Bazar günü günü, 15 noyabr 2026
     

Əfqanıstandan Azərbaycana qaçqın axını başlana bilər - tərcüməçiləri kütləvi qırır, qızları zorla aparırlar…

Image


Əfqanıstanda cərəyan edən son hadisələr bu ölkədə yeni qaçqın dalğasının başlanması üçün də əlverişli zəmin yaradır. Əfqanıstandan qaçqınlar Mərkəzi Asiya ölkələri, eləcə də İran vasitəsilə çıxmağa çalışırlar. Hazırda İran vasitəsiilə əfqan qaçqınların bir hissəsi Türkiyəyə üz tutmağa çalışır. Lakin onların müəyyən hissəsinin Azərbaycana da yönəlməsi istisna deyil.

Qeyd edək ki, bundan əvvəl Azərbaycana  əfqan qaçqınlar gəlib. Lakin bu dəfə onların sayının daha çox olması gözlənilir. Məsələ ilə bağlı rus hərbi ekspert Aleksandr Xrolenko qeyd edir: “Əfqanıstan İslam Respublikası hərb-siyasi cəhətdən dikinə enməkdə davam edir. Münaqişə tərəflərinin müxtəlif qütblü maraqları ölkəni və xalqı parça-parça edir. ABŞ-ın hərbi hava qüvvələri əfqan şəhərlərini bombardman edir, taliblər hücumu genişləndirir – hər iki tərəf "yolüstü" dinc əhalini də məhv edir. Əfqanıstandan Mərkəzi Asiyaya qaçqın axını artır və Tacikistan 100 min nəfəri qəbul etməyə hazırdır. Əfqanıstan sərhədləri yaxınlığında Özbəkistan, Tacikistan, Qırğızıstan və Rusiya qoşunları irimiqyaslı manevrlərin həyata keçirilməsi üçün cəmləşirlər”. BMT-nin missiyasının (UNAMA) məlumatlarına görə, 2021-ci ilin birinci yarısında Əfqanıstanda dinc əhali arasında qurbanların sayı 5183 nəfərə çatıb. Bu, 2020-ci ilin yanvar-iyun aylarına nisbətən 47% çoxdur. Həm də ölən və yaralananların 46%-ni qadınlar və uşaqlar təşkil edir, qurbanların 25%-i isə hökumət qoşunlarının hesabındadır.

ABŞ hərbi hava qüvvələri  Əfqanıstan ordusuna dəstək üçün hava zərbələrinin sayını artırıb. ABŞ generalı Kannet Makkenzi yaxın həftələr ərzində bombardmanların davam etdiriləcəyini vəd edir və Əfqanıstan hökumətini "ağır sınaqlar" gözlədiyini bildirir. Öz növbəsində taliblər ABŞ hərbi hava qüvvələrinin hücumlarını pisləyərək qeyd ediblər ki, Qəndahar və Gilmənddəki hücumlar nəticəsində təkcə yaraqlılar deyil, dinc əhali də həlak olub. “Taliban” bəyan edir ki, "öz ərazisini qətiyyətlə qorumaq" və müharibənin davam edəcəyi təqdirdə hücum əməliyyatlarını genişləndirmək niyyətindədir. Hələlik isə, müharibənin sona çatacağına dəlalət edən heç bir şey yoxdur. Fəal hərbi əməliyyatlar Nəngərhar, Paktika, Loqar, Qəzni, Qəndəhar, Herat, Bəlx, Cauzdan, Səməngan, Səri-Pul, Gilmənd, Bədəxşan, Gündüz və Bəğlan vilayətlərində hərbi əməliyyatlar qeydə alınıb. Əfqanıstan hökuməti yaraqlıların gecə saatlarında hərəkətinin qarşısını almaq üçün ölkənin 34 əyalətindən 31-də fövqəladə vəziyyət elan edib.

Taliblər nəzarət etdikləri əraziləri genişləndirirlər. Yerli əhaliyə qarşı terror həyata keçirir, təzəcə ələ keçirdikləri rayonlarda qadın və uşaqları öz qulları hesab edirlər. Dinc sakinlər yeni, sərt qanunlardan, zor gücünə nikahlardan, yetkinliyə çatmamış şəxslərin "mücahid"lər sırasına cəlb edilməsindən ciddi şəkildə narahatdırlar. Yaraqlılar ABŞ-la əməkdaşlıq etmiş "xainləri" axtarıb tapır, məhv edirlər. Bir müddət əvvəl Xost əyalətində taliblər heç bir istintaq və məhkəmə olmadan 32 yaşlı tərcüməçi Suxayl Pardisin başını kəsiblər. Təsadüfi deyil ki, 20 min nəfər əfqanıstanlı tərçüməçi ABŞ-a immiqrasiya vizası üçün ərizə ilə müraciət ediblər. “The Wall Street Journal” məcmuəsi bu günlərdə Vaşinqtonun 35 min əfqan tərcüməçini və onların ailə üzvlərini ABŞ-ın Qətər və Küveytdəki hərbi bazalarında yerləşdirəcəyi barədə xəbər verib. Amma Aleksandr Xrolenko qeyd edir  ki, amerikalılarla əməkdaşlıq edənlərin heç də hamısı vizalardan və ABŞ-ın "ərəb qonaqpərvərliyindən" yararlana bilməyəcəklər. O xatırladır ki,  Əfqanıstanda təqribən otuz müxtəlif terrorçu qruplaşma, o cümlədən 10 min nəfər  İŞİD yaraqlısı fəaliyyət göstərir. “Əl-Qaidə” üzvləri isə ölkənin 15 vilayətində var: “Bu cür "dəhşətli qatışıq" dinc əhaliyə, Kabildə kimin - hazırkı hökumətin və yaxud fərziyyə olaraq taliblərin hakimiyyətdə olmasından asılı olmayaraq uzunmüddətli narahatlıq vəd edir. Əfqanıstanda beynəlxalq terrorçuluq sadə şəkildə yoxa çıxmayacaq. Əfqanıstan qaçqınlarının artan axını böyük potensiala malikdir. 1996-2001-ci illərdə mövcud olmuş "əmirlik" dövründə taliblərin nəzarətində olmayan Pəncşer əyalətində "işğal olunmuş" mərkəzi və cənub rayonlarından 500 min nəfərə qədər qaçqın var idi. Bu insanlar faktiki olaraq aclıq çəkirdilər, yeməkləri və suları çatmırdı, lakin taliblərin hakimiyyəti bundan daha da pis idi. Əgər sabah "İslam əmirliyinin" doğma torpaqlardan sıxışdırıb çıxardığı yüz minlərlə əfqan Mərkəzi Asiyada peyda olsa, həmsərhəd Tacikistan, Özbəkistan və Türkmənistanda humanitar böhran çox qorxulu bir gerçəkliyə çevriləcək”.

ABŞ-ın bütün hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması prosesinə başlanandan bəri ölkədəki toqquşmaların şiddətlənməsinin ardınca Türkiyəyə keçənlərin sayında da artımın olduğu qeyd edilir. Türkiyə Sığınacaq və Miqrasiya Araşdırmaları Mərkəzinin direktoru Metin Çorabatır BBC Türkcəyə danışarkən qeyd edib ki, 1979-cu ildə Sovet İttifaqının Əfqanıstana müdaxiləsiylə başlayan müharibədən başlayaraq, Suriya böhranına qədərki dövrdə ölkədən çıxan qaçqın sayına görə Əfqanıstan dünyada birinci yerdə olub. Uzun müddət Pakistan və İranın ən çox əfqan qaçqını qəbul edən ölkələr olduğunu deyən Çorabatır əfqanların Türkiyəyə 2006-2007-ci illərdən etibarən gəlməyə başladığını bildirib. Əfqanların son illərdəki köçü ilə əlaqədar Çorabatır qeyd edir ki, gələn miqrantlar "xüsusilə çobanlıqla məşğuldurlar: "İmmiqrasiya İdarəsi onları ya qeydiyyata alır və ya dərhal rədd edir. Bəzi mühacirlər isə ümumiyyətlə müraciət ərizəsi vermirlər. Türkiyədə vaxtın keçməsini gözləyirlər. Pul yığanda Əfqanıstandakı qohumlarına göndərirlər və ya bir gün Qərbə getmək üçün insan qaçaqçılarına verirlər. Ya da yalnız özlərini dolandırmaq üçün yaşayırlar". İndi hesab edilir ki, Əfqanıstanda vəziyyət gərginləşməkdə davam edərsə, Türkiyəyə, həmçinin yuxarıda qeyd olunduğu kimi Azərbaycana gələn əfqan qaçqınların sayı xeyli artacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ