Bazar günü günü, 15 noyabr 2026
     

İctimai və dövlət maraqlarının müdafiəsində medianın rolu...

Image


Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra “sovet şinel”indən çıxan jurnalistikamız artıq müstəqil və gənc ölkənin tribunasına çevrildi. Zəngin ənənələrə malik Azərbaycan jurnalistikası ictimai əhəmiyyətli informasiya vermək funksiyasını yerinə yetirməklə yanaşı, 90-cı illərin çətin dövründə  həm də ictimai  və dövlət maraqlarını qorumalı idi. 

Ermənistanın təhriki ilə Qarabağda müharibənin başlanması , beynəlxalq mediada erməni və “havadar”larının Azərbaycan əleyhinə qərəzli “informasiya hücumları”nın geniş vüsət alması,  gənc ölkədə separatçılıq meyillərinin cücərməsi və s. amillər mediada dövlət və milli maraqların müdafiəsini daha çox ön plana çəkirdi.

  • Azərbaycan mediası üçün böyük güclərin maraqlarının kəsişdiyi mürəkkəb beynəlxalq aləmdə…

Lakin zamanla, dövlətçiliyin daha da möhkəmlənməsi, ölkənin iqtisadi tərəqqisi sayəsində Azərbaycan mediası da inkişaf edərək çətinlikləri arxada qoydu. 1998-ci ildə ulu öndər Heydər Əliyevin senzuranı tamamilə aradan qaldıran sərəncamı ilə jurnalistikamızın azadlıq üfüqləri daha da genişləndi. Azərbaycan mediası üçün böyük güclərin maraqlarının kəsişdiyi mürəkkəb beynəlxalq aləmdə  dövlət maraqlarının müdafiəsinin  əhəmiyyəti daha da artır. İctimai və dövlət maraqlarının qorunması  səviyyəsi daha çox aşağıdakı məsələlərdən asılıdır. Əgər informasiya:

– cəmiyyətdə cinayətkarlığa, ksenofobiyaya, terrorçuluğa, hərbi qarşıdurmaya, irqi, dini və sosial ayrı-seçkiliyə rəğbəti təbliğ edirsə;

– özündə heç bir ictimai əhəmiyyət daşımırsa, reytinq naminə kiminsə şəxsi həyatına müdaxilə edərək məlumat, görüntü və s.  yayımlayırsa;

– özündə dövlət və hərbi sirr  kateqoriyasına aid məlumatları  əks etdirirsə;

– dövlətçiliyə və onun təhlükəsizliyinə təhdid  hesab olunarsa ;

– dövlətçiliyə və onun müstəqilliyinə təhdid etməklə, cəmiyyətdə təhlükəli tendensiyaya yol açırsa; və s.

  • Müasir dövrdə ən güclü silah informasiyadır...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin medianın ictimai və dövlət maarqlarını qorumalı olduğuna dair fikirlərinə diqqət edək: “Bizim mətbuatımız da,  əlbəttə ki, ilk növbədə dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq”.

Bir sıra beynəlxalq qurumlar və Avropa institutlarının  söz və mətbuat azadlığı ilə bağlı hansısa  faktı  “əldə bayraq” edib, digər ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi acı bir gerçəkdir. Xüsusilə gənc və müstəqil demokratik ölkələrə qarşı bu yanaşma hansısa dövlətin öz ictimai və dövlət təhlükəsizliyi və maraqları baxımından atdığı addımın “mətbuat azadlığının pozulması” kimi qələmə verilməsi buna nümunədir. Səbəb isə sadədir: qlobal informasiya məkanında  super güclərin digər ölkələrin informasiya məkanını nəzarətə almaqla həmin regionu, ölkəni  öz maraqlarına uyğun idarə edə bilməkdir. Çünki müasir dövrdə ən güclü silah informasiyadır. Və bu  faktiki olaraq, həmin dövlətin maraqlarının və dövlətçiliyinin təhlükə altında qalması deməkdir.

  • Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz

İnamla deyə bilərik ki, bunu nəzərə alan Azərbaycan mətbuatı tarix boyu  öz milli dəyərlərinə, kimliyinə və  dövlətçilik ənənələrinə bağlı olmuşdur. Bu gün də dövlət və milli maraqlarımız   mətbuatımız üçün hər cür şəxsi və qrup maraqlarından yüksəkdə dayanır. Bu məqamda “Jurnalistlərin dostu” mükafatının sahibi  Prezident İlham Əliyevin dövlət və media münasibətləri ilə bağlı söylədiyi  çağırış xarakterli fikri hər bir jurnalistə aiddir: “Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər”.

  • Bu istiqamətdə xüsusilə Azərbaycan mediasının üzərinə böyük yük düşür

Müasir dövrdə kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin və İKT-nin dövlət-cəmiyyət əlaqələrinə güclü təsirini nəzərə alan zaman, ictimai və dövlət maraqlarının müdafiəsi məsələsinin məhz müvafiq kontekstdən təhlili maraq doğurur. Belə ki, dövlət qurumları, müxtəlif nazirliklər və yerli təşkilatlarla yanaşı, vətəndaşlar da informasiya məkanının nəhəng şəbəkəyə çevrildiyi bir zamanda dövlət maraqlarını müdafiə etməli və uca tutmalıdırlar. Sərhədsiz mövqelərin və iddiaların arasında Azərbaycan həqiqətlərini tutarlı şəkildə təbliğ etmək dövlətlə bərabər cəmiyyətin hər bir üzvünün də məsuliyyəti deməkdir. Çünki əgər söhbət maraqların qarşılıqlı müdafiəsindən gedirsə, bu zaman ictimai marağı ön planda tutan, onu təmin edən və möhkəmləndirən dövlətin də marağını cəmiyyət üzvləri qorumalıdırlar. Bu istiqamətdə xüsusilə Azərbaycan mediasının üzərinə böyük yük düşür. Cəmiyyəti arxasınca aparmağı bacaran KİV-lərimiz  dövlətin maraqlarına xidmət edərək ölkəmizlə bağlı təhrif olunmuş informasiyalara real faktlarla cavab verir. Bu da dövlət marağının müdafiəsinin bir növüdür. Mətbuat həm xalqın dili olub ictimai maraqdan irəli gələn məqamları dövlətə çatdıran, həm də dövlətin aynası olub informasiya müharibəsində onu qoruyan bir qüvvədir.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ