Bazar günü günü, 15 noyabr 2026
     

“Azərbaycanın uğurlarını həzm etməmək müxalifətçilik yox, “düşmən dəyirmanına su tökmək”dir” - Vüqar Rəhimzadə

Image


“30 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarının zirvəsində dayanan Zəfərimiz bütün sahələrdə görülən işlərin, həyata keçirilən təkmil islahatların, gələcəyə hesablanmış inkişaf strategiyasının təqdimatıdır. Son 18 ildə Azərbaycanı möhkəm təməl üzərində inamla irəli aparan möhtərəm Prezidentimiz İlham Əliyevin əsas tələbi budur ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən bəhrələnməli, ən mütərəqqi texnologiyalar Azərbaycana gətirilməli, bütün sahələrdə  dayanıqlı inkişafı təmin etmək üçün islahatlar davamlı olmalıdır. Daim bu çağırış edilir ki, həyat yerində durmur, qarşımızda yeni vəzifələr, hədəflər dayanır. Bu isə öz növbəsində islahatları qaçılmaz edir”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində aparılan davamlı islahatlar da ölkəmizin hərtərəfli inkişafına xidmət edən addımlar sırasındadır: “Məlumdur ki, 2019-cu ilin sonlarında respublikanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, qəbul etdiyi  qərarlar, irəli sürdüyü təşəbbüslərlə Azərbaycanın inkişafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun addımların atılması nəticəsində sonda cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Yeni formalaşmış parlamentin ilk iclasında dövlət başçısı İlham Əliyev qanunverici orqanın qarşısında bir sıra vəzifələr qoydu. Bu mühüm məqam da xüsusi vurğulanır ki, yeni parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması ölkəmizdə siyasi dialoq mühitinin yüksək səviyyədə olması barədə aydın təsəvvür yaradır. Həmçinin parlamentin komitə sədrləri arasında da  müxalifət nüymayəndələri vardır. Son illərdə  siyasi partiyalar arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi, sağlam dialoq mühitinin formalaşması istiqamətində atılan addımlar göz qabağındadır.  Prezident Administratisiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, bu şöbənin müdiri hörmətli Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşüb aktual məsələlər ətrafında fikir mübadiləsi aparması və sair kimi mühüm addımların  əsasında bir məqsəd dayanır ki, ölkədə vətəndaş birliyi, həmrəyliyi möhkəm olsun, mövcud prbolemlərin həlli istiqamətində müxalifətli-iqtidarlı hər kəs fəal iştirak etsin, Azərbaycanın daha da da güclənməsi üçün müəyyənləşdirilən prioritetlərin icrasına töhfələr verilsin”.

V.Rəhimzadə diqqəti 44 günlük İkinci Qarbağ müharibəsi, eyni zamanda, postmüharibə dövründə  siyasi partiyaların vahid mövqedən çıxışına da diqqəti yönəldib. Vurğulayıb ki, Vətən müharibəsi dövründə 50-dən çox siyasi partiya  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə edərək onun ətrafında sıx birləşdiklərini qəbul etdikləri  bəyanatla təsdiqlədilər: “Yenə də kənarda qalan radikallığı, inkarçılığı, qərəzi fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edən AXCP və “Milli Şura”çılar oldular. Eyni ab-hava 15 İyun- Milli Qurtuluş Günündə  Qarabağın tacı Şuşada  iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyə prezidentlərinin birgə imzaladıqları Şuşa Bəyannaməsinə dəstəyin ifadəsi olaraq 50-dən çox siyasi partiyanın bəyanat imzalaması zamanı da yaşandı. Bütün siyasi partiyalar bu bəyanatı  imzalayıb Şuşa Bəyannaməsinə dəstəklərini ifadə etsələr də, AXCP və yarandığı gündən xarici anti-Azərbaycan dairələrin layihəsi kimi tanınan “Milli Şura” adlı üzdəniraq qurumun təmsiçiləri  seyrçi mövqedə dayanmağı yeganə yol seçdilər. Bu da başadüşülən idi.  Qələbəmizin, Türkiyə-Azərbaycan birliyinin təqdimatı olan bu Bəyannamə, təbii ki, “düşmən dəyirmanına su tökən”  ünsürləri razı sala bilməzdi”.

Baş redaktor bütün bunlara qısa ekskurs etməyin səbəbini də açıqlayıb. Bildirib ki, son günlər  dağıdıcı ünsürlərin xaricdəki himayədarlarının  dəstəyi  və ssenarisi əsasında  Azərbaycanın uğurlu inkişafına, dövlət başçısı İlham Əliyevin  düşünülmüş və məqsədyönlü, təkmil islahatlara söykənən siyasətinin nəticəsi olaraq əldə olunan uğurlara kölgə salmaq cəhdləri diqqətdən kənarda qalmır: «Bu ünsürlərin sosial şəbəkələrdə səsləndirdikləri fikirlərə, paylaşımlara diqqət yetirdikdə nə qədər cılız, dövlətinin, xalqının maraqlarını öz şəxsi ambisiyalarına qurban verdiklərini görür və belələrinin Azərbaycan xalqı adından danışmağa haqlarının olmadığını bildiririk. Xalqımız hazırda Zəfərin sevincini yaşayır. İşğaldan azad  edilmiş torpaqlarımızda həyat canlanıb. Qısa müddətdə bu torpaqlarda görülən işlər Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyevin  “ağıllı şəhər” və “ağıllı kənd”  strategiyasına uyğun olaraq bu istiqamətdə ilk addım atılıb, artıq  ilin sonuna ilk “ağıllı kənd” - Zəngilan rayonunun Ağalı kəndi sakinlərini qarşılayacaq. Soydaşlarımız bu sevinci yaşadıqlarına görə şanlı  Qələbəmizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını ifadə edirlər. Belə bir şəraitdə xalqımızın sevincinə şərik olub yeni dövrün reallıqlarına dəstək vermək əvəzinə xarici dairələrin əlində alətə çevrilib ölkəmizin  imicinə zərbə vurmağın mənəviyyatsızlıqdan başqa adı yoxdur.  Görəsən xarici anti-Azərbaycan dairələrin əlində oyuncağa çevrilən, onların ssenarisi əsasında hərəkət edən daxili bədxahlarımız hazırkı  dövrdə uğurlarımızı inkar yolunu tutaraq referendumun, növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyacın olması kimi sərsəm iddialarla çıxış edəndə heç utanc hissi keçirirlərmi? Belələri haqqında çox gözəl deyiblər ki, “utanmasan oynamağa nə var”.

Baş redaktor bildirib ki, müasir müstəqil Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkə qanunlarla idarə olunur: “Kimliyindən, vəzifəsindən, siyasi mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşyır. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan daim demokratik  təsisatların inkişafı istiqamətində atdığı addımları ilə diqqət çəkib. Milli Konstitusiyanın qəbulundan bugünədək 3 dəfə  referendumun keçirilməsi, qəbul olunan qanunlara əlavə və dəyişikliklərin edilməsi, yeni qanunların qəbulu və sair kimi məqamlar göz önündədir. Eyni zamanda, Azərbaycanda  insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkir. Həyata keçirilən bütün  tədbirlər, aparılan  təkmil islahatlar vətəndaş amilinə xidmət etdiyi üçün ölkədə sabitliyin, təhlükəsizliyin təminatı  əsas vəzifə kimi qarşıda durur.  Ölkədə hər hansı özbaşınalıqlar, qanunazidd əməllər  qanun çərçivəsində öz qiymətini alır”.

V.Rəhimzadə daha sonra qeyd edib ki, daxili bədxahlarımızın xaricdəki havadarlarının sifarişi ilə möhtəşəm Zəfərimizin qazanılmasından bügünədək apardıqları qərəzli təbliğatların, qeyri-ciddi  təşəbbüslərin əsasında bu antimilli ünsürlərin canla, başla  xidmət etdikləri Ermənistanın düşdüyü çətin vəziyyətdən narahatlıqları dayanır. Azərbaycanın davamlı inkişafını həzm etməyən bu ünsürlər çıxış yolunu ictimai fikri çaşdırmaqda görsələr də, unudurlar ki, özləri  ötən əsrin 90-cı illərin əvvəllərinin nostalji hissləri ilə yaşasalar da nə xalq həmin xalq, nə də Azərbaycan həmin Azərbaycandır. Dəyişməyən yeganə məqam ermənilər və ermənipərəst dairələrlə işbirliyində olan “sapı özümüzdən olan baltalar”a xalqın verdiyi Vətən xainləri qiymətidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ