Milli Məclisin İntizam komissiyası Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
Trend-in məlumatına görə, məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.
X X X
Milli Məclisin İntizam komissiyası Baş prokurorluğun müraciətinə baxır. Trend-in məlumatına görə, hazırda komissiyanın iclası keçirilir.
İclasa polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Baş prokuror Kamran Əliyevin Milli Məclisə göndərdiyi təqdimata baxılır.