Bazar günü günü, 15 noyabr 2026
     

Dünya birliyinə uğurla inteqrasiya edən Azərbaycan qlobal prosesləri yönəldən ölkəyə çevrilir

Image


Bu gün Azərbaycanın müəyyən etdiyi strateji inkişaf istiqamətlərindən biri dünya birliyinə inteqrasiyadır. Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada olması, eyni zamanda bu fonda milli dövlət maraqlarına tam təmin etməsi inteqrasiya prosesində xüsusi nəzərə alınan məqamdır.

O da qeyd edilməlidir ki, dünya birliyinə inteqrasiya Azərbaycanın xarici siyasətində ciddi yeniliklərlə müşayiət edilib. Xüsusən də dövlətlərarası münasibətlərdə humanist, ümumi demokratik norma və prinsiplərin ön planda tutulması bu prosesdə özünü qabarıq büruzə verib. Daha bir maraqlı məqam odur ki, inteqrasiya prosesində Azərbaycan bir sıra hallarda beynəlxalq trendlərin müəyyən edilib yönləndirilməsində özü mühüm addımlar atır. Bunu Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının timsalında aydın sezmək mümkündür.

Xatırladaq ki, Azərbaycan 2011-ci il mayın 26-dan etibarən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Üzvlüyündən cəmi 8 il sonra  Azərbaycan Qoşulmama Hərəkatının 2019-2022-ci illər üçün sədri seçilib. İndiyə qədər Azərbaycanın uğurlu sədrliyini nəzərə alan Hərəkat ölkəmizin bu missiyasını daha bir il uzadıb. Hərəkatın işində fəal şəkildə iştirak edən Azərbaycan bu platformadan ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün səmərəli şəkildə faydalanır. Bundan başqa Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atır. Bu da həm təşkilata, həm də onun sədri kimi Azərbaycana dünya miqyasında inam və etimadı daha da artırır. Dünya dövlətləri üçün ciddi təhdid mənbəyinə çevrilmiş koronavirus pandemiyasına qarşı qlobal səyləri səfərbər edilməsində Azərbaycan Qoşulmama Hərəkatının platformasından ən yüksək səviyyədə istifadə edib. Belə ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb və ötən il mayın 4-də həmin tədbiri təşkil edib. Qoşulmama Hərəkatının onlayn zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını indiyə kimi istinad mənbəyi kimi istifadə edir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində daha bir mühüm uğurudur. Qoşulmama Hərəkatı çərçivəsində qurum adından prezident İlham Əliyev BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsinin təklif edilməsi və bu təşəbbüsün BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənməsi də ölkəmizin uğuru və inteqrasiya siyasətinin nailiyyəti kimi qiymətləndirilməlidir. Bu hal qlobal miqyasda Qoşulmama Hərəkatına da daha böyük müsbət imic qazandırır. Bu gün dünya miqyasında Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biri də  qlobal xarakterə malik bir çox məsələlərin həllində irəli sürdüyü təşəbbüslər və bu istiqamətdə atdığı real addımlardır. Qeyd edilən müstəvidə koronavirus pandemiyasına qarşı mübarizənin qlobal miqyasda həyata keçirilməsinin vacibliyini bəyan edən Azərbaycan zəngin, yaxud yoxsul olmasından asılı olmayaraq, bütün ölkələrdə vaksinasiya prosesinin ədalətli şəkildə həyata keçirilməli olduğunu bildirir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi sözügedən məsələni qlobal səviyyədə qaldırıb. Dövlət başçısı ötən ilin dekabrında BMT Baş Assambleyasının  COVID-19-a həsr edilən xüsusi sessiyasında peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırıb, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif edib. Bu təkilf yenə dünya miqyasında böyük dəstək qazanıb.

Onu da qeyd edək ki, tarixdə ilk dəfə olaraq, Qoşulmama Hərəkatının Zirvə görüşündə Azərbaycan Avropa İttifaqının yüksəkvəzifəli təmsizlçilərinin də  iştirakını təmin edib.  Hazırda Qoşulmama Hərəkatını digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bağlanması Azərbaycanın müəyyən etdiyi gündəliyin prioritetlərindəndir. Azərbaycan prezidenti artıq bu məsələni Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə müzakirə edib və müsbət cavab da alınıb. Beləliklə, Azərbaycan qlobal miqyasda inteqrasiyaya xidmət edən mühüm bir proses yürüdür.

Ölkəmizin dünya birliyinə inteqrasiyası iqtisadi istiqamət üzrə də özünü qabarıq büruzə verir.  Dünya iqtisadiyyatına inteqrasiya funksiyasının həyata keçirilməsi bu gün hər bir dövlət üçün müstəsna əhəmiyyət kəsb edir. Bu funksiya müasir dünyada dövlətlərin, onların müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin daha da güclənməsinə əsaslanır. Qarşılıqlı münasibətlər və asılılıq istehsal, elmi-texniki, ticarət, valyuta, kredit, nəqliyyat və digərləri daxil olmaqla geniş spektri əhatə edir. İqtisadi inteqrasiya dünya nizamının qorunmasında və dövlətlər arasındakı münasibətlərdə sabitliyin bərqərar edilməsində böyük rol oynayır. Azərbaycanın həyata keçirdiyi transmilli layihələr, məsələn, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, “Cənub Qaz Dəhlizi” kimi enerji kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu xətti ölkəmizin dünyaya iqtisadi inteqrasiyasında mühüm rol oynayıb. Azərbaycan nəzərə alır ki, müasir dövrdə dünyada təbii ehtiyatlardan istifadədə xarici amillərin rolu sürətlə yüksəlməkdə davam edir. Belə ki, indiki halda heç bir ölkə xarici aləmdən təcrid olunmuş halda uzunmüddətli və davamlı iqtisadi inkişafa nail ola bilməz. Bu fonda dünyaya iqtisadi inteqrasiya olduqca mühümdür. Digər sferalarda da milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu hal Azərbaycanın malik olduğu geniş iqtisadi potensialı hərəkətə gətirməyə imkan verir, bu məqsədilə inkişaf etmiş ölkələrinin qabaqcıl texnologiyalarını və maliyyə imkanlarını ölkəmizə cəlb etmək daha da asanlaşır.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq inteqrasiya prossinin mühüm tərkib hissələrindən biridir. Bu fonda inteqrasiya əksər ölkələrdə dövlətin milli təhlükəsizlik tələblərinə cavab verməli, onun müdafiə qabiliyyətini artırmalıdır. Belə inteqrasiyada dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması təmin edilməlidir. Eləcə də bütün beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ön planda olmalıdır. Bu istiqamətdə Azərbaycan yenə ortaya maraqlı uğur nümunəsi qoya bilib. Belə ki, dünyaya qeyd edilən istiqamətdə edilən inteqrasiya 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyətin Azərbaycanı dəstəkləməsi ilə müşayiət edildi. Ölkəmiz burada nəzərə alır ki, müasir şəraitdə tək özünü müdafiə etmək praktiki olaraq mümkün deyil. Buna görə də dünya birliyi BMT çərçivəsində dövlətlərin kollektiv təhlükəsizlik sistemi yaradır, müharibələrin baş vermə ehtimalını istisna edəcək tədbirlər təşkil edir. Bu sistem güc tətbiq etməmək, sülh yolu ilə həll məsələləri çözmək prinsiplərinə əsaslanır. Azərbaycanın Türkiyə, Pakistan və digər ölkələrlə inteqrasiyası da məhz bu prinsiplər üzərində qurulub.  Belə inteqrasiya müxtəlif növ qaçaqmalçılıq, narkotik ticarəti, beynəlxalq terrorizm də daxil olmaqla mütəşəkkil cinayətkarlıqla mübarizə kimi sahələrdə dövlətlər arasında əməkdaşlığın təmin edilməsi baxımından da böyük önəm kəsb edir. Eyni zamanda ölkəmiz bu formada inteqrasiya ilə qlobal problemlərin həllinə öz töhfəsini verir.

Siyasi, hüquqi və digər istiqamətlər üzrə də Azərbaycan dünyaya uğurlu inteqrasiya edir. Bununla Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qoşulması, ayrı-ayrı dövlətlərlə, nüfuzlu qurumlarla əlaqələrini genişləndirməsi ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində ciddi nailiyyətlər əldə edilir. Onu da qeyd edək ki, bu gün Azərbaycan özü ilə yanaşı, ümumilikdə mövcud olduğu regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən olduqca müsbət qarşılanır. Çünki nəticə etibarı ilə regionun inkişafına mühüm töhfələr verir. O da nəzərə alınır ki, məhz Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider dövlətdir. Azərbaycanın potensial imkanlan və milli maraqları onun dünyada gedən proseslərdə bundan sonra da fəal iştirakını zərurətə çevirir. Çünki, nəticə etibarı ilə dünyaya aktiv inteqrasiya Azərbaycanı daha güclü dövlətə çevirir, onun qlobal imicini davamlı şəkildə yüksəldir. Bu, Azərbaycanın dünyada etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə kimi statusunu da möhkəmləndirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ