Bazar günü günü, 15 noyabr 2026
     

Əliyevin ermənilərə "şərəfli gündəm" təyinatı, rus və fransız dostlarından görmədikləri , evlərində Ağrıdağın fotosuna həsrətli baxışları… Aydın QULİYEV yazdı…

Image


Prezidentin Az.TV-yə ən yeni müsahibəsində diqqət çəkici məqamların sırasında daha biri üzərində ayrıca dayanmağa ehtiyac var - Biz Ermənistan dövlətinin gündəmini tam olmasa da, müəyyən edən ölkəyik.

Fikrin maraq doğuran mahiyyəti odur ki, müasir beynəlxalq münasibətlərdə başqa dövlətlərin gündəmini təyin etmək, ya dəyişdirmək, ya ona əlavə etmək heç də bütün ölkələrə nəsib olmayan status və ya güc göstəricisidir. İndi çox az sayda ölkələr göstərmək olar ki, başqasına gündəm müəyyən etsin. Həm də digər ölkələr üçün siyasi-diplomatik gündəmin müəyyən olunması tarixdə indiyə qədər ənənəvi olaraq məlum şərtlər daxilində mümkün olurdu. Məsələn, görmüşük ki, hansısa dövlət ancaq özündən asılı dövlətə gündəm diktə edib. Rusiyanın Ermənistana 2018-ci ilə qədər tam, indi isə əsasən gündəm diktə etməsi kimi... Yaxud, müasir Fransanın Ermənistana ünvanlı şəkildə gündəm tövsiyə etməsi kimi... Görmüşük ki, federativ və ya konfederativ əsaslarda ümumi bir dövlətin içində olan güclü dövlət zəifə gündəm oxuyur. Buna aid də nümunələr göstərmək mümkündür. Lakin konkret şəraitdə Azərbaycanın Ermənistana qismən gündəm müəyyənləşdirməsi həqiqətən beynəlxalq münasibətlərdə görünməmiş unikal təzahürdür. O mənada ki, haqqında az əvvəl danışdığımız ənənəvi şərtlər Azərbaycan-Ermənistan münasibətləri müstəvisində mövcud deyil. Nə aralarında birbaşa vertikal asılılıq - tabeçilik var, nə də federativ- konfederativ münasibətlərdə deyillər. Təkcə bu səbəb kifayət edir ki, bu gün Azərbaycanın Ermənistan üçün qismən gündəm oxumasını müasir beynəlxalq münasibətlərdə hələlik bənzəri olmayan təzahür kimi qiymətləndirək.

O da maraqlıdır ki, Azərbaycanın Ermənistan üçün qismən gündəm müəyyənləşdirməsi hardasa Rusiyanın və Fransanın ona gündəm təyin etməsindən prinsipial şəkildə fərqlənir. Bu dövlətlərin siyasətinin məhz deyilən istiqamətinə ayrılıqda baxaq. Rusiya Ermənistan üçün gündəm müəyyən edəndə onu özünün regional və qlobal siyasətində alətə və ya vasitəyə çevirmək məqsədi güdür. Axı onun satellitidir. Fransanın da Ermənistan üçün gündəm müəyyənləşdirmək cəhdlərində öz motivləri var. Fransa bununla regionumuza ayaq basmaq, burada qalmaq, ənənəvi düşmən saydığı Türkiyənin qarşısına əks-balans yükü çıxarmaq və öz içindəki erməni diasporunu məmnun etmək istəyir... Yenə də hər iki halda mahiyyət eynidir - Ermənistanı özgə dövlətin maraqlarının icraçısı etmək.

Təhlillər və müqayisələr çox inandırıcı formada sübut edir ki, Azərbaycan Prezidenti Ermənistanın gündəmi məsələsi barədə tam fərqli motivlərə söykənərək danışdı. Prezident İlham Əliyev tam aydın bir mətnlə müasir Ermənistanın ən ümdə gündəliyinin sülh müqaviləsi imzalamaqdan ibarət olduğunu söylədi, bütün dünyanın eşidə bildiyi tərzdə bəyan etdi. Əliyevin bəyan etdiyi gündəmin Ermənistan üçün nisbətən ən sərfəli, ən perspektivli, ən xilasedici, ən konstruktiv və ən mümkün variant olduğunu ağlı başında olan istənilən kəs təsdiqləyə bilər. Sülh müqaviləsi əslində indi Azərbaycan dövlətinin özü üçün o qədər də önəmli, qaçılmaz, xilasedici gündəm mövzusu deyil. Sadə bir səbəbə görə - Azərbaycanın nicatı, gələcəyi Ermənistanla sülh müqaviləsindən asılı deyil, müqavilə olmasa da biz yaşayacaq və inkişaf edəcəyik. Ermənistan yola gəlməsə Azərbaycan hətta yeni müharibəyə də getmək gücündədir. Bu mənada Prezident əla və təsirli bir jestlə Ermənistana hər dəfə "müharibə istəyirsiz, buyurun, gəlin" deyə mesaj verir. Hamı başa düşür ki, bu gün Ermənistanın sülhdən asılı olduğunun heç yüzdə biri qədər Azərbaycan asılı deyil. Azərbaycanın perspektivini müqavilədən qat-qat artıq müəyyən edən başqa faktorlar var ki, onlar tam şəkildə Prezidentimizin ixtiyarındadır.

Rusiya və Fransadan fərqli olaraq İlham Əliyevin Ermənistana gündəm müəyyənləşdirməsinin motivi çox sadə, aydın və mütərəqqidir. Çünki Azərbaycan lideri erməniləri sülh müqaviləsinə çağırarkən heç də onları vassala və ya alətə çevirmək istəmir, əksinə, onları hər cür alçaldıcı asılılıq və vassallıqdan qurtara bilən bir inkişaf yoluna çəkmək istəyir. Nə qədər ki, sülh sazişi imzalamayıblar, daim müharibə təhdidi altındadırlar, aclıq, iqtisadi tənəzzül, blokada təhlükəsindədirlər, bu gün sadə ermənilərin İrəvanda rus turistlərinə ən məşhur atmacalarında dedikləri kimi "evlərində asılmış Ağrıdağın şəkillərinə baxa-baxa qalmaq" kimi ümidsiz bir durumda olacaqlar.

Ermənilər bu gün Azərbaycan Prezidentinə düşmən kimi baxsalar da, İlham Əliyev əslində onlara strateji dost saydıqları Rusiya və Fransadan çox-çox şərəfli bir dövlətçilik perspektivi göstərən gündəm təyin edir… Ancaq bu həqiqəti qansalar…

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ