Bazar günü günü, 15 noyabr 2026
     

Bakıdakı Hərbi Qənimətlər Parkı erməniləri necə yandırıbsa - ona öz adlarını veriblər…

Image


Məlum olduğu kimi Ermənistan XİN-in KİV və İctimai diplomatiya idarəsinin 19 iyul 2021-ci il tarixli açıqlamasında Hərbi Qənimətlər Parkını “revanşizm abidəsi” adlandırılıb. Bir sözlə, revaşizmi, separatizmi dövlət siyasətinə çevirən, faşiştləri qəhrəmanlaşdıram Ermənistan öz adını bizə qoymağa cəhd göstərib, amma unudub ki, revanşist damğası əbədi olaraq onun alnındadır.   

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV və İctimai diplomatiya idarəsinin 19 iyul 2021-ci il tarixli açıqlamasını şərh edərkən onların cavabını layiqincə verib: “…Qənimətlər Parkı ilə bağlı iddialara gəldikdə, Bakı şəhərindəki Qənimətlər Parkı hüquq və ədalətin təcavüzkar üzərində qələbəsinin rəmzidir. Parkda nümayiş olunan, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qurduğu istehkamlar, bu ölkənin onilliklərdir ki, münaqişənin həlli üzrə danışıqlarda riyakarlıq nümayiş etdirdiyinin sübutudur. Parkı “revanşizm abidəsi” adlandıran Ermənistan XİN-i, unudur ki, Azərbaycandan fərqli olaraq Ermənistanda çoxsaylı terrorçu və müharibə cinayətkarlarına abidələr ucaldılıb. Maraqlıdır ki, niyə bu abidələr deyil, məhz Holokost və Mahatma Qandinin Ermənistandakı abidələri vandallığa məruz qalıb?!...”

  • “Azərbaycanın zəfərinin simvolu olan Hərbi Qənimətlər Parkı Ermənistan rəhbərliyinin huşunu başından alıb və ona görə də bu cür sərsəm fikirlər səsləndirirlər”

Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan aqoniya vəziyyətindədir, bu ölkəyə rəhbərlik edənlər nə danışdıqlarını bilmirlər. A.Nağının sözlərinə görə, Baş nazir adlandırdıqları Nikol Paşinyandan tutmuş “şərhçiləri”nə, “siyasi icmalçıları”na qədər belə təsəvvür yaradırlar ki, kələfin ucunu itiriblər, Azərbaycana qarşı hansı ifadələr işlədəcəklərini bilmirlər: “Səsləndirdikləri hər bir fikirlə özləri özlərini ifşa etmiş olurlar. Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının prezidenti  Şarl Mişel regionda səfərdə oldu, Ermənistana getdikdən sonra isə Azərbaycana gəldi. Ermənistanda olanda Paşinyanla görüşü, Paşinyan bu görüşdə Azərbaycana qarşı sayıqlama xarakterli ittihamlar səsləndirdi ki, guya “Azərbaycan qonşu ölkələrə qarşı ərazi iddiasındadır”. Yəni bu reallığa uyğun olmayan bir sözdür. Məsələ burasındadır ki, Ermənistan rəhbərliyi o qədər çaşıb ki, özlərinə xarakterik olanları Azərbaycana yapışdırmaq istəyirlər. Amma belə şeylər Azərbaycana yapışmaz.

Bu cür sərsəmliklərə yalnız ağlını itirmişlər yol verir, onlar güzgüyə baxırlar orada özlərinin eyiblərini görürlər, öz eyiblərini isə başqasına yapmaq istəyirlər. Yəni bu dəliliyin əlamətidir.

Azərbaycanın zəfərinin simvolu olan Hərbi Qənimətlər Parkı Ermənistan rəhbərliyinin huşunu başından alıb və ona görə də bu cür sərsəm fikirlər səsləndirirlər. Çünki bu park ilk növbədə Azərbaycanın qələbəsini nümayiş etdirir, həm müharibənin ağrı-acılarını, dəhşətlərini əks etdirir, həm də ermənilərin əlacsız vəziyyətdə olduqlarını, Azərbaycana heç bir müqavimət göstə bilmədiklərini ifadə edir, göstərir. Yəni Hərbi Qənimətlər Parkı bütün cəhətlərdən Azərbaycanın qələbəsini dünyaya təqdim edir və dünya da bunu qiymətləndirir. Bu park dünyaya müharibənin dəhşətlərini göstərmək üçün yaradılıb. Müharibənin dəhşətləri nümayiş etdirilir ki, başqa xalqlar da, başqa millətlər də müharibə etməsinlər, müharibə dağıntı, ölüm-itim deməkdi. Azərbaycan 30 il bunu Ermənistana başa salmağa çalışdı ki, biz səni hərb meydanında məğlub edə bilərik, amma müharibə ölüm-itim, qan-qada deməkdi. Azərbaycan 44 günlük mübaribədə 3 minə yaxın əsgər və zabit şəhud verdi, dinc əhalmiz həlak oldu, minlərlə insanımız yaralandı, sağlamlığını itirdi, nə qədər dağıntılar oldu. Bütün bunlar müharibənin acı nəticələridir. Yəni bunlar hamısı faciədir, Azərbaycan bu parkı yaratmaqla bu faciəni dünyaya nümayiş etdirir”.

A.Nağının bildirdiyinə görə, Azərbaycan Hərbi Qənimətlər Parkını yaratmaqla həm Ermənistana, həm də dünyaya müharibənin baiskarının Ermənistan olduğunu sübut edir: “Azərbaycan həm Ermənistana, həm də ermənipərəst qüvvələrə sübut etdi ki, bu sizin cinayətlərinizin nəticəsidir. Hərbi Qənimətlər Parkı Ermənistanın cinayətkar siyasətini alt-üst etdiyi üçün bu ölkənin rəsmiləri sayıqlayır. Ermənistanın arxasında dayanıb ona “qorxma-qorxma” deyən dövlətlərin, Ermənistanın cinayətlərinə göz yuman beynəlxalq təşkilatların bu məsələdə məsuliyyəti var. Yəni Azərbaycan dünyaya çatdırmaq istəyir, başqa bir tərəfdən isə qələbəsini dünyaya nümayiş etdirir. Bütün dünyada qəbul olunub ki, qalib gələn tərəf, ölkə özünün qələbəsini ən müxtəlif formalarda təqdim edir. Bu da qələbənin nümayişdir ki, biz zəif hərbi texnikası zəif olan ölkəyə qalib gəlməmişik, biz hərbi texnikası bu qədər çox olan, müharibəyə ciddi hazırlaşan, bu qədər silah-sursat toplayan bir ölkəyə qalib gəlmişik. Bu cür hərbi arsenala qarşı döyüşdə qalib gəlmişik, Azərbaycan bunu nümayiş etdirməlidir, dünya da qəbul etməlidir. Ermənilərin hay-küyünə görə bəzi beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərdə Azərbaycana nə isə çatdırmaq istəyirlər, amma təbii ki, üz-üzə oturub söhbət edəndə Azərbaycanın haqlı olduğu təsdiqlənir”.

Öz addımlarını davamılı şəkildə atdığını deyən A.Nağı hesab edir ki, Azərbaycan düşünülməmiş addım atmır, düşünüb atdığı addım isə hədəfinə çatır. Ermənistanın atdığı addımlar isə düşünülməmiş addımdır: “Terrorçuya abidə qoymaq nə deməkdi? Ermənistan Njdeyə abidə qoymaqla özünü ifşa etdi. 1918-1920-ci ildə Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşiri qətlə yetirən caniyə, terrorçuya Ermənistanda abidə qoyulması nə deməkdi? Tələt paşanı qətlə yetirən terrorçuya da İrəvanda abidə qoyublar, terrorçunun da ayağı altında Tələt paşanın başını əks etdiriblər. Bütün dünya Ermənistanın ağılsız mövqeyini görməlidir, bu ölkənin etdiklərinin izahı yoxdur. Sən bir ölkə olaraq konkret tarixi bir şəxsiyyətin öldürülməsi səhnəsini bu şəkildə təbliğ edirsən, terroru, irqçiliyi yayırsan, bu abidə ilə türkə, müsəlmana nifrətini ifadə edirsən. Addım atılırsa gərək onun izahı da olsun. Ermənistanın terrorçulara abidə qoymasından Rusiya da narazı qalıb, xüsusən də faşist Njdenin abidəsi bu ölkəni narahat edir. Ermənistan faşistə abidə qoyub, amma bunu izah edə bilmir, izah etmək istəsə belə, dünya onun izahını qəbul edə bilməz. Başdan-başa terrorçuların abidələrinə bürünən Ermənistan revanşizmin alovlandığı bir ölkədir, odur ki, öz adını başqasına qoymasın”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ