Spikerdən Tahir Kərimlinin açıqlamasına sərt reaksiya - Deputatın yiyəsi xalqdır

img

Milli Məclisin sədri Sahibə Qafarova deputat Tahir Kərimlinin fikirlərinə sərt reaksiya verib.

Trend-in məlumatına görə, deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı müzakirələrdə çıxışı zamanı deputatın yiyəsi yoxdur, kimi fikir səsləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəyəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəyəm. Mən özüm kabinetdən çıxacağam, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

Son xəbərlər