Bazar günü günü, 15 noyabr 2026
     

Kreml Paşinyanı daha sərt formada cəzalandırmağa hazırlaşır

Image


Rusiya və Ermənistan arasında yaxın tezliklə münasibətlərin daha gərgin mərhələyə qədəm qoyması gözlənilir. Bunun əsas səbəbi baş nazir kürsüsünü əlində saxlamağı bacaran Nikol Paşinyanın Rusiya əleyhinə olan kadrları yenidən nümayişkaranə şəkildə önə çəkməsi, həmçinin regionda Kremlin maraqlarına xələl gətirən addımlar atmasıdır.

Indi ekspert dairələrində belə hesab edilir ki, Moskva buna görə Paşinyana qarşı mütləq müəyyən cəza tədbirlərini işə salacaq. Təhlükəsizlik üzrə rusiyalı ekspert Yevgeni Mixaylov da Paşinyanın əsas səhvini öz strateji müttəfiqi Rusiya ilə qarşıdurmaya yönəlik kursunda görür: "Onun öz komandasına Ermənistanın Rusiya ilə ittifaqına skeptik yanaşan insanları daxil etməsi ölkənin siyasi həyatında kollapsa gətirdi. Qərblə siyasi alver, eks-prezident Robert Köçəryanın həbsi, KTMT baş katibi Yuri Xaçaturovun vəzifəsindən çıxarılması İrəvanın Rusiya ilə münasibətlərini ən aşağı soyuq nöqtəyə çatdırıb. Belə görünür ki, Ermənistanın baş naziri olanlardan nəticə çıxarmır və indi ciddi-cəhdlə Qarabağ üzrə üçtərəfli bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən yaxasını qurtarmaq istəyir. Hətta bu razılaşmaların Rusiyanın vasitəçiliyi ilə əldə olunmasına baxmayaraq". Paşinyanın bu gün Azərbaycanla sərhədin delimitasiyası və demarkasıyasına mane olması, həm də sərhəd insidentlərinin həllinə KTMT və Qərbdəki tərəfdaşlarını cəlb etməyə cəhd etməsi, ekspertin fikrincə, Moskvanın ona rəğbətinin artmasına səbəb olmur: "Belə davranış Paşinyana yaxşı heç nə vəd etmir. Xüsusən də Azərbaycanla Rusiyanın, Ermənistanın bunu istəyib-istəməməsindən asılı olmayaraq, bölgədə kommunikasiyaların açılmasına kökləndiklərini nəzərə alsaq".

“Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev də qeyd edir ki, Azərbaycan-Ermənistan sərhədində KTMT müşahidə məntəqələrinin yerləşdirilməsi ehtimalı azdır. Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsində belə maddələr nəzərdə tutulmayıb: “Məsələn, NATO-nun Belarus, islamçı silahlı birləşmələrin Tacikistan sərhədlərinə təzyiqi şəraitində belə bu ölkələrin sərhədlərində Nikol Paşinyanın bəhs etdiyi müşahidə məntəqələrinin yaradılması KTMT üçün müzakirə mövzusu olmayıb. Və ən əsası, Rusiya ordusunun Azərbaycan və Ermənistan ordularının təmas xəttinə çıxması yalnız rəsmi Moskva, Bakı və İrəvan arasında üçtərəfli razılaşma çərçivəsində mümkündür”. Perenciyev bildirib ki, Nikol Paşinyanın KTMT-nin müşahidə məntəqələri ilə bağlı bəyanatı rəsmi İrəvanın üçüncü qüvvələri münaqişəyə cəlb etmək üçün hiyləgər planıdır.

Rusiyalı hərbi ekspert İqor Korotçenko da məsələyə eyni prizmadan yanaşır: “Sərhəddə təxribatlar, atışma hazırkı mərhələdə Ermənistan hökumətinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün vasitədir”. Ekspertin fikrincə, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat yollarının açılması məsələsini həll etmək, Azərbaycanın Rusiya sülhməramlıları yerləşdirilən Qarabağ bölgəsindən qanunsuz silahlı birləşmələrini çıxartmaq istəmir: “Əksinə, onlar bu məsələlərə Avropa İttifaqını, o cümlədən Ermənistana hərbi qüvvə göndərməyə belə hazır olduğunu bildirən Fransanı da cəlb etməyə çalışırlar”. Rusiyalı ekspertin qənaətincə, əsas problem Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri, habelə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin yanvar ayında Moskva görüşündə əldə edilən razılaşmanın şərtlərini yerinə yetirmək istəməməsidir. Ekspert hesab edir ki, onillərlə yeritdiyi destruktiv siyasətini davam etdirən Ermənistan müharibədə məğlub edildikdən, ordusu darmadağın olduqdan sonra belə mövcud gerçəkliyi qəbul etmək istəmir: “Amma Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Qarabağ münaqişəsi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə bunu qəbul etmək istəmir. Sülh sazişini imzalamaqdan boyun qaçırır və hərbi təxribatlarla məşğuldur”.

Erməni ekspertlər də qeyd edir ki, Moskvanın Paşinyanı cəzalandırmaq planı qaçılmaz olacaq. Erməni politoloq Armen Vardanyan bu fonda Rusiyanın bütün sərhəd boyunca sülhməramlılar və ya müşahidəçilər yerləşdirməyə razı olacağına şübhə ilə yanaşıb: “Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Peskov Ermənistan-Azərbaycan sərhədi boyunca rus sərhədçilərin yerləşdirilməsi ilə bağlı Nikol Paşinyanın təklifini şərh etməyib. Paşinyanın hansı hesablamalar əsasında Rusiyaya bənzər təklif etdiyi anlaşılandır, lakin Moskva çətin ki, razılaşsın”. Vardanyanın sözlərinə görə, bununla Rusiya hansısa baxımdan öz qollarından məhrum olacaq: “Rusiya və Azərbaycan çox tez-tez Ermənistana təzyiqlər göstərmək üçün bir-biri ilə razılaşmalarla sərhəd insidentlərini təhrik edir və rus sülhməramlılar gəlsələr, bütün sərhəd boyunca dayansalar, Rusiya hansısa bir mənada bu vacib qoldan, yəni Ermənistana təzyiqlər etmək qolundan məhrum olacaq. Lakin eyni zamanda, hazırda bunun mümkünlüyünü o qədər də yüksək qiymətləndirmirəm”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ