Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan-Gürcüstan-Türkiyə formatı Ermənistanı diz çökdürür...

Image


Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşmasında bu gün Azərbaycan-Türkiyə tandemi müstəsna əhəmiyyət kəsb edir. Indi belə görünür ki, yaxın tezlikdə bu tandemə Gürcüstanın da qoşulması mümkündür. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında baş tutan telefon danışığı da təsdiq edir.

Məlumata görə, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İrakli Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə, öz növbəsində, yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib. Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb. Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.Tiflis buna müsbət yanaşır.

Qeyd edək ki, Bakının təşəbbüskarı olduğu üçtərəfli əməkdaşlıq formatlarından biri məhz Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığıdır. Bu üçlük Cənubi Qafqazdan əlavə Xəzər-Qara-Aralıq dənizi hövzələrini birləşdirən strateji bölgəni də əhatə edir. Bu üçbucağın formalaşmasının əsasında tarixi və mədəni əlaqələr, coğrafi qonşuluq, vahid tranzit dəhlizinin tərkib hissələri olmaq, birgə iqtisadi əməkdaşlıq üçün əlverişli şərait və siyasi iradə dayanır. Hər üç ölkə bir-biri ilə strateji tərəfdaşdır. Belə ki, Azərbaycan həm Türkiyə, həm Gürcüstanla, eləcə də Türkiyə ilə Gürcüstan öz aralarında strateji tərəfdaşdır. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının yaranması iqtisadi maraqlar üzərindən başlayıb. Belə ki, Azərbaycanın karbohidrogen ehtiyatlarının mənbəyi və istehsalçısı, Gürcüstanın coğrafi mövqeyi və tranzit imkanları, Türkiyənin isə daxili enerji tələbatı və regional qovşaq olması üçtərəfli əməkdaşlığın təbii əsaslarını təşkil edir. Birgə enerji və nəqliyyat dəhlizlərinin yaradılması isə bu yanaşmanı həm də tarixi zərurətə çevirib. Azərbaycan öz tərəfdaşları ilə birgə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Artıq istifadə edilməkdə olan Bakı-Tiflis-Ceyhan, Bakı- Tiflis-Ərzurum boru kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu, “İpək Yolu”, TAP və TANAP bu üçtərəfli əməkdaşlığın əsas dayaqlarıdır. Bu layihələrdən ölkələrimiz siyasi, maliyyə-iqtisadi, sosial dividendlər əldə edir, nəinki regionda, eləcə də beynəlxalq müstəvidə nüfuzlu tərəfdaş qismində çıxış edirlər. Azərbaycanın və Orta Asiya regionunun enerji resurslarının Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilməsi, ölkələrimizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması isə regionun əhəmiyyətini daha da artırır. Üçtərəfli formatda müxtəlif tədbirlərin davam etdirilməsi, ölkələrimizin regionları arasında əməkdaşlığın gücləndirilməsi, dövlətlərarası elektrik enerjisi mübadiləsi imkanlarının artırılması, maliyyə  institutlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması da prosesə müsbət təsir edir. Turizm sahəsində əlaqələrin genişləndirilməsi, Asiya ilə Avropanı birləşdirən və hər üç ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin səmərəliliyinin, onların digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabət qabiliyyətinin artırılması Azərbaycan-Türkiyə-Gürcüstan regional əməkdaşlığının daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Bu uğurların fonunda regionda yalnız bir ölkə - Ermənistan hələ də regional proseslərdən kənarda qalıb. Lakin buna baxmayaraq, Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşdırılması kontekstində Ermənistan amilini nəzərə almaq lazımdır. Ermənistan hələ də Rusiya ilə Türkiyə və Azərbaycanın arasını vurmaq, Azərbaycanla Gürcüstan arasında problem yaratmaq, Azərbaycan-İran münasibətlərini ləkələmək kimi mənfur işlərlə məşğuldur. Halbuki, 44 günlük müharibədən sonra Ermənistanın da regional birliklərə qoşulmaq şansı yaranıb. İrəvan nəzərə almalıdır ki, Azərbaycan, Türkiyə və Gürcüstan artıq konkret model üzrə hərəkət edir. Bu prosesin bir sıra vacib məqamlarını vurğulamaq olar. Hər şeydən öncə, bu üç dövlət Cənubi Qafqazda regional əməkdaşlığın inkişafında maraqlı olub, beynəlxalq hüququn imkan verdiyi çərçivədə müxtəlif layihələrin reallaşdırılmasında fəal əməkdaşlıq edir.  Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda beynəlxalq layihələrin həyata keçirilməsində dayanıqlı surətdə fəaliyyət göstərə bilir. Bu stabillik onu deməyə əsas verir ki, həmin ölkələrin regional əməkdaşlıqla bağlı təsəvvürləri üst-üstə düşür. Şübhəsiz ki, belə bir geoiqtisadi maraq ortaqlığı geosiyasi və təhlükəsizlik müstəvilərində də bu dövlətlərin real əməkdaşlığına imkanlar yaradır. Azərbaycan, Türkiyə və Gürcüstan regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də vahid mövqe sərgiləyir. Bunlar Azərbaycan, Türkiyə və Gürcüstanın Cənubi Qafqazda təhlükəsizlik sisteminin yaradılmasının aparıcı dövlətləri olduğunu təsdiq edir. İndiki mərhələdə Ermənistandan başqa regionda destruktiv mövqe tutan ölkə yoxdur. Maraqlıdır ki, hətta Rusiyanın regional əməkdaşlıq və sabitliyə ciddi töhfələr verdiyi bir mərhələdə də Ermənistan konstruktiv addım atmaq istəmir. Bu isə indiki halda Ermənistanın özünə ciddi ziyan vurur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ