Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada... - FOTO

img

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları Şuşa şəhərinə səfər edib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, daha əvvəl nümayəndələr üçün Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı kiçik təqdimat edilib.

Həmçinin, Füzuli - Hadrut avtomobil yolunda aparılan minatəmizləmə işləri ilə tanışlıq olub və Zəfər Yolunun tikintisinə baxış keçirilib.

Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Füzuli Hava Limanının tikintisi ərazisinə də baxış keçiriblər.

Son xəbərlər