Mətbuat Şurası Vaqif Cəliloğlunun vəfatı ilə bağlı nekroloq yaydı

img

Azərbaycan Mətbuat Şurası Həsənov Vaqif Cəlil oğlunun vəfatı ilə bağlı nekroloq yayıb.

Şuradan baki-xeber.com-a verilən məlumata görə, nekroloqda deyilir:

- “Bakı-Xəbər” qəzetində nəşr olunmuş dini mövzudakı məqalələri ilə həm bu nəşrin kollektivinin, həm də geniş oxucu auditoriyasının rəğbətini qazanmış Həsənov Vagif Cəlil oğlu (Vaqif Cəliloğlu) vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə, dostlarına dərin hüznlə başsağlığı veririk.

1944-cü ildə Salyan rayonunda anadan olmuş V.Cəliloğlu Azərbaycan Dövlət Neft Kimya İnistitutunu (Neft Akademiyası) bitirdikdən sonra uzun müddət müxtəlif sahələrdə çalışmışdı. Sözə, yaradıcılığa olan hədsiz maraq isə onu dogma “Bakı-Xəbər” qəzetinə gətirmişdi.

Zaman keçdikcə V.Cəliloğlu kollektivin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu statusu o, özünün peşəkar yanaşma tərzi, yüksək mədəni və mənəvi keyfiyyətləri, dərin biliyi, zəkası və ziyalılığı ilə qazanmışdır.

Kitablar, İslam dini ilə bağlı, habelə müxtəlif mövzulardakı çoxsaylı fundamental məqalələr müəllifi V.Cəliloğlunun malik olduğu insani xüsusisyyətlər və dərin məsuliyyət hissi onu ölkənin media ictimaiyyətində də tanıtdırmış, sevdirmişdir.

Bütün bunlara görədir ki, Vaqif Cəliloğlunun yoxluğu onu tanıyan hər kəs üçün ağırdır. Bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!

Son xəbərlər