Bazar günü günü, 15 noyabr 2026
     

Ağrı düzündə, Zəngi çayı hövzəsində soyqırım qətliamları, XX əsrin əvvəllərində...

Image


Araz çayı boyunca uzanan Ağrı düzünün aran kəndləri (Reyhanlı, Avşar, Şidli, Qəmərli, Kiçik Vedi (Vedi Sofulu), Şıxlar, Qaranlıq, Yuva (İvə), Xəlisə...) 1904-1906-cı və 1915-1920-ci illərdə rus-hay nizami-silahlı birləşmələrinin hücumlarına, amansız qətliamlarına-soyqırım faciələrinə  məruz qaldıqda dinc əhalinin bir hissəsi Araz şayının sağ sahilindəki qardaş Osmanlı Türkiyəsinin İqdır  mahalının Ramazankənd, Hacıağa, Təzəköy, Saraclı, Orta Köy... kəndlərinə, Cənubi Azərbaycanın Xoy və Mərənd nahiyələrinə  sığınmağa məcbur olmuşdur (bəzi ailələr 1920-1923-cü illərdə qayıtmışlar).

Alagöz dağından (4090 m) Vedi çayının mənsəb hissəsinədək Arazboyu alşaq maili düzənlikləri əhatə edən geniş Ağrı vadisi (düzü) Zəngibasar və Vedibasar nahiyələrinin qərb, Araz çayının sağ sahil ərazilərini əhatə edir. Tarixən kökənli Müsəlman-Türk əhalisinin qədim yaşayış məntəqələrini tutan bu yerlər həm də iqtisadi-təsərrüfat,  beynəlxalq ticarət, zəngin tarixi-coğrafi maddi, dini-mənəvi irs nümunələri ilə fərqlənir, eləcə də Türkiyə Cumhuriyyətinin Qars, İqdır mahalları, Naxçıvan bölgəsinin Şərur-Sədərək nahiyələri ilə sıx əlaqələrə malik olmuşdur.

İqtisadi-təsərrüfat (əkin yerləri, meyvə bağları, örüş sahələri, Vedi, Taytan, Qaralar, Avşar, Şirazlı, Xəlisə və Dəvəli kəndləri üzüm bağları ilə zəngindir) və siyasi-hərbi (Qərbi Azərbaycanın Aralıq dənizi hövzəsinə, Yaxın Şərq ölkələrinə çıxışı) şəraitinə görə əhəmiyyətli olan Vedibasar nahiyəsinin kəndlərinə hay kilsəsinin təşkilatçılığı ilə XIX əsrin sonlarında, XX əsrin əvvəllərində daşnak silahlılarının basqınları kütləvi hal almışdır. Hədəf də həm də Müsəlman-Türk əhalisinin bölgədən köçürülməsi, sayını azaldılması, Azərbaycan dövlətinin iqtisadi-siyasi gücünün azaldılması və Osmanlı Türkiyəsi ilə birbaşa əlaqələrin yaranmasına imkan verməmək amili olmuşdur. Birləşmiş düşmən qüvvələri bu məqsədlə dinc əhalinin dini-irqi mənsubiyyətinə görə onlara qarşı soyqırım faciələrini də yaşatmışlar.

XX əsrin ilk onilliklərində hay kilsəsi ilə (katolikos V Qevorq-Surenyants (1847-1930) çar Rusiyasının Qafqaz cəbhəsinin 1-ci və 2-ci Ordusu ilə (komandanlardan, generallar N.A.Klyuyevlə (1859-1921), Q.E.Berxmanla (1854-1929), P.P.Kalitinlə (1853-1927), V.P.Lyaxovla (1869-1920) əlaqələndirilmiş hərbi-taktiki vəzifələrinə uyğun olaraq) 1917-ci ilin sonu, 1918-ci ilin yanvar-fevral aylarında daşnak A.Ozanyanının quldur dəstələri (300 süvari, 400-500 piyada) Culfa və Ordubad nahiyələri istiqamətindən Dərələyəz, Vedibasar və Zəngibasar bölgəsinə (həmin dövrdə bu ərazilərə Osmanlı Türkiyəsindən köçürülmüş 15 min hay sürüsü yerləşdirilmişdir), şimaldan isə İrəvan Hərbi qarnizionunun, general P.K.Pirumyanın (1856-1921) başçılıq etdiyi 5-ci erməni atıcı alayı, daşnak silahlılarının Baş Qərargah komandanı, polkovnik A.S.Doluxanyanın (1863-1920) süvari-atıcı, general F.İ.Nəzərbəyyanın (1855-1931) erməni korpusunun 6-cı Qafqaz atıcı alayının (polkovnik M.M.Silikyanın (1862-1937) başçılığı ilə) dəstələri hücuma keçmişlər.

Bu yerdə qeyd etmək lazımdır ki, Rusiaya çarı II Nikolayın (1868-1918) V Qevorqa ünvanladığı məktubda deyildiyi kimi-“erməniləri parlaq gələcək gözləyir”- təminatı hay-daşnak quldurlarının imkanlarını xeyli gücləndirmişdir. Həmin keşiş V Qevorqun əmri ilə 21-29 may 1918-ci il tarixdə hay keşişləri silahlanaraq Alagöz dağı-Göyçə gölü istiqamətindəki cəbhə xəttində döyüşmüşlər.

Rusiya Federasiyasının Dövlət Arxiv məlumatlarına görə I Dünya müharibəsi dövründə II Nikolayın əmri ilə Rusiya həbsxanalarında saxlanılan bütün daşnak quldurlar buraxılmış, onların əsasında 2-ci erməni könüllü dəstəsi yaradılmış (daşnak D.Kanayanın (1886-1955) başçılığı ilə) və Osmanlı Türkiyəsi ilə cəbhəyə (Qars-Ərzurum-İqdır istiqamətinə) göndərilmişdir.

1915-1920-ci illərdə bu silahlı quldurlar Naxçıvanda, Vedibasarda, Zəngəzurda, Qarabağda... da dinc Müsəlman-Türk əhalisinə qarşı amansız soyqırımlar  törətmişdir.

1917-ci ilin sonu və 1918-ci ilin yanvar-fevral aylarında Van, Ərzurum və Ərzincan mahallarında amansız qətliamlar törədən hay-daşnak quldur dəstələri də qərb tərəfdən (İqdır və Qars mahallarından) Araz şayını keçərək Zəngi çayı vadisindən, Vedi dağları boyunca Ağrıdağ düzü (Avşar, Şirazlı, Xəlisə, Taytan, Qaralar, Yengicə, Kiçik Vedi...) və Vedi şayı hövzəsinin dağ (Qədili, Məngü, Gücsüz, Kolanı, Əzizkənd (Camışbasan), Gölkənd, Çığın, Baxçacıq...) kəndlərinə kütləvi basqınlar etmişlər.

Ağrı düzü kəndlərində dinc əhalini qılıncdan keçirən hay quldurlarının vəhşiliyini, amansızlığını (ən ağır döyüşlərdən biri Yengicə və Qaralar kəndləri yaxınlığındakı “Sarı dolama təpələr” deyilən örüş yerində olmuşdur, 1965-1966-cı illərdə o yerdə heyvan otaran Qaralar kənd sakinləri çoxlu miqdarda paslı güllələr, silah qalıqları-hissələri tapmışlar.

Qaralar kəndinin şərqində, 3 km aralı, Yengicə kəndinin quzeyində, 500 m kənarda olan bu təpələrin uzunluğu 20-25 m, yerdən hündürlüyü 15 m, aralarındakı məsafə 20 m-ə qədər idi.

1918-ci ilin yayında Qaralar kəndinin 300-400 m cənub qırağındakı, “Məhəmmədin üzüm bağı”na yaxın yerdə 60-70 hay silahlısı düşərgə salıbmış, Məhəmməd kişinin bağına atılan qumbara quma düşür, partlamır, bağ sahibi həmin qumbaranı götürüb hay düşərgəsinə atır, düşmən təşfişə düşür ki, türk əsgərləri gəlib, hamısı qaçıb düşərgəni tərk edir...

Həmin hadisələri Xəlisə kənd sakinlərindən İsmayıl Paşa oğlu (1888-1976), İsa Bəşir oğlu Hüseynov (1908-1987), Məcid Paşa oğlu (1890-1975)... qəlb ağrısı ilə xatırlamışlar və böyüyən nəslə bu tarixi unutmamağı vəsiyyət etmişlər.

Əslən Qədili kəndindən olmuş, 1918-ci il qırğınlarında Qaralar kəndində sığınacaq tapmış, burada ailə qurmuş Sara Əhməd qızının (1903-1988) 4 qardaşını (Xorasanda ali dini təhsil almış din xadimlərini) evlərində haylar diri-diri yandırmışdılar. Həmin evin yanmış, insan yağı hopmuş divarları 1980-ci ilərədək qalırdı, zavallı bacı o ocağı həmişə acı göz yaşları ilə ziyarət edərdi.

Vedi dağlarının (Böyük Vedi kəndinin) üstündə olan Qədili ən iri kənd olub (200-dən çox ev), 1918-ci ilin qış aylarında ətraf kəndlərin də (Məngü, Gücsüz, Gölkənd, Çığın, Kolanı, Əzizkənd (Camışbasan), Bağçacıq...) ağqaqqalları-cavanları hay kilsəsinin hiyləsi ilə barışıq adı ilə bu kəndin Cümə məscidinə yığılmış və hamısı (200 nəfərə yaxın) yandırılmışdır. Salamat qalan qadınlar-uşaqlar isə 8-10 km aralıdakı Qaralar, Yenicə, Şirazlı, Avşar... kəndlərinə üz tutmuşlar.

1918-ci ilin əvvəlində artıq Vedi dağları boyunca Ağrıdağ düzünün bir çox kəndlərinə (Qəmərli, Dəvəli, Avşar, Reyhanlı, Şirazlı...) edilən hücumlar Vedi-Qəmərli dəmiryolu xətti boyunca hərəkət edən zirehli qatarlardan, bu qatarlarda quraşdırılmış toplardan edilmişdir. Atılan toplardan biri Yenicə kəndinin (2 km-lik məsafədə) ortasında, kənd məscidinin qarşısındakı iri ağ qaya parçasına (dairəsi 2 m, boyu 1,5-2 m) dəymiş, ora yığışan yerli özünümüdafiə dəstəsinin 7 üzvü qəlpələrin təsirindən həlak olmuş (Cabbar İskəndərov-1890-1918...), Səfərəli Sadıq oğlunun (1903-1988) əlləri şikəst qalmışdır.

Çimən kəndi (məşhur Kərbəlayı İsmayılın doğma kəndi, oğlu Yadullanın qəbri bu kəndin qəbirstanlığındadır) yaxınlığındakı Qaraxaç kəndinin dinc sakinlərinə Qərbi Azərbaycanın xalq qəhrəmanı, 1920-ci ilədək quldur hay-daşnak qüvvələrinə qarşı xalq müqavimətinin təşkilatçısı və rəhbəri Abbasqulu bəy Xanbaba oğlu Şadlinski (1886-1930) xəbərdarlıq edib ki, kəndi tərk edib qonşu, təhlükəsiz yerə yığışsınlar. Çox təəssüf ki, bu təklifi ciddiyə almayıblar.

Nəticədə quldurlar kəndin kişilərini (50-60 nəfər)  iri bir dama yığaraq qətlə yetirmişdilər, tək bir nəfər (Qurban kişi) ocağın buxarısından çölə çıxıb, canını qurtara bilmiş və bu faciəni camaata çatdırmışdır.

1905-ci, 1915-1918-ci illərdə yerli özünümüdafiə dəstələrində aran və dağ Vedinin bütün kəndlərindən (Xəlisə kəndindən Həsən İbrahim oğlu (1890-1972), Məcid Paşa oğlu (1888-1973), Hüseyn Heydər oğlu Məmmədov (1891-1976)..., Qaralar kəndindən Əmir yüzbaşı (1899-1974), Abuzər Süleyman oğlu (1897-1984), Məhəmmədəli Kərbəlayı İsa oğlu (1901-1943)...) olan əli silah tutanlar iştirak etmişlər. Onlar həm də cavanların hərbi təlimlərində, onlara döyüş bacarığının öyrədilməsində  yaxından iştirak etmişlər.

O illərdə hay quldurlarının düşərgə saldıqları Ağdağ ətəyində isə (aran Ağrıdağ düzündə) A.Şadlinskinin bölmələri düşməni qovmuş, xeyli silah-sursat ələ keşirmişlər (7 pulemyotun birini yavəri, igid el döyüşçüsü A.Süleyman oğluna vermişdir).

Əmir yüzbaşı 1938-ci ildə Qazaxıstana sürgün edilsə də, 1947-ci ildə həbsdən canını qurtara bilmişdir.

Boşaldılmış və dağıdılmış kəndlərdə isə hay sürüsü yerləşmişlər (Çimən, Taytan, Avşar, Qaralar kəndlərinə 1948-ci ildə Suriyadan, Türkiyədən, Cənubi Azərbaycandan,Yunanıstandan, Bolqarıstandan haylar köşürülmüş, Qarabağlar, Kolanı, Çimən... kəndləri boşaldıldı..., ümumilikdə 1920-ci ilədək nahiyənin 30-a qədər kəndi tamailə boşaldıldı və ya məhv edildi).

Ümumiyyətlə, 1918-ci ildə bir gecənin işərisində Vedibasarın 7 kəndinin əhalisi qətliam edilib, evlər-tikililər yandırılıb və mal-mülk qarət edilərək yağmalanıb daşınmışdır.

Qaralar kənd məscidinin giriş qapısı üstündən, ağacı parçalayaraq məscid divarının dağılması 1988-ci ilədək hay quldurlarının vəhşiliyinin “dilsiz-ağızsız” şahidi kimi susmaqda idi...

R.S. Hay kilsəsi Alagöz dağını “Araqats”, Vedi nahiyəsinin Qəmərli kəndini “Artaşat”, Qaralar kəndini 1935-ci ildən ”Sevkar”, 1978-ci ildən isə “Aralez”, Reyhanlı kəndini 1991-ci ildən-“Ayqavan”, Vedi Sofulu kəndini - 1991-ci ildən “Pokr Vedi”, Şirazlı kəndini 1991-ci ildən-“Vosketap”, Dəvəli kəndini 1935-ci ildən - “Ararat”, Yenikənd kəndi 1946-cı ildən-Qoravan”, Daşlı kəndini 1968-ci ildən - “Daştakar”, Qaraxaç kəndini 1978-ci ildən - “Lyusaşof”.. adlandırır.  

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Böyük Vedi nahiyəsinin Qaralar kənd sakini Bəhmən Həmzə oğlu Əkbərovun (1933) və Xəlisə kənd sakini Hüseyn İsa oğlu Bəşirovun (1944)  məlumatlarından istifadə edilmişdir.)

Qismət  Yunusoğlu,  
Bakı Dövlət Universitetinin müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ