Səfir Corc Dik Azərbaycanın İsraildə ticarət missiyasının açılışını tarixi hadisə adlandırdı

img

İsraildə Azərbaycan Ticarət missiyasının açılışı tarixi bir hadisədir. Baki-xeber.com xəbər verir ki, bunu  İsrailin Bakıdakı səfiri Corc Dik "Twitter"də yazıb.

O bildirib ki, bu gün tarixi bir gündür, çünki iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində Azərbaycanın İsraildə heç bir nümayəndəliyi olmayıb: "Bu gün Tel-Əvivdə Azərbaycanın ticarət missiyası açıldı və ilk dəfə olaraq Azərbaycan bayrağı İsraildə dalğalanacaq".

Səfir bu tədbirin iki ölkə xalqlarını daha da yaxınlaşdıracağını, əlaqələrin daha yaxın və hərtərəfli inkişafı üçün imkanlar yaradacağını bildirib. Gələn il iki ölkə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcək. Dik yazır ki, bayram tədbirləri həm Azərbaycanda, həm də İsraildə baş tutacaq.

Son xəbərlər