Bazar günü günü, 15 noyabr 2026
     

“Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir” - Vüqar Rəhimzadə

Image


“Həyat yerində durmur, yaranan yeni reallıqlar yeni əməkdaşlıq münasibətlərinin formalaşdırılmasını, səylərin artırılmasını, regoionda və dünyada cərəyan edən proseslərin təhlili əsasında  yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi ortaya qoyur. Bu baxımdan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdən sonra istər regionda, istərsə də dünyada  baş verən yeniliklər  diqqət mərkəzindədir. 

Vətən müharibəsinin həqiqət anı kimi bu gün də geniş müzakirə olunur, dost, qardaş ölkələrin  ədalətə dəstəkdən irəli gələrək  Azərbaycanın yanında olmaları təqdir edilir, bu addımın müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsini şərtləndirdiyi qeyd olunur. Daim yeniliklərə imza atan, təşəbbüsləri, qərarları ilə yalnız özünün deyil, region və dünya ölkələrinin inkişafına dəstək olan respublikamızın üç dost, qardaş ölkənin-Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gəlməsi təşəbbüsü və  bu qərar əsasında onların paytaxtımızda görüşmələri təqdir olunmaqla yanaşı, imzalanan Bakı Bəyannaməsinin  vəd etdiyi perspektivlər geniş müzakirə olunmaqdadır."

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

“Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu sənəd  dost ölkələr arasında əməkdaşlığın gücləndirilməsində, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq: “Azərbaycan-Türkiyə birliyi daim dünyaya nümunədir. Bütün anlarda bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin sarsılmazlığı Vətən müharibəsində bir daha özünü dünyaya nümayiş etdirdi.  Eyni birlikdə bu gün Pakistanın da yer alması, hazırda dünyanın Azərbaycan-Türkiyə-Pakistan dostluğundan, qardaşlığından bəhs etməsi  qürurvericidir. Tarixi Zəfərimiz bu birliyin də  təqdimatında əhəmiyyətli rol oynadı. Türkiyə və Pakistanın Azərbaycana mənəvi və siyasi dəstəkləri, Zəfərin sevincini ölkəmizlə, xalqımızla eyni şəkildə yaşamaları  dövlət başçısı İlham Əliyev tərəfindən  müxtəlif səviyyələrdə keçirilən görüşlərdə  xüsusi qeyd olunur. Prezident İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamlara diqqəti yönəldərək  əminliklə bildirmişdir ki, Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşü qardaş ölkələr arasında  tərəfdaşlığın inkişafı işinə xidmət edəcək.”

Baş redaktor vurğulayıb ki, Bəyannamədə dövlətlərimiz, xalqlarımız  arasında mövcud  əlaqələrin yeni istiqamətlər üzrə inkişafı  üçün  parlament səviyyəsində  dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyi də  öz əksini tapıb: “ Dövlət başçısı İlham Əliyev 10 mart 2020-ci ildə yeni  formalaşmış parlamentin ilk iclasındakı proqram xarakterli  nitqində qanunverici orqanın qarşıdakı dövr üçün  vəzifələrindən geniş bəhs edərək tapşırıqlarını və tövsiyələrini çatdırmışdır.  Hazırkı dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alsaq əsas vəzifələrdən birinin parlament səviyyəsində bu və ya digər ölkələrlə əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyacın olduğu aydın görünür.  Ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıqların rolu inkaredilməzdir. Ölkəmiz Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birgə toplantısının keçirilməsi təşəbbüsü ilə bu rola bir daha işıq saldı.”

V.Rəhimzadə daha sonra qeyd edib ki, regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi  Bakı Bəyannaməsində xüsusi qeyd edilir: “Parlamentlərarası əməkdaşlığı dərinləşdirməklə bu hədəflərə böyük töhfələr veriləcək. Şuşa Bəyannaməsinin ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Azərbaycanda bir araya gələrək Bakı Bəyannaməsini imzalamaları da dünyaya bir çox mesajları çatdırır. Hazırkı dövrün əsas tələbi  10 noyabr Bəyanatının  şərtlərinin icrasına dəstək olmaqla bölgədə sülhün, təhlükəsizliyin dayanıqlığını təmin etməkdir. Dünyanın bəzi dövlətlərinin, təşkilatların bu məsələlərdə hələ də seyrçi mövqedə dayandıqları bir zamanda  Azərbaycan, Türkiyə və Pakistanın yenə də nümunə göstərərək birgə addımlar atmaları təqdirəlayiqdir.”

Baş redaktor diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə yaranan reallıqların diktə etdiyi  məqamlardan biri məhz Zəfərimizlə bağlı bütün həqiqətlərin təbliği, təxribatlar törətməklə, atəşkəsi pozmaqla münaqişənin guya  həll olunmadığı barədə fikirlər formalaşdırmağa səy göstərən qüvvələri hücum diplomatiyamızı gücləndirməklə yerində oturtmaq, “Dəmir yumruğ”un  bu gün də yerində olduğunu onların diqqətinə çatdırmaqdır. Bakı Bəyannaməsində  Azərbaycanın tarixi Zəfəri, 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistanın işğalçılıq siyasətinə sarsıdıcı zərbə vurması  öz əksini tapıb.

V.Rəhimzadə qeyd edib ki, bütövlükdə Bakı Bəyannaməsində  ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin bütün münaqişəli məsələlərin həllində əsas olduğu xüsusi vurğulanır: “Bakı Bəyannaməsi Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi kimi yerinin və rolunun möhkəmləndirilməsində, dünya birliyində nüfuzunun, siyasi mövqeyinin daha da artmasında əhəmiyyətli rol oynayacaq. Dünyaya səs salan, Azərbaycan-Türkiyə birliyinin zirvəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalanmasından ötən  ay yarımdan az bir vaxtda ölkəmizin dost ölkələrin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün  belə bir təşəbbüsünün dəstəklənərək sonda Bakı Bəyannaməsinə yol açması bir daha təsdiqləyir ki, yeni reallıqlara uyğun olaraq gələcəyə hesablanmış  hədəflərin icrasının ilk mərhələsi uğurludur. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər reallıqlarla barışmaq məcburiyyətindədirlər.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ