Bazar günü günü, 15 noyabr 2026
     

Paşinyanın yeni deputat komissiyası Yejov və Beriyanın komissiyalarına oxşadıldı

Image


Bu günlərdə Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının mərkəzi ofisində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın partiyanın yeni seçilən deputatları ilə görüşü baş tutub. Görüş zamanı onlar 44 günlük müharibənin detallarını araşdıran komissiya yaratmaq qərarına gəliblər. Bu komissiyaya parlamentdən kənar qüvvələr də daxil ediləcək.

Məsələ ilə bağlı “Joğovurd” nəşri qeyd edir ki, bu mərhələdə bənzər qərar qəbul etmək və bu barədə cəmiyyətə açıq bildirmək özlüyündə diqqətçəkicidir, çünki 44 günlük müharibə ilə bağlı komissiya yaratmaq haqqında həm artıq keçmiş, həm də yeni seçilmiş qüvvələr danışıblar. Məlumata görə, “Mənim addımım” fraksiyasının bəzi üzvləri Onik Qasparyanın fəaliyyət üslubu ilə bağlı açıqlamalar etməyi, onun işində hansısa bir mənfi şey tapmağı və qüsurların məsuliyyətini onun üzərinə atmağı bu komissiyanın işinin əsasında nəzərdən keçirmək məsələsini müzakirə ediblər. Bu da o deməkdir ki, eks-prezident Robert Köçəryanın yaxın adamları sırasında yer alan Onik Qasparyan da tezliklə həbsə atılacaq. Xatırladaq ki, parlament seçkilərindən əvvəl Qasparyan Paşinyanın istefasını tələb edən generalların siyasına başçılıq edirdi. Daha sonra o, parlament seçkiləri zamanı Robert Köçəryanın yanında yer alıb. Elə o vaxtdan Paşinyan ona qarşı çıxan generallaral haqq-hesab çəkməyə başlayıb. Məsələn, bir müddət əvvəl Ermənistan ordusunun generalı Qriqori Xaçaturov ordudan qovulub. Hakimiyyət Xaçaturovla müqaviləni uzatmayıb və erməni general ordudan tərxis olunub. Qeyd edək ki, Xaçaturov Ermənistan ordusunun Azərbaycanın Qazax-Tovuz bölgəsilə həmsərhəd ərazilərə cavabdeh olan 3-cü ordu korpusuna rəhbərlik edib. O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturovun oğludur. Yuri Xaçaturov qurumun baş katibi olduğu vaxt vəzifəsindən kənarlaşdırılmış və həbs edilmişdi. Bu proses ciddi ajiotaj yaratmışdı. Çünki indiyədək oxşar hadisə yaşanmayıb.

Bu dəfə növbə Onik Qasparyana çatıb və 44 günlük müharibə ilə bağlı komissiya yaratmaq məsələsi də buna hesablanıb. Paşinyan iddia edir ki, Onik Qasparyan müharibə ilə bağlı daim onu yanlış məlumatlandırıb. Müxalifət isə komissiyanın yaradılmasını növbəti repressiya kimi qiymətləndirir. Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu xüsusda bildirir: “Kapitulyantlar tərəfindən 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının yaradılması Beriya və ya Yejovun repressiyaları araşdıran komissiya yaratması ilə demək olar eyni şeydir. Kapitulyasiyanın əsas cavabdehinin və günahkarının komanda yoldaşları hələ günahkar axtarırlar? Pişik öz çiyninizdə olduqda qaranlıq otaqda qara pişik axtarmayın”.

Onu da qeyd edək ki, Paşinyan hazırda ona sadiq olan generallarla işbirliyinə xüsusi diqqət edir.  Bu günlərdə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Arutyunyan istefasından sonra Nikol Paşinyanın sərəncamı ilə nazirlikdə kadr dəyişikliyi baş verib. Bildirilir ki, Arşak Karapetyan Ermənistan müdafiə nazirinin birinci müavini təyin edilib. O, yeni təyinata kimi nazir vəzifəsini icra edəcək. Karapetyan bu vaxta kimi Baş Qərargah rəisinin birinci müavini vəzifəsini daşıyırdı. Xatırldaq ki, Vaqarşak Arutyunyan Ermənistanın 1999-2000-ci illərdə nazir postunu tutub və Robert Köçəryan onu bu vəzifədən ağır ittihamlarla qovub. Paşinyan 2020-ci ildə Arutyunyana rütbəsini qaytararaq, onu özünə hərbi müşavir vəzifəsinə təyin edib. Müharibədə məğlubiyyətdən sonra isə Arutyunyan nazir təyin edildi. O vaxtlar fikirlər səslənirdi ki, Arutyunyan qiyamçı Onik Qasparyanın kreslosunu boşaltmaqda Paşinyana yardım etdi və bununla hərbi çevrilişin qarşısını aldı. Lakin son vaxtlar bəzi məsələlərdə Vaqarşak Arutyunyan Paşinyanla razılaşmır. Bu, xüsusən sərhəd məsələsinə aiddir. Məlumdur ki, müharibəddən sonra Azərbaycan Ermənistanla sərhədə nəzarəti gücləndirib və hər atəşə daha artıq zərbələrlə cavab verir. Bundan irəli gəlir ki, Ermənistan ordusu Azərbaycan sərhədçilərini Qaragöldən uzaqlaşdırmağa risk etmədi, növbəti toqquşmadan qorxdu. Bu fonda Vaqarşak Arutyunyan özü bacarmadığını Rusiya hərbçilərinin əli ilə etməyə çalışdı, ancaq bu da alınmadı, Moskva sərhədin müəyyənləşməsinə qarışmaq istəmədi. Paşinyan isə sərhədə Qərb qüvvələrinin gəlməsini istəyir və bu məsələdə Vaqarşak Arutyunyanın onunla mövqeyi ziddiyyət təşkil edir. Məhz bu vəziyyətdə Vaqarşak Arutyunyan istefaya üstünlük verdi. Qeyd edək ki, Paşinyan müdafiə nazirinin müavini Suren Saakyanı da işdən çıxarıb. Daha əvvəl Ermənistan prezidenti Armen Sarkisyan baş qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı vəzifəsindən azad edib. O, Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarılıb. Abramyan 2020-ci ilin fevralına qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” olub. Həmin ilin iyununda Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin müavini təyin edilib. Lakin Paşinyan idarəçiliyinə qarşı çıxanlar sırasında yer alıb. Paşinyana qarşı çıxan digər generallara qarşı da müxtəlif ittihamlar irəli sürülür. Müxalifət bildirir ki, Paşinyan inzibati yollarla ona qarşı çıxanları neytrallaşdırmağa çalışır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ