Rövşən Sadıqbəyli Azərbaycanın Avstriyada yeni səfiri təyin edildi

img

Prezident İlham Əliyev R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Son xəbərlər