Nüvədinin tanınmış şəxsiyyətləri 30 illik deportasiyaları ilə bağlı beynəlxalq konfrans keçirməyə hazırlaşır

img

Avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin 30 illik (1991-2021) deportasiyasına həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə baki-xeber.com-a təşkilatçılar tərəfindən məlumat verilib. Bir neçə ölkədən elm admalarının, ictimai-siyasi xadimlərin qatılacağı onlayn konfransda 30 illik deportasiya tarixinə nəzər salınacaq, habelə nüvədililərin 30 il boyu Ermənistan dövləti tərəfindən pozulan hüquqlarının harayı, hüquqlarının bərpası istiqamətində atılan və atılacaq addımlar, görüləcək işlər   beynəlxalq aləmə çatdırılacaq.

Qeyd edək ki, Nüvədi kəndinin sakinləri 1991-ci ilin 8 avqust tarixində tarixi-etnik torpaqlarından deportasiya olunub.  

İradə SARIYEVA

Son xəbərlər