müraciət qəbul edilib. Lakin digər beynəlxalq təşkilatlardan hələ bir cavab alınmayıb”.

  • “Nüvədililərin Nüvədiyə qayıdış hüququ təmin edilməlidir”  

Ə.Əliyev qeyd etdi ki, 7 avqust tarixində Nüvədinin deportasiyasının 30 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək və həmin beynəlxalq konfransa Azərbaycan alimləri ilə yanaşı ABŞ-dan, Qazaxıstandan, Ukraynadan, Türkiyədən olan alimlər də qatılacaq, burada məruzələr ediləcək: “Bu beynəlxalq elmi-praktik konfrans iştirakçıları adından da beynəlxalq təşkilatlara müraciətlər ediləcək. Müraciətimiz də iki istiqamətdə olacaq: nüvədililərin Nüvədiyə qayıdış hüququ təmin edilməlidir. Bilirsiz ki, cənab Prezident bu gün Ermənistana sülh təklif edir, onları danışıqlara dəvət edir. Tarixən Zəngəzur torpaqları Azərbaycan ərazisi olub. Amma buna baxmayaraq SSRİ dövründə bu torpaqlar qeyri-qanuni olaraq Ermənistana verildi. Bu gün nüvədililər dinc yanaşı yaşamaq prinsipini irəli sürürlər. Öz kəndlərində dinc, yanaşı yaşamaq qaydalarına əməl etməklə Nüvədiyə qayıdıb orada yaşamaq istəyirlər. Bir məsələni də qeyd edim ki, 7 avqust 2021-ci ilə qədər Nüvədidə bir nəfər də olsun erməni yaşamayıb. Ona görə də, nüvədililər beynəlxalq təşkilatlara müraciət edib ki, biz ora qayıdırıq və dinc yanaşı yaşamaq qaydalarına əməl edəcəyik. Çünki Azərbaycan xalqında həmişə dinc, yanaşı yaşamaq əhval-ruhiyyəsi formalaşıb, həyat tərzi həmişə bu istiqamətdə olub. Ona görə də, Nüvədiyə qayıtmaq nüvədililərin qanuni haqqıdır, biz ora qayıdacağıq”.

  • “Beynəlxalq təşkilatlar bu qayıdışı dəstəkləməlidir, onlar Ermənistan hökumətinə təzyiqlər göstərməlidirlər ki...”

Ə.Əmirovun sözlərinə görə, beynəlxalq təşkilatlara ünvanlanan 55 səhifədən ibarət sənədlərə 452 ailə imza atıb. Konkret imzalarla və bütün məlumatlar göstərilməklə 452 ailənin imzaladığı sənədin beynəlxalq təşkilatlara göndərildiyini deyən Ə.Əliyevin sözlərinə görə, 452 ailə isə təqribən 2 minə yaxın insanı əhatə edir. “Bu insanlar öz yurdlarına  qayıtmaq istəyirlər, beynəlxalq təşkilatların onlara müsbət cavab verməkdən başqa yolları yoxdur. Beynəlxalq təşkilatlar bu qayıdışı dəstəkləməlidirlər, onlar Ermənistan hökümətinə təzyiqlər göstərməlidirlər ki, Ermənistan höküməti bu qaydalara əməl etsin, nüvədililərin qayıtması üçün bütün şəraiti yaratsın. Bu gün Azərbaycanda  on minlərlə erməni yaşayır. Xankəndidə, Bakıda, Azərbaycanın başqa yerlərində ermənilər yaşasa da, Ermənistanda bir nəfər də olsa azərbaycanlı yaşamır. Bu necə ola bilər? Bu gün ermənilər onlara aid olmayan alban kiləsələrini ziyarət edirlər, amma azərbaycanlılara şərait yaradılmır. Bu nöqteyi-nəzərdən də öz yurdlarımıza qayıdış bizim halal haqqımızdır. Biz beynəlxalq təşkilatlara müraciət etmişik, geri çəkilən deyilik, axıra qədər gedəcəyik və qanuni haqqımıza nail olacağıq”.

  • “Beynəlxalq təşkilatlar bizim hüququmuzu təmin etməlidir”

Nüvədililər deportasiya edilərkən kənd sakinlərinin sayının 1000 nəfər olduğunu deyən Ə.Əliyev qeyd etdi ki, 30 il ərzində isə əhalinin sayı atraraq 2 minə çatıb. “Biz kimlər Nüvədidə anadan olub, onların adından müraciət etmişik. Bu adamlar böyüyüb ailə qurub, indi də ailəsi ilə birgə qayıtmaq istəyir. Bir məqamı da deyim ki, nüvədililər o vaxt deportasiya olunanda gəlib iki il Zəngilanın Vejnəli kəndində yaşadılar. Biz Vejnəli kəndinin camaatına da minnətdarıq. Biz orada iki il qaldıq. Ona görə qaldıq ki, geri qayıtmaq ümidimiz vardı. Əlbəttə, qayıtmaq bizim haqqımızdır. Beynəlxalq təşkilatlar bizim hüququmuzu təmin etməlidir. Onlar da gəlib bizimlə Nüvədi kəndinə getsinlər, gedək orada bizim yaşayışımızı təmin etsinlər”-deyə Ə.Əliyev qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ